Robert Prosineçki: "Oyunçular üçün nəyəsə nail olduqlarını hiss etmək çox vacibdir" - MÜSAHİBƏ

28.01.2016 | 2498 dəfə oxunub

Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçkinin müsahibəsini təqdim edirik:

- Azərbaycanın U-21 yığmasının Antalya Kubokundakı çıxışı barədə nə deyə bilərsiniz?
- Rəqibini 4:0 hesabıyla məğlub edirsənsə, ardıcıl dörd oyunda qələbə qazanırsansa, bu, şübhəsiz ki, uğurdur. Turnir komandamızın özünü yaxşı tərəfdən göstərməsinə şərait yaratdı. Bu turnirdəki uğur gənc futbolçularda əlavə inam yaradacaq. Ümid edirəm ki, bu futbolçular yaxın gələcəkdə əsas milliyə yüksələ biləcəklər. Belə turnirlər futbolçularımıza lazımdır.

- Hansı oyunu xüsusi qeyd edərdiniz?
- Dörd oyunun hər biri yığmamız üçün uğurlu alındı. Ama Ukraynaya qarşı oyun ən çətini idi. Çünki rəqib çox güclü idi. Bütövlükdə, komandamız bu turnirdə yaxşı futbol sərgilədi, gözəl qollar vurdu, topa və oyuna yaxşı nəzarət etdi. Turnirin gedişində çoxlu müsbət məqamlar gördük.

- Bu turnirin qalibi olması yığmamız üçün nə dərəcədə faydalı olacaq?
- Bu, gənc futbolçular üçün vacibdir. Komanda kuboka sahib çıxdı. Oyunçular üçün nəyəsə nail olduqlarını hiss etmək çox vacibdir. Bu, əlavə bir stimuldur. Biz məşqçilər üçün də futbolçuları iş başında görmək önəmli idi. Bu komandada potensial var.

- Əsas millinin mart toplanışında U-21-dən neçə futbolçu dəvət etməyi planlaşdırırsınız?
- Namiq Ələsgərovla Elnur Cəfərovu tanıyıram. Onlar yığma komandanın oyunçularıdır. Mart toplanışı zamanı əsas milliyə gənclərdən daha bir futbolçu dəvət edəcəyəm. Amma onun adını sonra açıqlayacağam. (azerisport)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail