Ramin Musayev: "PFL-in onunla bağlı hər hansı bir qərar verməyə ixtiyarı yoxdur" - MÜSAHİBƏ

01.03.2016 | 2460 dəfə oxunub

Bu gün AFFA Klublar Komitәsinin iclası keçirilib.

Goal.az xəbər verir ki, iclasdan sonra PFL prezidenti Ramin Musayev jurnalistlərin suallarını cavablandırıb:

- Komitənin iclası gərgin keçdi?

-  Yox. Ümumi söhbət klublarla bağlı oldu. Ayın 11-də konfransdı. İclas olur. Klubların durumu ilə bağlı müzakirə apardıq. Əsas məsələ legionerlərə görə ödənilən rüsumla bağlı idi. Danışıb, razılaşdıq. Klubun problemi bizim problemdir. Hər oyunçuya görə 5 min pul ödəyəcəklər. Əvvəl bu məbləğ 20 min idi. 15 min endirimə getdik. O vaxt Rövnəq Abdullayev bu 20 mini deyəndə pul qazanmağı nəzərdə tutmurdu. Məqsəd gələn legionerlərin səviyyəsinin yüksək olması idi. Bu gün oyunçuların da sayı azalıb. Klubların da maddi durumu əvvəlki səviyyədə deyil.

- Standart 5 min olacaq?

- Bəli, standart qiymət olacaq.

- Limitin özü müzakirə olundumu?

- Yox.

- “Şərurspor” – “Göyəzən” (0:3) matçı danışılmış oyun idi? PFL bununla bağlı hansı tədbir görəcək?

- PFL-in onunla bağlı hər hansı bir qərar verməyə ixtiyarı yoxdur. AFFA-da şübhəli oyunlarla bağlı məşğul olan qurum var. Onlar bu oyunu nəzarətdə saxlayırlar.

- Amma araşdırmalar müsbət nəticələnmir...

- Gərək sübut edəsən.

- Nəyə görə bütün dünyada sübut olunur, bizdə yox?

- Harda sübut olunub?

- İtaliyada. “Yuventus” B Seriyasına göndərilmişdi...

- Bir-iki belə şey ola bilər. İtaliyada “Yuventus” oldu, vəssəlam! Türkiyədə “Fənərbaxça”nın oyun alıb-satdığı sübut olundu. Amma birinci diviziona göndərilmədi.

- Avrokuboklardan kənarlaşdırdılar...

- Birinci diviziona göndərməli idilər, amma etmədilər. Elə bilməyin ki, bu təkcə Azərbaycandadır. Gəlin, belə deyək, əlimizdə lazımı qədər imkan yoxdur. Deyilən anları tam sübut etmək üçün materiallar yoxdur. Olsa, heç kimi gözləməyib cəza verərəm.

- Xaqani Məmmədovun qamaqallı videosunda sübut var idi...

- Sualıma cavab ver: Xaqani Məmmədov nə edib? Onun vəkili deyiləm. 2001-ci ildə kiməsə 1 şillə vurub. Tutub onu içəri salaq? Neyniyib, Xaqani Məmmədov? Əcəb edib. Elə danışırsız ki, Xaqani Məmmədov sanki xalq düşmənidir. Niyə ona başqa nöqteyi-nəzərdən baxırsız? Məsələn, Xaqani Məmmədov Hakimlər Komitəsinin sədri olandan sonra hakimlərimizin səviyyəsi qalxıb. Baxın, Ömər Paşayev, Rəvan Həmzazadə, Əliyar Ağayev, Rəhim Həsənov kimi hakimlər yetişib. Əvvəl bunlar 15 ilə yetişirdi, indi 3 ilə. Rüşvətin yığışdırlmasına baxın. Belə şeylərə diqqət edin. Bunların səbəbkarı Xaqanidir. Əmimoğlu, xalamoğlu, yerlim deyil. İnsan düzgün danışmalıdır, vicdanla danışmalıdır. Kimlərəsə xoş gəlsin deyə danışmaq düzgün deyil. Mən əsgərlikdə olanda bir litvalını döyüb şikəst eləmişdim. İndi məni tutmalıdırlar? Həmin söhbətdir. 2001-ci ildə nəsə olub deyə o, cəzalanmalıdır? Bu, Xaqaniyə ləkə yaxmaq üçün addımdır. Onu ortaya çıxaran insanlar niyə 15 ildə bunu etmədi? Əliyar Ağayev Avroliqanın qrupunda oyun idarə etdi deyə, ortaya çıxardılar. Budur bizim paxıllığımız.

- Bizim ona paxıllıq etmək üçün səbəbimiz yoxdur...

- Sizin yox, bəzi insanların.

- Mövsümün ikinci yarısında hakimlərin idarəçiliyi sizi qane edir?

- Hakimliyin qane etməsi sualı düzgün deyil. Vacib odur ki, qərəz olmasın.

- “Zirə” - “Neftçi” (3:0) oyununda Fariz Yusifovun Cavid İmamverdiyevə qırmızı vərəqə verməsi qonaqların konkret narazılığına səbəb oldu və məğlubiyyəti bununla əlaqələndirdilər...

- Eşitməmişəm. “Neftçi” rəhbərliyi ilə bu gün yanbayan oturmuşduq. Bu barədə heç nə demədilər. Heç etiraz etməyiblər.

- Oyundan sonra futbolçular, məşqçilər narazılıq edirdi. Hətta, “Neftçi”nin məşqçisi Səttar Əliyev bu barədə protokola da yazıb...

- Həmin epizodda hakimin səhvi olub. Amma məğlubiyyəti sırf buna bağlamaq olmaz. Hakim günahından komanda 1:0 uduzar, 3:0 yox.

- İclasda başqa məsələ müzakirə olundu?

- Gənc oyunçuların transferi ilə bağlı da məsələ müzakirə olundu. Başqa heç bir şey olmadı. (qafqazinfo)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail