Şahin Diniyev: "Belə deməyim düz çıxmaz" - MÜSAHİBƏ

10.02.2016 | 2779 dəfə oxunub

"Kəpəz"in baş məşqçisi Şahin Diniyevin müsahibəsini təqdim edirik:

- Qış fasiləsindən sonra komandanızın belə uğurlu çıxış edəcəyini gözləyirdiniz?
- Belə deməyim düz çıxmaz. Nəticələr mənim gözlədiyimin üstündədir. "Qəbələ" (3:0) və AZAL (2:0) üzərində qələbələr daha çox oldu, nəinki mənim gözlədiyim. Amma yaxşı toplanış keçdiyimizi qeyd edə bilərəm. Şübhəsiz ki, belə hazırlıqdan sonra komandadan yaxşı nəticə gözləyirsən. Bu, bizim yaxşı çalışmağımızın nəticəsidir. Lakin hələ yolun başlanğıcındayıq və heç nəyə nail olmamışıq.

- Yəni Yevlaxda hazırlıq keçmək Türkiyə toplanışından faydalıdır?
- Belə bir iddia irəli sürmək peşəkarlıqdan uzaq olar. Nə qədər imkan varsa, bir o qədər yaxşı şərtlər altında hazırlaşmaq lazımdır. Nəticələrə görə toplanışların yerini müqayisə etmək düz deyil. Hansısa komandaların uğursuz çıxış etməsinin bu və ya digər səbəbləri var.

- "Kəpəz"dən "Qarabağ"la oyunda da sürpriz gözləməyə dəyər?
- Tələsməməliyik, bir az səbrli olmaq lazımdır. Bizim bundan sonra da həm uğurlu, həm də uğursuz nəticələrimiz olacaq. Bundan sonra "Kəpəz"i heç bir komadanın məğlub edə bilməyəcəyini iddia etmək düz olmaz. Asan oyunumuz olmayacaq. Özü də bunu təkcə "Qarabağ"la görüşə aid etmirəm. Kağız üzərində onlar bizi çox üstələyirlər. "Qarabağ" çox güclüdür. Amma qarşıdakı oyunda biz nələrisə dəyişməyə çalışacağıq. Sadəcə, bunun üçün çox güc sərf etməliyik.

- Gəncə şəhər stadionunda qazonun pis olması doğrudan da sizin üçün üstünlükdür?
- Birmənalı olaraq, xeyr. Biz də rəqiblərimiz kimi bundan əziyyət çəkirik. Məsələn, "Rəvan" və "İnter"lə ev oyunlarında məhz buna görə xal itirdik. Amma mən qazonun durumunun o dərəcədə pis olduğunu da deməzdim. Daha pisləri var. Odur ki, bu cür qazonda oynamaq bu və ya digər komanda üçün bəraət hesab olunmamalıdır.

- "Kəpəz" tədricən avrokuboklara yaxınlaşır...
- Biz bu barədə düşünmək istəmirik. Futbolçulara da bu barədə danışmağı qadağan etmişəm. Turnir cədvəlindəki sıxlığı nəzərə alsaq, hər şey çox sürətlə dəyişə bilər. İstəsək də, istəməsək də, bu mövsüm uğursuz oyunlarımız da olacaq. Sadəcə, bizim həmin dövrü necə keçirəcəyimiz çox önəmlidir.

- Niyə özünüzü uğursuz oyunlara hazırlayırsınız?
- Bütün oyunları eyni tempdə keçirə bilmərik. Ən azından ona görə ki, heyətdə ciddi rotasiyalar etməyə imkanımız yoxdur. Hazırda çempionatın heç bir iştirakçısı avrokuboklarda oynayacağını indidən iddia edə bilməz.

- Komandanızın azarkeşləri stadionun təmir olunmasını tələb edirlər...
- Onları başa düşmək olar. Onlar komandalarının avrokuboklardakı ev oyunlarını Gəncədə izləmək istəyirlər. Hər oyunumuza 12-15 min azarkeş gəlir. Bu, ciddi dəstəkdir. Avrokuboklara vəsiqə qazansaq, onların hamısının Bakıya gəlməsi çətin olacaq. Amma tələsməməliyik. Biz hələ öz hədəflərimizdən çox uzağıq.

- Deməli, avrokuboklara vəsiqə qazansanız, Bakıda çıxış edəcəksiniz?
- Bu məsələ ilə klub rəhbərliyi məşğul olur.

- Baxışa çağırdığınız Orxan Əliyevlə bağlı yekun qərarınız nə oldu?
- O, gənclərdən ibarət yığmamızın üzvüdür və yenidən millimizə qayıtmağını istəyirik. Zədəsi olmasa, "Kəpəz"də görmək istəyərdik. Hazırda komandamızla məşq edir. Özünü göstərmək üçün yaxşı şansı var. (azerisport)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail