Qurban Qurbanov: "İstənilən komanda “Qarabağ”a məğlub etmək iqtidarındadı" - MÜSAHİBƏ

13.03.2016 | 2688 dəfə oxunub

“Qarabağ” bu gün Azərbaycan Premyer Liqasının 25-ci turunda səfərdə "Sumqayıt"a 2 cavabsız qolla qalib gəldi. Stadium.Az xəbər verir ki, oyundan sonra komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb: 

- İstər-istəməz yorulursan. Futbolçulardan razı qaldım. Başlanğıcda yaxşı oynadıq. Ancaq rəqib də pis təsir bağışlamadı. Baxmayaraq ki, ilk 20 dəqiqədə 2 qol vurduq, qalan 70 dəqiqədə “Sumqayıt”ın qapısına yol tapa bilmədik.

- Rəşad Sadıqov bugünkü oyunu kənardan izləyir, özü üçün qeydlər aparırdı. Bu yaxınlarda isə o, məşqçi kurslarına qatılıb.

- Rəşadın kiçik zədəsi var. Risk etmədik. O ki qaldı qeydlər aparmasına, bu barədə ondan yalnız məşqçi imtahanlarından sonra soruşacam.

- Mövsüm ərzində “Qarabağ”da eniş müşahidə olunmayıb. “Qarabağ”ın özü özüylə mübarizə aparması çətin deyil?

- Hər rəqiblə oyuna ciddi hazırlaşırıq. İstənilən komanda “Qarabağ”a məğlub etmək iqtidarındadı. Amma biz də enişə düşməkdən çəkinirik və çalışırıq ki, cari mövsüm bunu yaşamayaq.

- Riçard Almeyda əvəzlənərkən sanki şikayətlənirdi...

- O, hələ ilk yarıda topuğundan zərbə almışdı. Mən də bu cür məsələlərdə həssasam. İnanıram ki, zədə ciddi deyil. Amma Riçardı qorumağı qərara aldıq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail