Millimizin qapıçısı: "Çalışacağıq ki, debütant olsaq belə, yaxşı nəticələr qazanaq" - MÜSAHİBƏ

13.04.2016 | 2898 dəfə oxunub

Dünya çempionatının pley-off mərhələsinin cavab oyununda Hollandiya ilə qarşılaşan millimiz 4:4 hesablı heç-heçəyə baxmayaraq, iki oyunun yekununda tarixində ilk dəfə mundiala vəsiqə qazanıb. Oyundan sonra millimizin  qapıçısı Rövşən Hüseynlinin verdiyi müsahibəni təqdim edirik:

- Oyunla bağlı təəssüratlarınızı bilmək istərdik?

- Bilirdik ki, cavab oyunu asan olmayacaq. Səfərdə qələbə qazanmışdıq. Ordakı matçın nəticəsi işimizin əlli faizini gördüyümüzə işarə idi. Təbii ki, istəyirdik azarkeşlərimizə vəsiqəni qələbə ilə hədiyyə edək.

- Cavab oyununu çətinləşdirən məqamlar hansılar idi?

- Hər dəfə hesabda önə keçirdik. Üstəlik rəqib meydanında 5 top vurmuşduq. Bütün bunlar müəyyən qədər arxayınlıq yaradırdı. Əsas odur ki, rəqibə hesabda bizi qabaqlamağa imkan vermədik.

 

- Zalı dolduran azarkeşlər fərqli qələbə gözləyirdi...

- Biz özümüz də qələbə qazanmaq üçün mübarizə apardıq. Oyunu izləyənlər də gördü ki, bunun üçün çalışdıq. Amma neynəmək olar?! Bu günü heç-heçə ilə başa vurduq.

- Qələbə qazana bilmədiyinizə görə məyusluq varmı?

- Əlbəttə, tariximizdə ilk dəfə belə bir uğur qazanmışıq. İstərdik bu uğuru qalib kimi təqdim edək. Bunu edə bilmədiyimizə görə, az da olsa, məyusluq var idi. Yəni bu qədər azarkeş üçün qələbə qazanmalı idik. Ümumi götürdükdə, məqsəd mundiala yollanmaq idi. Biz də qarşıya qoyulan vəzifənin öhdəsindən gələ bildik. 

- Səhvlər nədən qaynaqlanırdı?

- Səhvlər və arxayınlıq sözünü dedi. Müdafiədə aqressiv oynamadıq. Səfərdə qazanılan qələbə də təsirsiz ötüşmədi. Üst-üstə gəldikdə, səbəblər aydın olur.

- Dünya çempionatında nəyə ümid etmək olar?

- Kolumbiyaya turist kimi getməyəcəyik. Qarşıda xeyli vaxt var. Yaxşı hazırlaşacağıq. Çalışacağıq ki, debütant olsaq belə, yaxşı nəticələr qazanaq. Həm püşkdən də çox şey asılıdı.

- Heyəti gücləndirməyə ehtiyac varmı?

- Bu haqda mənim danışmağım düzgün olmazdı. Rəhbərliyin verəcəyi qərardı. Vaxt var, necə olacağını qarşıdakı günlərdə görəcəyik. (apasport)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail