Dani Kintana: "Zədəli futbolçuları əvəzləyəcək oyunçularımız kifayət qədərdi" - MÜSAHİBƏ

22.11.2015 | 2633 dəfə oxunub

Azərbaycan Premyer Liqasının XIII turunda doğma meydanda “Kəpəz”i 3 cavabsız qolla məğlub edən "Qarabağ"ın braziliyalı yarımmüdafiəçisi Dani Kintana jurnalistlərə müsahibə verib:

- Oyunla bağlı nə deyə bilərsiz?

- Çempionatda yaranmış fasilə başa çatdı. Oyunun çətin keçəcəyini bilirdik. Həm də meydana çıxmamışdan əvvəl ən yaxın izləyicimiz olan “Qəbələ”nin “Sumqayıt”la dueldə heç-heçə etdiyini öyrəndik. Bu da fərqi artırmağımız üçün çox vacib idi.

- Deməli, böyükhesablı qələbədə “Qəbələ”nin xal itirməsinin də rolu az deyil...

- Əlbəttə, turnir cədvəlindəki ən yaxın izləyicinin xal itirdiyini eşidəndə, bu özlüyündə əlavə motivasiya yaradır. Biz də şansımızı əldən vermədik və xal fərqini artırdıq.

- Hər keçən tur izləyicilərlə lider arasındakı xal fərqinin artması ilə yadda qalır. Necə düşünürsüz, bu gedişlə yenə “Qarabağ” özü-özünə rəqib olacaq?

- Hər oyuna qələbə qazanmaq üçün çıxırıq. Ancaq ötən mövsümü də unutmamışıq. Qış fasiləsindən sonra “Qəbələ” qələbələri sıraladı və bizi addım-addım izləyirdi. Buna görə işimizi ehtiyatla tutmalıyıq. Bu isə qələbə qazanmalı olduğumuza işarədi.

- “Qarabağ”da daha çox mərkəzdə çıxış edirdiniz. Bu gün sağ cinahda oynasanız da, topu qəbul etdikdən sonra mərkəz tərəfə istiqamət alırdınız. Hətta qolu da mərkəzdən vurdunuz. Özünüzü hansı mövqedə rahat hiss edirsiniz?

-Hər iki mövqedə oynamağı bacarıram. İspaniyada, Polşada yarımmüdafiənin mərkəzində də, cinahında da oynamışam. Hər şey baş məşqçinin qərarından asılıdı.

- Qarşıdan “Tottenhem”lə çətin oyun gəlir. Bu duel haqqında nə düşünürsüz?

- Bakıda çətin oyun keçirəcəyimizi bilirik. Mərhələ adlamaq üçün bu oyundan qalib ayrılmalıyıq.

- Heyətinizdə itkilər çoxdu. Onların yoxluğu boşluqlar yaratmayacaq?

- Zədəli futbolçuları əvəzləyəcək oyunçularımız kifayət qədərdi, amma Rəşad Sadıqovla Samuelin tez sağalıb komandaya qoşulması bizə faydalı olacaq. İstənilən halda, zədəliləri əvəzləyəcək futbolçularımız var.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail