Çingiz Abdullayev: " FİFA bizim əleyhimizə qərar çıxarıb və həmin pulu ödəməliyik" - MÜSAHİBƏ

31.01.2016 | 2567 dəfə oxunub

Neftçi"nin Müşahidə Şürasının sədri Çingiz Abdullayevin müsahibəsini təqdim edirik: 

 
- “Neftçi” çempionatın 3-cü dövrəsinin ilk oyununda “Sumqayıt”ı məğlub etdi. Qarşılaşma barədə nə deyə bilərsiniz?

- Komandamız yaxşı oynadı. Düzdür, “Sumqayıt” da bizdən geri qalmadı. Əsas odur ki, qələbə qazandıq.

- “Neftçi”nin qış fasiləsindəki hazırlığından nə dərəcədə razı qaldınız?

- Bunu məndən yox, baş məşqçidən soruşmalısınız. Əsgər Abdullayev bizə razı qaldığını bildirib. Komanda fasilədə kubok qazandı, ardınca “Kəpəz”lə yoxlama görüşündə də qalib gəldi. Bu baxımdan toplanışdan klub rəhbəri olaraq mən də razıyam. Lakin inanıram ki, komanda bundan sonra çempionatda daha yaxşı oynayacaq.

- Cari mövsüm “Neftçi”dən hansı nəticəni gözləyirsiniz?

- Qarşımıza məqsəd qoymuşuq ki, heç olmasa ilk “üçlük”də qərarlaşaq. Düşünürəm ki, biz bunu bacararıq.

- Qış fasiləsi zamanı sizi “Neftçi”nin oyunlarında görmürdük. Bunun səbəbi nədir?

- Yox, mən həmişə komandanın yanındayam. Siz istəyirsiniz ki, Müşahidə Şurasının sədri gəlib futbolçuların məşqçisi olsun, orada otursun? Təbii ki, işlərimlə əlaqədar harasa gedirəm. Amma hər zaman komandanın yanındayam. 

- Amma "Neftçi"nin “CBC Sport Kuboku”ndakı oyunları zamanı stadionda yox idiniz...

- Həmin vaxt Azərbaycanda olmamışam. Bu turnirdə komandanın yanında olmasam da, oyunları izləyirdim. "Şərurspor"a 3:2 hesabı ilə qalib gəldiyimiz oyunda buraxdığımız ikinci qoldan xoşum gəlməsə də, kuboku qazandıq. Qazana bilmədiyimiz hər kubok bizim üçün uğursuzluqdur.
 
- Emil Mpenzaya görə ödənilməli olan borcla bağlı son durum nə yerdədir?

- FİFA bizim əleyhimizə qərar çıxarıb və həmin pulu ödəməliyik. Siz də bilirsiz ki, bu pulu ödəməmək olmaz. Bu məsələ ilə maraqlandım və məbləğin ödənilməməsinin mümkünsüzlüyünü öyrəndim. Məhkəmə belə qərar çıxarıbsa, mütləq ödəməliyik. Həmin vaxt nə mən, nə də icraçı direktor Elnur Məmmədov komandada olmayıb. Üstəlik "Neftçi"də Müşahidə Şurası də yox idi. Biz ümumiyyətlə, Mpenzanı görməmişik. Bu, həqiqətdir. Mən günahı kiminsə boynuna yıxmaq istəmirəm. Qərar çıxarılıb və pulu ödəməliyik. Düzdür, çox çətindir, amma başqa çıxış yolu yoxdur. Hazırda həmin pul “Neftçi”yə çox lazımdır. Manata çevirsək, məbləğ bir milyondan da çoxdur. (qol.az)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail