Yaşar Vahabzadə: "Ukrayna üzərindəki qələbədən sonra futbolçularda özünəinam çox artdı" - MÜSAHİBƏ

28.01.2016 | 2379 dəfə oxunub

Azərbaycanın U-21 yığmasının baş məşqçisi Yaşar Vahabzadənin müsahibəsini təqdim edirik:

- Bəhreyn üzərində qazandığınız qələbə ilə (4:0) bağlı nə deyə bilərsiniz?
- Uşaqlar yaxşı futbol sərgilədilər və layiqli qələbə qazandılar. Onlardan razı qaldım. Gərgin qrafiklə oynamağımıza baxmayaraq, onların hamısının yaxşı hazırlıqlı olduğu göründü.

- Turnirin səviyyəsi barədə nə deyərdiniz?
- Turnirin səviyyəsi yaxşı idi. Bir neçə güclü komanda ilə qarşılaşdıq. Belə bir turnirin qalibi olmaq fəxrdir.

- Heyətdəki itkilər problem yaratmadı ki?
- Düzdür, itkilərimiz var idi. Amma əvəzində digər futbolçulara şans verdik. Onlardan da razı qaldım.

- Yəqin ki, bu turnirdən sonra bir neçə gənc futbolçu əsas millimizə dəvət olunacaq...
- Fikrimcə, bu uşaqlar tezliklə əsas millimizdə yaxşı rəqabət yarada biləcəklər.

- Bu nəsli əvvəlkilərdən fərqləndirmək olar?
- Hər nəsil futbolçuların içində yaxşıları olur. Ona görə də indidən kimisə fərqləndirmək istəməzdim.

- Ötən il bu turniri Ukrayna yığması qazanmışdı. Siz son çempionla elə ilk turda qarşılaşdınız və qələbə qazandınız. Yəqin ki, elə bu turniri qazanmağınızda həlledici rol oynayan da həmin qələbə oldu...
- Bəli, Ukrayna üzərindəki qələbədən sonra futbolçularda özünəinam çox artdı. Futbolçularımız futbol oynamağı bacarırlar. Bizim bu toplanışdakı əsas hədəflərimizdən biri fiziki hazırlığı yaxşılaşdırmaq idi. Bu baxımdan problemimizin olmadığını deyə bilərəm.

- Komandamız seçmə mərhələ oyunlarına hazırdır?
- Seçmə mərhələ oyunlarına xeyli vaxt qalır. Həmin vaxta kimi hansı futbolçunun hansı səviyyədə olduğuna bir daha baxacağıq. Ola bilər ki, kiminsə zədəsi olsun və ya geriləsin. (azerisport)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail