"Şaxtyor"un hücumçusu millimizi seçməsindən danışdı - MÜSAHİBƏ

04.04.2016 | 2629 dəfə oxunub

Ukraynanın "Şaxtyor" (Donetsk) klubunun U-19 komandasının yarımmüdafiəçisi, Azərbaycanın U-19 millisinin üzvü Murad Xaçayevin müsahibəsini təqdim edirik:

- Öncə ilk dəfə Azərbaycan yığmasına dəvət almağınız münasibətilə fikirlərinizi bilmək maraqlı olardı. Ümumiyyətlə, bu, necə baş verdi?
- AFFA-dan "Şaxtyor"a məktub gəlmişdi. Məni U-19-un təlim-məşq toplanışına dəvət etmişdilər. Buna həm özüm razılaşdım, həm də klubum. Nəticədə, Azərbaycan yığmasında peyda oldum.

- Seçiminizə görə təəssüflənmirsiniz?
- Əlbəttə ki, yox. Azərbaycan yığmasına dəvət aldığıma görə çox şadam.

- Çernoqoriyada baş tutan təlim-məşq toplanışı barədə nə deyə bilərsiniz?
- Toplanış yaxşı keçdi. Yerli komanda ilə iki yoxlama oyunu keçirdik. Birinci oyunun ilk yarısından sonra uduzurduq. Amma fasilədən sonra vəziyyəti xeyrimizə dəyişə və qalib gələ bildik. İkinci oyunda da yaxşı oynadıq. Sadəcə, bir az bəxtimiz gətirmədi.

- U-19 yığmamız sizdə necə təsir bağışladı?
- Ancaq müsbət. Çox yaxşı kollektivimiz var. Uşaqlar meydanda özü üçün yox, komanda üçün oynayır. Bu da çox yaxşı məqamdır.

- Çernoqoriya ilə hər iki oyunda qolla fərqləndiniz. Nazim Süleymanov toplanışdan sonra sizə nə dedi?
- Öz oyunuma qiymət verməyi sevmirəm. Baş məşqçiyə gəlincə, oyuna görə təşəkkür etdi və daha böyük uğurlar qazanmaq üçün üzərimdə daha çox çalışmaq lazım olduğunu söyləydi.

- Növbəti toplanışa da dəvət alacağınıza inanırsınız?
- Dəvət etsələr, çox sevinərəm. Ümid edirəm ki, elə də olacaq.

- Ukrayna yığmalarından sizə maraq göstərən olmayıb?
- Xeyr. Ukrayna yığmasından mənimlə maraqlanan yoxdur.

- Millimizdə çıxış etməklə "Şaxtyor"da legioner sayılmayacaqsınız?
- Hələ yox. Pasport məsələsi sonra həll olunacaq. İndi bu barədə heç nə deyə bilmərəm.

- Bu, sizin gələcəkdə Donetsk təmsilçisinin əsas heyətində oynamağınıza problem yaratmayacaq?
- Bilmirəm. Hər şey özümdən asılıdır. Özümü yaxşı tərəfdən göstərəndən sonra legioner statusu daşımağın heç bir çatışmazlığı olmaz. (azerisport)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail