Qurban Qurbanov: "Mən də bunu alqışlayıram"

16.04.2016 | 3035 dəfə oxunub

 “Qarabağ” Azərbaycan Premyer Liqasının XXX turunda səfərdə “Neftçi”yəa 2:1 hesabıyla qalib gəlib. Stadium.Az xəbər verir ki, komandanın baş məşqçisi Qurban Qurbanov matçdan sonra jurnalistlərin suallarını cavablandırıb:

- Düşünürəm ki, ilk hissədə hər iki komanda ehtiyatlı oynadı. İkinci hissədə isə hər komanda qələbə qazanmaq üçün oynadı. Şükürlər olsun ki, 3 xal bizim oldu. Hər oyun bizim üçün çox vacibdir. Əsas da oyun baxımından. Mən bu gün bütün futbolçularımdan razı qaldım. Stadionda da yaxşı atmosfer vardı.

- Vəli Qasımov sizə ÇL-da uğurlar arzuladı. Siz bu təbriki qəbul edirsiz?

- Hər dəfə bu sualı verirsiz ki, qəbul etməyəcəm. Mən bütün təbrikləri qəbul edirəm.

- Sona 6 tur qalıb. Çempionluq rəsmiləşəndən sonra əvəzedicilərə şans verəcəksiz?

- Belə bir fikrim yoxdur. Sadəcə layiq olanlar meydana çıxacaq. Hansısa bir futbolçuya şans verə bilərik. Bu da ona görə ola bilər ki, daha çox meydana çıxmağa layiq olanın istirahətə ehtiyacı olarsa.

- Şehiç bildirib ki, yaxşı təklifi olsa gedə bilər. Siz onu yollayarsız?

- Bu barədə xəbərim yoxdu. Onun bizimlə müqaviləsi var. Klubla futbolçu arasında razılıq əldə olunarsa, onun burada qalmasında problem olmaz. Bəzi mövqelərə oyunçu axtarırıq. Hər mövqeyə bit futbolçu almaq fikrimiz var.

- Futbolçular qol epizodlarını sağa-sola xərclədilər...

- Sadəcə tələskənlikdən irəli gəlirdi. Muaremdə də sadəcə fikri yayındı. İlk öncə etdiyi hərəkəti çox gözəl idi, fikri orda qaldı, qol şansını qaçırdı.

- Oyunun sonlarında futbolçularınız daha çox fərdi ustalıqlarını göstərirdilər...

- Bunu kim göstərirdisə, onlarda yaxşı da alındı. Onlar bunu sadəcə elə zaman edirlər ki, həmin epizoddan çıxa bilirlər. Mən də bunu alqışlayıram.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail