Fariz Nəcəfov: "Biz həmişə tənqidlərə açığıq və haqlı tənqiddən də daim nəticə çıxarırıq" - MÜSAHİBƏ

08.02.2016 | 2261 dəfə oxunub

“Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfovun müsahibəsini təqdim edirik:


- Premyer Liqanın XX turunda “Qəbələ” “İnter” üzərində 1:0 hesablı qələbə qazandı. Görüş barədə nə deyə bilərsiz?

- Çətin oyun keçdi. Öncəki turda alınan məğlubiyyətdən sonra komandanın toparlanması baxımından “İnter”lə oyunda qələbə çox vacib idi. Komanda meydanda əlindən gələni etdi. Yekunda da 1:0 hesablı qələbə qazandıq. Düşünürəm ki, qələbəyə layiq idik.

- “Kəpəz”dən alınan böyükhesablı məğlubiyyətdən sonra “Qəbələ” çox tənqid olundu...

- “Qəbələ”yə qarşı yönələn tənqidlər haqlı idi. Biz həmişə tənqidlərə açığıq və haqlı tənqiddən də daim nəticə çıxarırıq. Son yenilgidən sonra komandayla söhbətlər apardıq. “İnter”lə oyunda da görünürdü ki, artıq futbolçular tənqiddən nəticə çıxarıblar. Komanda oyunda qələbə qazanmaq üçün nə lazımdısa, onu da etdi.

- Bu qələbənin ardı gələcək?

- Mən buna inanıram. Düşünürəm ki, qələbənin ardı gələcək. Növbəti oyunlarda da komandadan uğurlu nəticələr gözləyirik.

- Yeni tranfer Rəşad Eyyubov “İnter”lə oyunda ilk dəfə start heyətində meydana çıxdı. Onun oyunu sizi qane etdi?

- Rəşadın oyunu çox xoşuma gəldi. Onun oyunundan razı qaldım. Məşqçinin verdiyi tapşırıqları yerinə yetirməyi bacardı.

- Bugünlərdə “Qəbələ”nin prezidenti Tale Heydərovun iştirakı ilə klubdaxili toplantı baş tutmalıydı və orada klubun manatın devalvasiyasından sonrakı büdcəsi müzakirə olunmalıydı. Həmin toplantı keçirilib? Keçirilibsə, hansı qərarlar qəbul olunub?

- Klub prezidentinin də iştirakı ilə həmin toplantı baş tutub. Müəyyən müzakirələr aparıldı, büdcə ilə bağlı dəyişikliklər oldu. Qərara alındı ki, bu il keçirilməsi nəzərdə tutulan “Gabala Cup” təxirə salınsın. Hazırda “Qəbələ” akademiyasının yeni binası tikilir. Düşündük ki, həmin binanın tikintisi daha vacibdi. Ona görə də müvəqqəti olaraq, “Gabala Cup” keçirilməyəcək. Bəzi başqa dəyişikliklər də baş verdi. Amma ümumi götürdükdə, devalvasiyanın büdcəyə ciddi təsiri olmadı.

- Yəni, əsas komandanın büdcəsi azaldılmadı?

- Xeyr, əsas komandanın büdcəsində hər hansı bir dəyişiklik olmadı.

- “Qəbələ” İdman Klubunun bokçusu Fariz Məmmədov dünya çempionu tituluna sahib çıxdı. Fariz Məmmədovun uqandalı boksçu ilə döyüşünü siz də canlı olaraq zaldan izlədiz. Fariz Məmmədovun çıxışından razı qaldınız?

- Həmin döyüşü Fariz Məmmədovun vida görüşü kimi də qiymətləndirmək mümkündür. Çox maraqlı, gərgin döyüş oldu. Hər birimiz görüşü həyəcanla izlədik. Yekunda da Fariz layiq olduğu qələbəni qazandı.

- Fariz Məmmədov qələbəni “Qəbələ”nin prezidenti Tale Heydərova və sizə həsr etdiyini bildirib...

- Özü qeyd etdi ki, “Qəbələ” klubunun rəhbərliyi üçüncü dəfə onun üçün vətəndə döyüşməyə şərait yaratdı. Lakin Fariz zəhməti, əzmkarlığı, inamı ilə bu şansı özü əldə edib. Biz də əlimizdən gələn dəstəyi ondan əsirgəmədik. (futbolxeber.az)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail