Tərlan Quliyev: "9-10 yaşlarımda artıq bilirdim ki, bu yalan bir şeydir, o da bizim kimi adamdır" - MÜSAHİBƏ

31.12.2015 | 2604 dəfə oxunub

Qarşıdan 2016-cı il gəlir. Bu il həm də Çin təqviminə görə “qırmızı meymun” ilidir.

“Kəpəz”in dörd futbolçusu “meymun” ilində doğulub. Onlardan biri Tərlan Quliyevdir. Bunu nəzərə alan klub saytı Premyer Liqanın 2015/16 mövsümünün ilk yarısında komandanın bütün oyunlarında iştirak etmiş müdafiəçidən müsahibə götürüb.

- Hələ məktəbdə oxuduğum vaxtlardan bürcüm və ilimi bilirdim. Bürcüm qoç, anadan olduğum 1992-ci il isə “meymun” ilidir. Həmişə soruşanda hamıya deyirəm. Bəzən deyirlər ki, insanın doğulduğu bürcə və heyvana uyğunluğu olur. Amma məndə meymundan əsər-əlamət yoxdur (gülür). Meymun tullanandı, daim hərəkətdə olan heyvandır. Mən hərəkət etməkdə düşünən və səbrliyəm.

- Bu Yeni ildə arzuların nədən ibarətdir?

- Həm şəxsi, həm də çıxış etdiyim klubla bağlı arzularım var. Əslində qismətdə nə varsa, o da olacaq. Əsas istəklərim “Kəpəz”ə aiddir. Avroliqada oynamağı arzulayıram. Doğrudan da çox gözəl kollektivimiz var, aramızda mehribanlıq hökm sürür. Göz dəyməsin. Yerli və ya legioner olsun, hamı birdir. Tək dildə yox, əməldə də birik.

- Yeni il hamının səbrsizliklə gözlədiyi bayramlar arasındadır...

- Bizim evdə də yeni il təmtəraqla qeyd olunur. Amma mən bu bayrama adi yanaşıram. Bəlkə də bu xasiyyətimdən irəli gəlir. Mən Ramazan bayramının gəlişini səbrsizliklə gözləyirəm.

- Şaxta babanın varlığına hansı yaşa kimi inanmısan?

- Uşaqlıqda hamı kimi mən də Şaxta babaya inanmışam. Amma 9-10 yaşlarımda artıq bilirdim ki, bu yalan bir şeydir, o da bizim kimi adamdır (gülümsəyir).

- Bəs, Yeni ildə hədiyyə almağı sevirdin?

- Düzdür, hədiyyəyə görə Yeni ili səbrsizliklə gözləyirdim. Tək hədiyyə almaq üçün səbrsizlənirdim. Özü də nə bağışlanmasının əhəmiyyəti yox idi. Bayramda hədiyyə almaq adama bir başqa cür ləzzət edir. Açığı, indi hədiyyə alacağımı gözləmirəm. Yəqin ki, özüm də heç kimə almayacağam. Almıramsa, nə verməliyəm?

- Qar topu oynamaqla aran necədir?

- Qar ən çox sevdiyim şeydir. Qarın yağmasını gözləyirdik ki, çıxaq həyətdə qar topu oynayaq, sürüşək. Amma artıq böyümüşəm, görürəm ki, qar yağanda yollarla bağlı problemlər ortaya çıxır.

- Bu Yeni ildə azarkeşlərimizi də unutmayaq...

- Təbii ki, onların da ünvanına xoş sözlər demək istəyirəm. Allah hamının ruzisini bol etsin, süfrəsi açıq olsun. Eləcə də azarkeşlərimizin. Fanatlarımız isti havaya, yağışa, küləyə baxmadan oyunlarımıza gəlib bizə dəstək verdilər. Onlar olmasaydı, komandaya çətin olardı. Azarkeşlərin dəstəyi nəticəsində cəmi bir ev oyununda uduzduq. Futbolsevərlərimizi 2016-cı ildə də stadionumuzda gözləyəcəyik.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail