Qara Qarayev: "Yaxşı oynadıq" - MÜSAHİBƏ

27.03.2016 | 4322 dəfə oxunub

Azərbaycan millisinin üzvü Qara Qarayev Qazaxıstana 0:1 hesablı məğlubiyyətdən sonra jurnalistlərin suallarını cavablandırıb:

- Qarşılaşma haqda fikirlərinizi bildirərdin...

- Yaxşı toplanış keçirdik, bir həftəyə lazımınca hazırlışmışdıq. Təəssüf ki, matçda istədiyimiz nəticəni qazana bilmədik. Ancaq düşünürəm ki, gələcəkdə bu hazırlığın bizə çox xeyri olacaq. Danışılası çox şey yoxdur. Yoldaşlıq oyunu idi. Təki səhvlərimiz yoldaşlıq matçlarında olsun.

- Dünən məşqdə daha həvəsli idiniz, bu gün oyunda isə sanki motivasiya çatışmırdı...

- Elə bir dəyişiklik yox idi. Düzdür, oyunla məşqin ab-havası fərqli olur. Ancaq bu oyunda həvəssiz deyildik, sadəcə şanssız idik. Düşünürəm ki, erkən qolu buraxmasaydıq, nəticə fərqli olardı.

- Komandada çatışmayan nədir?

- Çatışmayan cəhətləri baş məşqçi deyə bilər. Mən futbolçu kimi nəsə desəm, düz olmaz. Ancaq özünüz də gördünüz ki, ilk yarıda qol vəziyyətlərimiz oldu, ancaq son nöqtəni qoymaq bir az çətin oldu.

- Rəqib əks hücumlara çıxan zaman orta sahədə müəyyən boşluqlar olurdu. O mövqenin oyunçusu kimi bunu nə ilə əlaqələndirərdin?

- Araz Abdullayev o mövqedə ilk dəfə oynayırdı. Bəlkə də ona görə bir az boşluq oldu. Konkret Araz haqqında danışsam, düz olmaz, hamı bilir ki, o necə oyunçudur. Topla əla rəftar edən, yaxşı futbolçudur. Ancaq ilk dəfə çıxış etdiyi mövqe idi, ona görə də müəyyən axsamalar ola bilərdi

Düşünürəm ki, yaxşı oynadıq. Yoxlama görüşü idi. Hansı səhvlərə yol verdiyimizi seçmə mərhələyədək təhlil edəcəyik.

İlk 15-20 dəqiqə ərzində rəqib bizə çox pressinq tətbiq etdi. Amma ilk yarıda rəqibə elə də şans vermədik. Bir çox şansımız oldu, yararlana bilmədik. Yalnız künc zərbəsindən sonra rəqib hesabı açdı. Fasilədə baş məşqçimiz bəzi mövqelərdə boşluqlara yol verdiyimizi, bəzi anlarda isə daha aktiv olmağımızı göstərdi. Biz də çalışdıq ki, onu edək. Nə qədər edə bildik, nə qədər bacarmadıqsa, buna Robert Prosineçki qərar verəcək. Növbəti oyunlara hazırlaşmaq lazımdır. Ümumilikdə isə oyundan razı qaldım.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail