Nelson Bonilla: "Bombardir olmaq üçün əsas rəqibim elə özüməm" - MÜSAHİBƏ

16.02.2016 | 3273 dəfə oxunub

Haz;rda Premyer Liqada ikinci olan "Zirə" klubunun hücumçusu Nelson Bonilla ötən gün "Rəvan"la görüşdən sonra (2:1) verdiyi müsahibəni təqidm edirik:

- Həqiqətən çox çətin keçən bir oyun oldu. Rəqib də bizə çox çətin müqavimət göstərdi. İlk qolu vurandan sonra bir neçə şansı qaçırdıq. Amma şükürlər olsun ki, sonda penalti qazandıq və bununla 3 xalımızı əldə etdik. Məncə bu da bizim haqqımız idi. Çünki oyun boyu diqtə edən tərəf biz idik.

- Siz rəqibdən belə müqavimət və mübarizə gözləmirdiz ki?

- Təbii ki, onlardan bu mübarizə gözlənilən idi. Nəinki bu oyunda, qarşıdakı bütün digər matçlarda da rəqiblərdən ciddi mübarizə görəcəyik. Bu gün “Rəvan” klubunda əsas heyətin bir sıra aparıcı futbolçularının olmamasına baxmayaraq, onlar yenə də yaxşı çıxış etdilər.

- İkinci yerdəki mövqeyinizi bir qədər də möhkəmlətdiz. Çempionluq fikirlərini qarşıya qoymağın vaxtı çatıb?

- Açığını deyim ki, bizim ilkin məqsədimiz Premyer Liqada qalmaq idi. İndi isə əsas işimiz hər oyundan maksimum xalla ayrılmaqdır. Hər oyuna ancaq bu konsentrasiya ilə çıxırıq. Sonrası da Allahın necə məsləhət biləcək, elə də olacaq.

- Artıq bombardirlər yarışına da qoşulmusan. Burda da birinci olmağı qarşına məqsəd qoymusan?

- Əlbəttə ki, yaxşı olardı. Ancaq mənim üçün daha vacib olanı bizim kollektivin uğurudur. İkisi bir yerdə olsa o zaman çox yaxşı alınar.

- Burda əsas rəqib olaraq hansı futbolçunu görürsən?

- Dediyim kimi, əsas məsələ komandanın uğur qazanmasıdır. Burda özümə rəqib heç kimi görmürəm, rəqibim elə özüməm.

- Hesab bərbaərləşəndə sona 6 dəqiqə qalmışdı. Bir həyacan yarandımı?

- Təbii ki, həyacan vardı. Çünki iki xal itirə bilərdik. Bu isə planlara daxil deyildi. Amma şükürlər olsun ki, qolu buraxdıqdan dərhal sonra istəyimizə çatdıq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail