Rövnəq Abdullayev: "Əgər kimsə namizədliyini irəli sürməyibsə, deməli, zülmü boynuna götürmək istəmir"

11.03.2016 | 3042 dəfə oxunub

Bu gün keçirilən AFFA Hesabat-Seçki Konfransında Rövnəq Abdullayev jurnalistlərə müsahibə verib. Stadium.Az bu müsahibəni təqdim edir:

- Media Komitəsinin yaradılması münasibətilə siz jurnalistləri təbrik edirəm. Çalışacağıq ki, futbolun inkişafına nail olaq. 

- Bölgə klublarının sayı artırıla bilərmi?

- Böyük sponsorlar Bakıda olduğu üçün, klubların çoxu paytaxtda yerləşir. Bölgələr də inkişaf edir. İnanıram ki, orda da sponsorlar futbola gələcəklər və bunun sayəsində həm Premyer Liqa, həm də I divizionda klubların sayının artırılmasına nail olacağıq.

- İcraiyyə Komitəsinin yeni üzvlərindən bəziləri mətbuatla ünsiyyətdən qaçırlar. Bunu necə aradan qaldırmaq olar ki, bir-birimizlə daha sıx əlaqədə olaq?

- Çox adi sualdı. Hamı mətbuata açıq olmalıdı. Elə adam yoxdu ki, mətbuata bağlı olsun (gülür). Amma kimin nə qədər mətbuata açıq olduğu onun xasiyyətindən asılıdı. Yeni İK üzvlərinin hamısı futbolda aktiv iştirak edənlərdi. İlk növbədə, Elmar Məmmədyarova minnətdaram ki, bizim təklifi qəbul etdi. Mənə o qədər dedi ki, bunu elə edək, bunu belə. Axırda dedim ki, mənə deməkdənsə, gəl, otur İcraiyyə Komitəsində, fikirlərini de. Açığı, hansısa nazirimizin buna razılaşacağını gözləmirdim. Elmar müəllim futbolu o qədər sevir ki, razılaşdı. Yeni üzvlərimizdən digəri Qurban Qurbanov oldu. Onun da futbolumuzda əməyi çoxdu.

- Elmar Məmmədyarovun İK-ə üzv seçilməsi futbolumuza nə kimi xeyir verəcək?

- Bayaq da dedim ki, o, futbolu sevir. Deməli, İcraiyyə Komitəsinə üzv seçilməsinin futbolumuza çox xeyri olacaq.

- Elmar Məmmədyarovun İK-ə üzv seçilməsindən sonra demək olarmı ki, futbolumuz bir qədər də siyasiləşdi?

- Mən deməzdim ki, siyasiləşdi. Futbol siyasətdən uzaqdı. Əgər elə olsaydı, Elmar müəllim futbol ailəsinin üzvü olmazdı.

- AFFA prezidenti postuna təkcə siz namizədliyinizi irəli sürmüşdüz, prezident olacağınız əvvəldən bilinirdi. Prezidentlik uğrunda kiminlə rəqabət aparmaq sizin üçün maraqlı olardı?

- Mən heç vaxt rəqabətdən qorxmamışam. Bu, inkişafın ən vacib amillərindən biridi. Əgər kimsə namizədliyini irəli sürməyibsə, deməli, zülmü boynuna götürmək istəmir (gülür).

- Ötən mövsümlə müqayisədə çempionatın səviyyəsində geriləmələr var. Razısızmı ki, Premyer Liqada rəqabət azalıb?

- Geriləmə bir az hiss olunur. Bilirsiz ki, klubların müəyyən problemləri var, bəzilərinin imkanı daralıb, bəzilərində dəyişiklik gedir. Avropanı götürək. İstənilən çempionatda yuxarı və aşağı yerlərdə qərarlaşan komandalar arasında böyük xal fərqi var. Bu, normaldı, mən buna pis baxmıram. Bəzi klublar az büdcə ilə Premyer Liqada qalmaq uğrunda oynayırlar. Çempionatın səviyyəsi düşməyib. Yalnız bundan narazıyam ki, azarkeşlər stadionlara az gəlirlər. Biz onları televiziyadan stadiona gətirməliyik. Nədənsə stadiona gəlmək istəmirlər. Bunda siz jurnalistlərin də köməyi lazımdı. Çempionatın səviyyəsi onda qalxa bilər. Futbolçular azarkeşləri görəndə daha güclü oynayırlar. “Kəpəz”in oyununa baxırsız. 23 min insan oyunlarını stadiondan izlədilər. Biz də “Kəpəz”ə böyük köməklik edirik. Şəhər rəhbərliyi də kömək edir ki, stadionu normal vəziyyətdə saxlayaq. Legionerləri az olsa da, “Kəpəz” iddialı komandalara qarşı yaxşı müqavimət göstərir.

- Bir vaxtlar rəhbəri olduğunuz “Neftçi” hazırda 7-ci yerdədi. Çıxış yolunu nədə görürsüz?

- Mən onların daxili işinə qarışmıram. Amma klublara məşqçi dəyişikliyini minimuma endirməyi məsləhət görürəm. Bir günə inqilab etmək olmur. Seçimdə düzgün addım atmaq və həmin məşqçiyə inanmaq lazımdı. Onlar Samir Əliyevi baş məşqçi təyin etmişdilər və çox perspektivli görünürdü. Onu saxlamaq lazım idi. Birinci eksperimenti özüm etmişəm. O vaxt Qurban Qurbanov futbolçu karyerasını bitirən kimi baş məşqçi vəzifəsinə qoymuşdum. Və komanda uduzanda jurnalistlərə demişdim ki, Qurban 200 oyun məğlub olsa da, onu komandadan göndərməyəcəm. Məşqçilərə güvənmək lazımdı.

- Qarşıdan 17 yaşlı futbolçuların Avropa çempionatı gəlir. Ölkəmizdə keçiriləcək bu yarışda komandamızdan hansı nəticəni gözləyirsiz?

- 17 yaşlıların Avropa çempionatı bizim üçün dərs olacaq. Çalışacağıq ki, onu yüksək səviyyədə keçirək. Aprelin 8-də Olimpiya Stadionunda püşkatma olacaq. Sonra biləcəyik ki, kiminlə oynayacağıq. Komandamız güclüdü. Təbriz Həsənov çox yaxşı hazırlaşdırır. Əsas millinin baş məşqçisi də artıq bununla məşğul olur. Çalışaq ortaya yaxşı komanda çıxaraq.

- Problemli klublardan danışdız. Onlardan biri də “Bakı”dı. Paytaxt təmsilçisinə yardım etməyi düşünürsüzmü?  

- “Bakı” I Divizionda oynayır. Baxırıq, görək, nə kömək edə bilərik? Bizdə paytaxt klublarına kömək proqramı yoxdu. Əsasən, bölgə klublarına yardım edirik.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail