Rəşad Sadıqov: "İçimizdə həmişə bu söhbət olub ki..." - MÜSAHİBƏ

10.04.2016 | 2493 dəfə oxunub

“Qarabağ”ın kapitanı Rəşad Sadıqov “Kəpəz”lə oyundan sonra (4:0) Stadium.Az saytına müsahibə verib. Bu müsahibəni təqdim edirik:

- Rəqib komandalar bizə qarşı xüsusi hazırlaşırlar. Burada meydan da gözəldir, stadion da, azarkeşlər də olur. Bu isə rəqib komandaya əlavə motivasiya verir. Bilirdik ki, “Kəpəz”lə oyun çətin keçəcək. Şükürlər olsun ki, oyunumuz istədiyimiz kimi alındı və böyük hesabla qələbə qazandıq.

- Belə birtərəfli oyun sizin futbolçuları yormur?

- Maksimum dərəcədə çalışırıq ki, arxayınlaşmayaq. Əsas favorut rəqiblərimizdən olan “Qəbələ”ylə xal fərqimiz çox olsa da, arxayınlaşmaq istəmirik. Çünki bunun mənasıda yoxdur və bizə baha başa gələ bilər. Bilirik ki, 2-3 ay sonra bizi Çempionlar Liqası və ya Avropa liqası gözləyir. Orada bizi ağır oyunlar gözləyir. Bu nöqteyi nəzərdən də bizə arxayınlaşmaq olmaz.

- “Kəpəz” sizə nə üçün müqavimət göstərə bilmədi?

- “Kəpəz” də pis oynamadı. Mübarizə apara bildikləri qədər apardılar. Sadəcə olaraq, bu gün bizdə hər şey yaxşı alındı.

- Stadionda ab-hava başqa idi. Bu amil sizə əlavə motivasıya verirdi?

- Əlbəttə, verirdi. Çox xoş hislər kemirirdik. İndi bizim üçün çox həssas perioddur. Bu qədər bayraq və azarkeşlər bizə əlavə motivasiya idi. Bütün oyun boyu əsgərlərimiz üçün şüarlar səsləndirdilər, çox yaxşı idi.

- Özünü əsgər kimi hiss etdin?

- Sizi inandırım ki, daxildən belə hislər gəlirdi, sanki ordaydıq. Tam olmasa da, bir anlıq özümüzü əsgərlərin yerində hesab etdik.

- Əsgərlərimiz üçün daha çox “Qarabağ”ın fəallıq edəcəyi gözlənilsə də, bu, bir qədər gecikdi. Sizdən daha çox “Xəzər Lənkəran”la oyunda gözlənilirdi bu... Ən azı Əsgər Salamı.

- Lənkəranda hər iki qolu Mahir Mədətov vurdu. O, çox gəncdir, ola bilsin ki, sevinc hislərindən özünü unutsun. Ancaq “Kəpəz”lə oyunda bunu yaddan çıxartmadı. Öz meydanımızda oynadığımızdan daha rahat idik.

- Burdan azarkeşlərə sözen necədir? Stadiona gəlmələri üçün, hər dəfə 50-60 şəhid verməliyik?

- Təbii ki, bunu istəmərik. Biz boş tribunlar qarşısında oynayaq, amma şəhidimiz olmasın. Mən məsələyə müsbət yöndən baxmaq istəyirəm ki, belə ağır günlərdə xalqımız birlik göstərdi. İstər stadionda, istər iş yerlərində olsun. Hər birinə təşəkkür edirəm ki, “Kəpəz”lə oyunda bizi dəstəklədilər. Bir daha “Qarabağ” komandasının hansı adı daşıdığını hər kəsə hiss etdirdilər.

- Neçə illərdir milli komandanın kapitanısan. Millimizin son oyununda bəzi futbolçuların himn oxumamasına necə baxırsan?

- Sözün düzü, bunu ilk dəfə sizdən eşidirəm. İçimizdə həmişə bu söhbət olub ki, himni hər kəs oxumalıdır. Dediz, mən də fikir verdim. İnşAllah ki, bir də təkrarlanmayacaq.

- Qazaxıstan mətbuatı yazmışdı ki, onlarla oyun danışılıbmış...

- Yox, bunların hamısı absurddur.

- Məşqçilik kursuna getməyiniz mövsümün sonunda karyeranızı bitirməyiniz anlamına gəlir?

- Yox, belə bir fikrim yoxdur. Sadəcə savadımı, biliyimi artırmaq istədim, o səbəbdən də qatıldım. Çox şadam ki, bu kurslara qatılmışam.

- Yeniliklər varmı?

- Bəli, özdə çox. Futbolda olan hər kəsə məsləhət görürəm ki, bu kurslarda iştirak etsinlər. İstər məşqçilik etmək istəyənlər, istərsə də idarəçilər. Hər kəsə lazımdı bu.

- Məşqçi olmaq fikrin qəti deyil də?

- Yox, qəti deyil. Menecer və ya hansısa klubda idarəçi işləsəm də, məncə bu kurslardan keçmək lazımdır. Çünki futbolu daha yaxşı bilmək lazımdır.

- Düşünmürsən ki, ölkə futbolunda məşqçi kimi ikinci Qurban Qurbanova ehtiyac var?

- Hələ ki, Qurbanımız var. İkincisinə də ehtiyac görmürəm. Çalışacam ki, məşqçi olsam da, fərqli biri olum.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail