Juninyo: "Barmağımdakı üzüyün üzərinə İsa peyğəmbərin adı yazılıb" - MÜSAHİBƏ

27.01.2016 | 2589 dəfə oxunub

Bir zamanlar "Xəzər Lənkəran”da, hazırda isə "Kəpəz”də oynayan braziliyalı yarımmüdafiəçi Junior Martinsin (Juninyo) müsahibəsini təqdim edirik:

- Azərbaycana ikinci qayıdışınız necə baş verdi? Niyə yenidən bura dönmək istədiniz?

- Azərbaycan mənim üçün xüsusi ölkələrdən biridir. Karyeramın önəmli hissəsini burada keçirmişəm. Lənkəranda oynadığım vaxtları unuda bilmirəm. Çox gözəl dönəmlər idi. Ona görə bura qayıtdım. Bəlkə də soruşsanız, deyərəm ki, karyeramı burda bitirəcəm. Çünki bu mənim üçün çox gözəl olar.

- Sırf "Xəzər Lənkəran”da oynadığınız dönəmləri düşünüb bura gəldiniz? İndi vəziyyət o qədər də yaxşı deyil...

- Mən orda 3 il çıxış etdim və əla günlərim oldu. Unutmaq mümkün deyildi. İndi başqa komandaya gəlmişəm. Yenə də pis deyil. Ümid edirəm ki, əvvəlki illərin rəqabəti geri qayıdacaq. Allaha təşəkkür edirəm ki, mənə yenidən Azərbaycana qayıtmaq şansı yaratdı. Düzdür, bəzi problemlər var və bu da dolların manata nisbətən bahalaşmasına görədir. O da düzələcək. İndiki vəziyyət sürprizdir.

- Yəqin ki, bu iki komanda arasındakı fərqi hiss edirsən?

- Əlbəttə ki, fərq var idi. Mən "Xəzər Lənkəran”a gələndə onlar iddialı komanda idi. Hazır, komplektləşmiş heyətləri var idi. Çempionluq üçün, kubok üçün oynayırdıq. Amma "Kəpəz”da vəziyyət fərqlidir. Bu yeni komandadır və yavaş-yavaş irəli getməyə çalışırıq. Ümid edirəm ki, buna nail olacağıq.

- Maraqlı məqam ondan ibarətdir ki, 2 müxtəlif vaxtda ölkəmizə gəlsəniz də, ancaq bölgə klublarında oynamısınız. Hansı ki, hər ikisi azarkeşlərinə görə ölkəmizdə ən güclülərdir. Sizin üçün hansı daha yaxşıdır?

- Hansının güclü olduğunu deyə bilmərəm. Çünki ikisi də mənim üçün xüsusi əhəmiyyətə sahibdir. "Xəzər Lənkəran”ın da gözəl vaxtları var idi. İndi də "Kəpəz”də oynayıram. Əla azarkeşləri var.

- Daha çox Bakıda qalırsız. Oyunlar üçün Gəncəyə gedirsiz. Əgər Gəncədə yaşasanız, problem olmayacaq?

- Biz daha çox Bakıda qalırıq. Oyundan-oyuna Gəncəyə gedirik. Bura paytaxt olduğu üçün böyük şəhərdir və gözəldir. Gəzmək, boş vaxtlarını gözəl keçirmək olur. Fikrimcə, Gəncə də pis deyil. Gördüyüm qədərilə böyük şəhərdir.

- Lənkəranda olduğunuz vaxtlarda belə idi?

- O vaxtlar da daha çox Bakıda qalırdıq. Yəni məşq olan günlər Lənkərana gedirdik. Çünki mən ailəmlə, yaxınlarımla bura gələndə onlar paytaxtda qalmalı olurlar. Vaxt keçirmək üçün burda şərait var, amma rayonlarda çətin. Belədə futbolçu da məcbur olur ki, oyundan sonra boş vaxtını burda keçirsin.Hər şeydən öncə ailəmi düşünməliydim.

- Bəzi futbolçular əyalətlərdə olanda deyirlər ki, uşaqlarımız paytaxtda təhsil alır deyə ora gedirik...

- Həqiqətən belə olur. Məcbur futbolçuların uşaqları öz dillərində təhsil almaq üçün Bakıya gəlirlər.

- Təhsil demişkən, azərbaycanlı futbolçuların bir çoxu adətən təhsildən uzaq olurlar. Bunun da səbəbi kimi idmana daha çox vaxt ayırmalı olduqlarını göstərirlər. Bəs, sizin ölkədə vəziyyət necədir?

- Bizdə də eyni problemlər mövcuddur. Məsələn, mən də məktəbi tam bitirməmişəm. Bu indi mənə problem yaradır. Bilirsiz, bəlkə də eyni anda həm yaxşı oxumaq, həm də futbola vaxt ayırmaq mümkündür. Amma bu bəzən olduqca çətindir. Mən futbolu dərsdən daha çox aruzlayırdım, istəyirdim deyə belə oldu. Mən bir neçə il öz qaldığım şəhərdən uzaq düşmüşdüm, orda futbol oynayırdım. Belə olanda məktəblə bağlı çətinliklər yaranır.

- Azərbaycanlı idmançılar haqqında mətbuatda hər hansı pis xəbər çıxanda tez əsəbləşirlər. Amma legionerlər bu mövzuda fərqlidir...

- Doğrudan, azərbaycanlı futbolçular buna əsəbiləşir? Çox təəccüblüdür.

 - Məsələn, Cavid Hüseynovun məsələsindən xəbərdarsınız...

- Əlbəttə. Amma bu barədə fikir bildirmək istəmirəm. Çox acınacaqlı vəziyyətdir.

 - Azərbaycana ilk gələndə nəyə təəccüblənmişdiz?

- Mənə ilk dəfə sual verəndə ki, Azərbaycanda oynayarsan, təəccüblənmişdim. Menecerim mənə sizin ölkə haqqında danışdı və bildirdi ki, orda oynamaq sənin üçün yaxşı olar. Fərqli mədəniyyətə malik ölkədə oynamaq maraqlı idi. 2-3 ay burda mənim üçün həddən artıq çətin oldu. Yemək yeyə bilmirdim, digər çətinliklərim var idi. 1 il sonra isə çox sevməyə başladım. İndi çoxlu dostlarım var və hamısına təşəkkür edirəm. Azərbaycan mənim üçün təcrübə oldu.

- Ölkəmizə gələndə evli idiniz?

- Yox. Həmin vaxt indiki arvadım sevgilim idi.

- Burda qızlar diqqətinizi cəlb etmirdi?

- Bu barədə danışmaq istəmirəm. Çünki öz arvadımı çox sevirəm. Başqa xanımlara baxmaq ağlımdan da keçmir. Bir onu bilirəm ki, sizin qızlarla bizim qızlar arasında fərq var.

- Bizim bayramlarımız haqqında nə bilirsiz?

- Novruz bayramını bilirəm. İnsanlar tonqaldan tullanır.

- Qurban bayramı haqqında eşitmisiz? Bir zamanlar ölkəmizdə oynamış Polşalı qapıçı Pavel Kapsa ölkəsinin mətbuatına açıqlamasında Qurban bayramını pisləyib və bildirib ki, biz həmin gün evdə pəncərələrimizi də bağlayıb oturardıq. Çünki azərbaycanlılar heyvanları kəsirdilər...

- Bu sizin bayramınızdır və ya adətinizdir. Ola bilər ki, kimin üçünsə pis olsun. Amma elə deyil. Hər kəsin adət ənənəsi, dininə aid bayramı var. Eləcə də Azərbaycanda İslam dininə uyğun olaraq qoyun kəsirlər və Qurban bayramı edirlər. Bunu qəbul etmək lazımdır. Təbii ki, mən də bunu etmirəm. Ancaq azərbaycanlılara da etiraz edə bilmərəm və ya irad tuta bilmərəm. Məncə, doğru yanaşma deyil.

- Braziliya üçün çox darıxırsız?

- Əlbəttə. Çünki orada tamam başqa və mənə doğma olan həyat var. Ailəm də ordadır. Lakin futbolun qanunları ilə barışmaq lazımdır. Bir yerdə oynamaq lazımdır. Azərbaycan da mənim üçün doğma ölkədir. Karyeramı burda bitirmək fikrindəyəm

- Hansı mahnılarımızı bilirsiz?

- Pərviz Abdullayevin "Sevgilim” mahnısına qulaq asıram. Çox yaxşı mahnıdır.

- Oxuya bilərsiz?

- (gülür)... Bir az ifa edə bilərəm.

- Barmağınızdakı üzüyün üzərində nə yazılıb?

- İsa peyğəmbərin adı yazılıb.

- Azərbaycanda ən çox yadınızda qalan oyununuz və qolunuz hansıdır?

- Lənkəranda oynadığım vaxtlar 6 ay zədələndim və mövsümün sonuna 5 oyun qalmış zədəmi bərpa etdim. 5 matç oynadıqdan sonra "İnter”lə finala çıxacaqdıq. Zədəm hələ tam bitmədiyi üçün matçın əsas hissəsində oynamadım. Yalnız əlavə olunmuş yarım saatın 2-ci hissəsində meydana çıxdım. Və bu müddətdə iki qol vurdum və biz kuboku qazandıq. Həmin oyunu unutmuram. Karyeramda ən yaxşı oyun adlandırardım. Həm önəmli oyun, həm də qollar.

Sonda bizə Azərbaycan dilində təşəkkür edir: Çox sağ olun. Bütün Azərbaycanı və futbol azarkeşklərini sevirəm. (Qafqazinfo)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail