Şahin Diniyev: "Qarabağ" bizə futbol dərsi keçdi"

08.04.2016 | 2959 dəfə oxunub

“Kəpəz”in baş məşqçisi Şahin Diniyev Azərbaycan Premyer Liqasının 29-cu turunda “Qarabağ”a 4 cavabsız qolla məğlubiyyətdən sonra jurnalistlərin suallarını cavablandırıb:

- İlk əvvəlcə şəhid olan əsgərlərimizin yaxınlarına başsağlığı verirəm. Onlar qarşısında baş əyirəm. O ki qaldı oyuna, bu hesabdan sonra nəsə danışmaq yersizdir. Heç bir bəhanə gətirmək olmaz. “Qarabağ” bizi bütün konponentlərdə üstələdi. Arxada qalan 29 tur ərzində ən bərbad oyunumuz idi. “Qarabağ” bizə futbol dərsi keçdi. 10-11 futbolçuyla 29 oyun keçirmək çox çətindir. Psixoloji cəhətdən komanda tam “oturub”. Çalışacağıq bunu aradan qaldıraq. Son iki oyunda göstərdiyimiz futbol faciədir. Bugünkü oyunu heç nəyə bağlamaq olmaz. Xarakter bu vəziyyətdə bilinir.

- Son iki oyunda 7 qol buraxmısız. Müdafiə xətti çox zəif deyil?

- Düz 30 oyundur biz bu heyətlə oynayırıq, kubok daxil. Bütün bu səhvlər də təziqdən irəli gəlir. Hər kəs səhv edə bilər, amma olanımız budur. Başqa nədənsə şikayət edə bilmərik.

- Fiziki cəhətdən başa düşdük, psixoloji cəhətdən niyə yorulmusuz?

- Daxildə heç bir problem yoxdur. İnsan fiziki cəhətdən yorulanda səhvlər buraxır və bu da ona psixoloji cəhətdən mənfi təsir edir. Yorğunluq psixologiyamızı pozub.

- Bundan sonra nə düşünürsüz?

- Xarakter burda görünəcək. Yollar axtarırıq, bir çıxış variantı tapacağıq. Buna da məcburuq. Bu qədər qazandığımızı sona 7 oyun qalmış itirə bilmərik.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail