Ruslan Qurbanov: "Bəzi futbolçularımız var ki, onlar tam gücləri ilə oynamırdılar" - MÜSAHİBƏ

09.11.2015 | 3008 dəfə oxunub

“Neftçi”nin hücumçusu Ruslan Qurbanov “Rəvan”a 2:3 hesablı məğlubiyyətdən sonra jurnalistlərin suallarını cavablandırıb:

- Autsayderlə də bacara bilmədiniz. 2:3 hesabıyla uduzduğunuz qarşılaşmanı necə xarakterizə edərdiniz?

- Nə fikirləşə bilərəm, axı biz məğlub olmuşuq. Həmişə deyirdim ki, Azərbaycan çempionatında zəif rəqib yoxdu. Hətta komanda yoldaşlarıma dedim ki, hər oyuna ciddi yanaşmaq lazımdı. Matçdan əvvəl bu qarşılaşmanın “Qarabağ”la dueldən daha çətin keçəcəyini bildirmişdim.

- Oyun ərzində azarkeşlər komandanızın üzvlərini təhqir etdilər. Matç başa çatdıqdan sonra isə siz onların yanına getdiniz...

- Komanda çətin vəziyyətdədi. Azarkeşlərin də öz narazılıqlarını bildirmək hüququ var. Onlarla söhbət zamanı aramızda pis nəsə danışılmadı. Hansısa aqressivlik olmadı. Sadəcə, pis hava şəraitində belə stadiona gəldiklərinə görə təşəkkür etdim, növbəti matçda onları sevindirəcəyimizi bildirdim.

- Çempionatda asan rəqib olmadığını dediniz. Amma “Neftçi”ni “Rəvan”la bərabər saymaq nə dərəcədə uğurlu müqayisədi?

- “Neftçi” autsayder olmayacaq. Bu məğlubiyyətdən nəticə çıxarıb “Xəzər Lənkəran”la matça ciddi hazırlaşacağıq. İndi kimisə günahlandırmaq istəmirəm. Komanda şəklində uduzmuşuq. Lakin bəzi futbolçularımız var ki, onlar tam gücləri ilə oynamırdılar. Sual verməyin, çünki ad açıqlamayacam.

- Azarkeşlər bəzi futbolçuların oyunu satması ilə bağlı şüarlar səsləndirirdilər. Siz də komanda yoldaşlarınızı ittiham edirsiniz. Daxildə hansı proseslər gedir?

- İki dəqiqəyə 2, beş dəqiqəyə isə 3 qol buraxmaq olmaz. Bunu əminliklə deyə bilərəm.

- Bəs komandanın növbəti oyunlarda daha yaxşı çıxış edəcəyi ilə bağlı əminlik hardandı? 12 oyunun cəmi 3-də qələbə qazanmısınız..

- Bunu hiss edirəm. Çıxışımızı yaxşılaşdıracağıq və mövsümü mükafatçılar sırasında başa vuracağıq. Dekabrdan sonra vəziyyət daha yaxşı olacaq.

- Baş məşqçi Samir Əliyev bu oyunla avrokuboklara vəsiqə qazanmağın çətin olacağını deyib.

- Durumumuzu yaxşılaşdırmağa çalışacağıq. “Kəpəz” və “Zirə” ilə oyunlarımız gəlir. Hər iki matçda qələbə qazana bilsək, üçüncü pilləyə yüksələcəyik.

- Bu uğursuz çıxışda konkret kim günahkardı: rəhbərlik, baş məşqçi, futbolçular?

- Futbolçular.

- Meydanda tam gücü ilə oynamayan futbolçular bəlkə baş məşqçinin dəyişdirilməsini istəyirlər?

- Əgər belə futbolçular varsa, birinci onlar komandadan kənarlaşdırılacaqlar. Baş məşqçinin heç bir günahı yoxdu. O, bizə hər zaman ciddi hazırlaşmağı tapşırır və dəstəyini əsirgəmir.

- Bəlkə futbolçulardan kimsə bilərəkdən zəif oynayır?

- “Neftçi”də hansısa futbolçunun oyun satacağına inanmıram. Bu, mümkün deyil.

- Bəs niyə bəzi futbolçular tam gücləri ilə oynamırlar?

- Onlar bəlkə də fikirləşirlər ki, ehtiyat oyunçular skamyamız qısadı, zədəli futbolçularımız var, buna görə də daim əsas heyətdə çıxış edəcəklər. Bu mənə də aiddi, əgər pis oynasam heyətə düşə bilməyəcəm. Dekabrdan sonra isə hər şey qaydasına düşəcək və biz mükafatlar uğrunda mübarizəyə qoşulacağıq.

- Gec olmayacaq?


- Əlbəttə, gec olacaq. Çalışacağıq ki, qışa qədər az xal itirək. “Sumqayıt”la oyundan sonra “qara zolaq”dan çıxdığımızı düşünürdük. Amma belə deyilmiş. Yaxşı başladıq, ardını gətirə bilmədik.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail