Ansi Aqilli: "...bir halda ki, "Qarabağ"ın oyunçusuyam" - MÜSAHİBƏ

25.02.2016 | 3163 dəfə oxunub

"Qarabağ"ın müdafiəçisi Ansi Aqollinin müsahibəsini təqdim edirik: 

- "İnter"lə oyundan nə gözləyirsiniz?
- Bu komanda həmişə güclü olub. Amma mənə elə gəlir ki, onlar bu mövsüm daha təhlükəli olublar. Bizi çox ağır oyun gözləyir. Yaxşı oyun göstərməyə çalışacağıq ki, nəticə bizim xeyrimizə olsun.

- "Neftçi" üzərində qələbə qazandığınız son oyunla bağlı hansı təəssüratlarınız qalıb?
- Asan oyun olmadı. Çünki "Neftçi"nin heyətində gənc futbolçular çoxdur. Onlar böyük istəklə mübarizə aparırdılar. İntensiv oyun idi. Biz çox yaxşı futbol sərgilədik. Eyni zamanda rəqibə öz oyununu sərgiləməyə imkan verməməyə çalışdıq. Nəticədə, qollar vurduq, qalib gəldik. Artıq qarşıdakı oyunu düşünməliyik.

- "Qarabağ"la "Neftçi" arasındakı oyunlar prinsipiallığı ilə seçilsə də, bu dəfəki görüşünüz elə də yüksək səviyyədə keçmədi...
- İstənilən oyun hər bir komanda üçün üç xallıq əhəmiyyət daşıyır. Hətta belə prinsipial oyunlar da. Bizim üçün vacib olan qələbə qazanmaq idi. Bunun üçün də əlimizdən gələni etdik, istəyimizə çatdıq. Amma oyun, mənim fikrimcə, çox yaxşı alındı.

- Azərbaycan futbol ictimaiyyətinin sizi hazırda Premyer Liqamızın ən güclü sol cinah müdafiəçisi saydığından xəbəriniz var? Bəs siz özünüz mövqeyinizdə kimi güclü sayırsınız?
- Bunu eşitmək mənə çox xoşdur. Hər məşqdə, hər oyunda ən yaxşısını ortaya qoymağa çalışıram. Mənim üçün daha önəmli olan komandamın uğuruna töhfə verməkdir. Meydanda da yalnız baş məşqçi Qurban Qurbanovun tələb etdiyini göstərməyə çalışıram. Mənim seçimimə gəlincə, Azərbaycanda mövqeyimdə çıxış edən çoxlu yaxşı oyunçu var.

- "Qarabağ"ın əsas izləyicisi "Zirə" ilə xal fərqi 6-dır. Sizcə, bu komanda sizə ən layiqli rəqibdir?
- Əlbəttə. Fikrimcə, "Zirə" möhtəşəm mövsüm keçirir. Amma güclü rəqiblər sırasına "Qəbələ"ni, "İnter"i, "Neftçi"ni də əlavə edərdim.

- Təsəvvür edə bilərsiniz ki, siz çempionluğu elitada debüt edən komandaya uduzursunuz?
- Futbolda hər şey mümkündür. Amma bir halda ki, "Qarabağ"ın oyunçusuyam, komandamın uğur qazanması, çempion olması üçün əlimdən gələni edəcəyəm. (azerisport)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail