Dodo: "Qol epizodunun videoyazısına baxsanız görəcəksiniz ki...i" - MÜSAHİBƏ

06.03.2016 | 3606 dəfə oxunub

"Qəbələ"nin futbolçusu Dodo "Neftçi"yə 2:1 hesabıyla qalib gəldikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb

- Oyunun bu cür axarda davam edəcəyini gözləyirdinizmi?

- Bu gün “Qəbələ” komanda şəklində qələbə qazandı. Düzdü, qol epizodlarımız olurdu, amma istifadə edə bilmirdik. Əsas odur ki, biz bir ailəyik. Elə qələbəni də bunun hesabına qazandıq.

- Uzun müddətdi ölkəmizdəsiniz və “Neftçi”yə qarşı çox oyun keçirmisiniz. Bu qədər zəifləmiş “Neftçi” görmüşdünüzmü?

- “Neftçi” yenə güclü idi. İndi heyətlərində gənclərin sayı çoxalıb. Yaxşı, sürətli futbolçuları var. Üstəlik, Aylton, Ramos kimi təcrübəlilər da komandaya kömək edir. Sadəcə, təcrübəli oyunçuların sayı çox olsa, daha güclü çıxış edə bilərlər.

- Oyunu ikinci hissədə dəyişdiniz. Fasilədə baş məşqçi nəyi düzəltməyi tapşırdı?

- Fasilədə fikirlərimizi cəmlədik və oyuna daha yaxşı konsantrasiya olmağa çalışdıq. Nəticədə iki qol vurduq və qələbə qazandıq. Yəni konsantrasiyamızı düzəltdikdən sonra “come back” edə bildik.

- Birinci qolda Aqil Məmmədovla aranızda mübahisə yarandı. Ona qarşı kobud oynamışdınız?

- Aqil Məmmədov iddia edirdi ki, top əlimə dəyib. Amma qol epizodunun videoyazısına baxsanız görəcəksiniz ki, top əlimə dəyməmişdi.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail