"Ən böyük uğurumuz 2014-cü ildə əfsanəvi Bryus Linin məşq yoldaşı Samuel Kvokun Bakıya gəlməsi idi"

19.04.2016 | 3616 dəfə oxunub

Azərbaycan xalqı tarixən döyüş növlərinə marağı ilə seçilib. Güləşin müxtəlif növləri ənənəvi xalqımız arasında çox populyardır. Son illər ekzotk Şərq döyüş növləri də idman həyatına yol tapıb. Şərq döyüşləri içərisində praktikliyi və sadəliyi ilə seçilən Vinq Çu ustası Asif Sayadov insanların artan marağını nəzərə alaraq bir neçə sualımızı cavablandırdı. Goal.az həmin müsahibəni təqdim edir.

- Asif müəllim, ilk öncə öÇunüz haqqında məlumat verərdiniz.

1977-ci ildə Qax rayonun İlisu kəndində anadan olmuşam. idmanla 6 yaşımdan məşğul oluram. Hələ orta məktəbdə oxuduğum illərdən idmanın karate, sambo, boks, sərbəst güləş və kikboks növləri ilə məşğul olmuşam. 1994-cü ildə ali məktəbdə oxuduğum illərdən etibarən Kunq Fu idman növü ilə ciddi məşğul olmağa başladım. Kung fu və Sanda üzrə 3 dəfə Dünya çempionu və 2 dəfə dünya 2-cisi olmuşam. Hazırda Beynəlxalq İp Man Vinq Çun assosiasiyasının Azərbaycandakı səlahiyyətli nümayəndəsiyəm. Fəaliyyətimi rəhbəri olduğum Vinq Çun İdman Klubunda fəaliyyətimi davam etdirirəm. Müxtəlif dünya çempionatlarına yetirmələrimi hazırlayıram. Tələbələrimdən 11-ri dünya çemponu adına layiq görülüb. 2011-ci ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən Şərq döyüş növləri üzrə “Respublikanın Əməkdar Məşqçisi” fəxri adına, 2014 –cü ildə Dünya Döyüş Sənətləri Birliyi tərəfindən beynəlxalq dərəcəli Usta adına layiq görülmüşəm. 2015-ci ilin aprel ayında isə Almaniyada dünya döyüş ustaları arasında təşkil olunmuş “İlin Şərəf Mükafatı” təqdimat mərasimində “İlin Ustası” adına layiq görülmüşəm.

- Vinq Çun - nədir?

- Vinq Çun, qədim Çin döyüş sənəti olan Kunq Fudan yaranmış ən praktik döyüş sistemidir. Terminoloji mənası “Yaxın Döyüş Sənəti “deməkdir. Bu döyüş sənəti üç yüz illik bir tarixə malikdir. 1700-cü illərdə Çində, döyüş sənətinin öyrədildiyi məkan olan Şaolin məbədində Ng Mui adlı bir rahibə tərəfindən yaradılması rəvayət edilən Vinq Çun, daha sonralar orijinal formada 1893-1972-ci illərdə yaşamış, Bryus Linin müəllimi olan, tanınmış qrand-master İp Manın sayəsində öÇunün çiçəklənmə dövrünü yaşayıb. İp Manın dövründə bu döyüş növü daha da təkmilləşir. Bryus Linin Amerikaya getməsi ilə əlaqədar olaraq Vinq Çun haqqında biliklər genişləndi. Sonralar isə yeni-yeni ustaların yetişməsi, onların nəsillərdən-nəsillərə ötürülməsi və bu günə qədər gəlib çıxması Vinq Çunu dünyada məşhurlaşdırıb. Vinq Çun haqqında çox sayda filmlər çəkilmişdir. Son dövrlərdə Vinq Çunu daha da məhşurlaşdıran filmlərdən biri də “İp Man filmi”dir. Bu döyüş sənətinin nə qədər sadə, lakin necə effektiv bir döyüş sistemi olduğunu anlamaq üçün sadəcə həmin filmə baxmaq kifayət edər. Hazırda dünyanın 220-dən çox ölkəsində Vinq Çun məktəbləri və federasiyaları mövcuddur.

- Vinq Çun diqər döyüş növlərindən nə ilə fərqlənir?

- Vinq Çun öz daxili prinsiplərinə əsaslanan və böyük bir fəlsəfəyə malik döyüş sənətidir. Vinq Çunun diqər döyüş növlərindən əsas fərqi daha asan tətbiq edilməsindədi. Burada qarışıq təməllər yoxdu. Vinq Çun çox sadə və dəqiq döyüş sənətidi. Birbaşa nəticəyə hesablanır. Vinq Çun idman yarışları üçün yox, real həyatda öÇunü müdafiə üçün yaradılmış bir döyüş sistemidir. Digər idman döyüş növlərində qayda və qadağalar mövcuddur. Lakin Vinq Çunda heç bir qadağa yoxdur. Dünyanın əksər ölkələrinin güc strukturlarında və polis akademiyalarında Vinq Çun tədris olunur. Vinq Çun ağıl və zəka üzərində qurulmuş və rəqibinin gücündən yararlanan bir döyüş sistemidir. Qeyd edim ki, 6 –yaşdan 80-yaşa qədər hər bir kəs bu döyüş sənətilə məşğul ola bilir.

- Gənclərə bu idman növünü sevdirmək, onları daha çox cəlb etmək üçün nə etmək olar?

-Hazırda klubumuzda məşğul olanların böyük faizi yeniyetmə və gənclərdir. Lakin daha böyük yaşda olan tələbələrimdə var. Misal üçün qeyd edim ki, 50 yaşında, hətta 72 yaşında olan tələbələrimiz də var. İlk baxışdan bu rəqəm çoxlarında gülüş doğura bilər, amma bu həqiqətdir. Bilirsiniz, Vinq Çun hər hansı bir yarış və ya müsabiqə üçün hazırlanmış bir idman döyüşü deyildir. Vinq Çun öÇunü müdafiə üçün formalaşdırılmış bir döyüş sənətidir. Həyatımızda hər zaman baş verə biləcək arzuolunmaz hadisələrdə müdafiə olunmaq üçün effektli yoldur. Öyrənilməsi asan və çox sadə texnikalardan ibarətdir. Hər idmanla məşğul olan gənc peşəkar döyüşçü və çempion ola bilməz axı. Lakin Vinq Çunla məşğul olan hər kəs primitiv öÇunümüdafiəni rahatlıqla öyrənə bilər.

- Asif müəllim, biz bilirik ki siz əvəllər Kung funun sərbəst stilləri və Sanda döyüşü üzrə təlim məşqlər keçirdiniz. Vinq Çun döyüş sənətinə marağınız necə oldu və Azərbaycanda Vinq Çunun yaranma tarixi haqqında məlumat verərdiniz.

- Bəli, 1994-cü ildən başlayaraq mən Kung fu döyüş sənəti ilə peşəkar səviyyədə məşğul olmağa başladım. 2000-ci ildən etibarən müxtəlif xarici ölkələrə getmək və həmin ölkələrin Kungfu məktəblərində təlim məşqlərinə qatılmaq imkanı qazandım. İllər keçdi və bu sahədə böyük uğurlar qazandım. Kungfu və Sanda döyüşü üzrə müxtəlif beynəlxalq və dünya çempionatlarında ölkəmizin idman şərəfini layiqincə qorudum. Daha sonralar 2006-2007 ci illərdən başlayaraq Kungfunun ən praktik sistemi olan Vinq Çun ilə daha peşəkar səviyyədə bilgilərimi artırmağa başladım. Mənim müəllimim dünyada tanınmış Qrandmaster Samuel Kvokdur. Onun rəhbərliyi altında müxtəlif ölkələrdə dəfələrlə Vinq Çun Kunq Fu döyüş sənəti üzrə beynəlxalq seminarlarda və təlim məşqlərində iştirak etmişəm. Çində, Portuqaliyada, Türkiyədə, Rusiyada, İtaliyada, Almaniyada və bir çox ölkələrin Vinq Çun məktəblərində təlim məşq toplantılarına və seminarlarına qatılaraq döyüş ustalığımı artırmışam. 2008-ci ildə Ölkəmizə bu döyüş sənətini gətirməyi və Vinq Çun İdman Klubunu yaratmağı planlaşdırdım. Beynəlxalq İp Man Vinq Çun assosiasiyasına üzv olaraq Azərbaycan üzrə rəsmi nümayəndəsi seçildim və Vinq Çun döyüş sənətini Ölkəmizə gətirdim. Xatırladım ki həmin illərə qədər ölkəmizdə Kung funun bir neçə stili və yarışlar üçün nəzərdə tutlmuş Sanda döyüşü mövcud idi. İnsanlarımızın Vinq Çun döyüş sənəti haqqında heç bir təsəvvürü belə yox idi. Çox az sayda insanlar tapılardı ki, onlarda sadəcə filmlərdən görüb bu döyüş sənətinə maraq göstərmişdirlər. Lakin məqsədyönlü çalışmalarımızın və təbliğatımızın sayəsində indi bunu qismən də olsa, tanıda bildik. Artıq Ölkəmizdə müxtəlif yaş qruplarında sevilməyə başlayan Vinq Çun sürətlə inkişaf edir. Hazırda KlubumuÇun 10-dan çox filialı fəaliyyət göstərir və hər filialımızda da 50-dən çox üzvümiz vardır. Bu illər ərzində bir çox uğurlar da qazanmışıq. Ən böyük uğurumuz isə 2015-ci ilin noyabr ayında Vinq Çun üzrə tanınmış Böyük Usta, əfsanəvi döyüşçü Bryus Linin məşq yoldaşı, İp Manın tələbəsi qrandmaster Samuel Kvok Bakıya gəlmişdir. Qeyd etmək istərdim ki, Samuel Kvok dünyada “canlı əfsanə “ titullu Usta sayılır və dünyanın 100 dən çox ölkəsində məktəbləri mövcuddur. Onun rəhbərliyi altında 3 gün davam edən seminarda idmançılarımız Vinq Çun haqqında nəzəri və praktiki bilqilər əldə etmişdilər.

- “İP Man" bu döyüş sənəntini parlaq şəkildə əks etdirən filmdir və məhz bu filmdən sonra bu növə maraq artıb. Azərbaycanda bu sahədə kinematoqrafiyanın köməyindən istifadə olunmaq ehtimalı var?

- Düzdür, Vinq Çun haqqında Çox sayda filmlər çəkilmişdir. Son dövrlərdə Vinq Çunu daha da məhşurlaşdıran filmlərdən biri də məhz “İp Man filmi”dir. Bu film dünyada söÇun əsl mənasında bir inqilab etmişdir. Hazırda “İp Man 3” filmi artıq kinoteatrlarda yayımlanır. Tanınmış əfsanəvi boksçu Mayk Taysonun da rol aldığı bu film bir daha Vinq Çun döyüş sənətinin nə qədər effektiv bir sistem olduğunu nümayiş etdirir. Ölkəmizdə bu döyüş sənəti ilə bağlı qısametrajlı bir filmin çəkilməsi üçün təklif almışıq. Hazırda bu çəkiləcək film üçün nəzərdə tutulmuş döyüş səhnələrinin xoreoqrafiyası, döyüş aktyorluğu və kaskadyorluq dərsləri və seminarın keçiriləsinə başlamışıq. Seminarlarımızda döyüşçü-aktyor və döyüş səhnələrinin xoreoqrafı Sain Fərhad Fərmanlı və bir çox tanınmış kino aktyorlarımız öz köməkliklərini göstərirlər. İstərdik, bu filmin çəkilməsi baş tutsun və beynəlxalq festivallarda ölkəmizi təmsil edək.

- Klubunuzda təlim məşqlərinizi hansı yaş kateqoriyalarda keçirsiniz?

- Klubumuzda müxtəlif yaş kateqoriyalarına aid üzvlərimiz vardır. 6-15yaş arası olan qruplarımız, 15-17 yaş arası və 18-yaşdan yuxarı olan qruplarımız mövcuddur. Klubumuzda 2 kateqoriyada təlim məşqləri keçirilir. İdman yarışları üçün nəzərdə tutulmuş proqram və sağlamlıq və öÇunü müdafiə proqramı.Vinq Çunun praktiki dərsləri 15- yaşdan yuxarı olan qruplarımıza tədris olunur. 6-15 yaşa qədər olan qruplarımıza Vinq Çunun nəzəri və texniki fəndləri və eyni zamanda kungfu sanda məşqləri keçirilir. Dünya təcrübəsində də bu belədir. Az yaşlı uşaqlara Vinq Çunun real döyüş fəndlərini öyrətmək təhlükəlidir. Çünki onlar dərk etmədən bu fəndləri yaşıdlarına tətbiq edə bilərlər və buda çox təhlükəlidir. Çünki Vinq Çunda insan bədəninin müəyyən nahiyələrinə elə zərbələr nəzərdə tutulub ki, bu adamı öldürə bilər. Bu həssas nöqtələri bilmək vacibdir.

- Bu idman növü o qədər də məşhur deyil. Müraciət edənlər çox olur?

- Bəli. Düzdür, 300 illik bir tarixə malik olan bu döyüş sənəti ölkəmizdə hələ yenidir. 2008-ci ildə Azərbaycana bu döyüş sənətini gətirməyi və Vinq Çun İdman Klubunu yaratmağı planlaşdırmışdım. Beynəlxalq İp Man Vinq Çun assosiasiyasına üzv oldum, Azərbaycan üzrə təşkilatın rəsmi nğmayəndəsi seçildim. Xatırladım ki, həmin illərə qədər bizim insanların Vinq Çun döyüş sənəti haqqında heç bir təsəvvürü belə yox idi. Çox az sayda insanlar tapılardı ki, onlarda sadəcə filmlərdən görüb bu döyüş sənətinə maraq göstərmişdi. Lakin məqsədyönlü çalışmalarımızın və təbliğatımızın sayəsində indi bu növü, qismən də olsa, tanıda bildik. Artıq Ölkəmizdə müxtəlif yaş qruplarında sevilməyə başlayan Vinq Çun sürətlə inkişaf edir. Hazırda klubumuÇun 10-dan çox filialı fəaliyyət göstərir və hər filialımızda da 50-dən çox üzvümiz var. Bu illər ərzində bir çox uğurlar da qazanmışıq. Ən böyük uğurumuz isə 2014-ci ilin noyabr ayında Vinq Çun üzrə tanınmış Böyük Usta, əfsanəvi Bryus Linin məşq yoldaşı, İp Manın tələbəsi qrandmaster Samuel Kvokun Bakıya gəlməsi idi. Qeyd etmək istərdim ki, Samuel Kvok dünyada “canlı əfsanə “ titullu usta sayılır və dünyanın 100 dən zox ölkəsində onun məktəbləri mövcuddur. Onun rəhbərliyi altında 3 gün davam edən seminarda idmançılarımız Vinq Çun haqqında nəzəri və praktiki biliklər əldə etdilər.

- Bir idman ustası kimi Vinq Çunun insan üçün faydalı tərəflərini izah edin.

- Ümumiyyətlə, Vinq Çun insan üçün faydalı və sağlamlıq baxımından vacibdir. Vinq Çun sadəcə bir döyüş sistemi deyildir. Vinq Çun həm də insanı kamilliyə götürən bir həyat yoludur. Vinq Çun böyük bir fəlsəfədir. Bu döyüş sənətinin insana verdiyi çox vacib həyati keyfiyyətlərindən olan cəsarət, məqsədyönlülük, inam və zəngin mənəviyyat kimi keyfiyyətlər idmançını bir şəxsiyyət kimi formatlaşdırır və idmançının özunü idarə etmə bacarığını təmin edir. Əsl döyüşçü cəsarətli, güclü, nizam-intizamlı, eyni zamanda, mehriban və səmimi olmalıdır. Vinq Çun bu amillər üzərində qurulmuş bir döyüş sistemdir.

- Bütün dünyada Vinq Çun federasiyaları mövcuddur. Bəs niyə bizim ölkəmizdə bu döyüş sənətinin federasiyası yaradılmır?

- Bəli, hazırda dünyanın 100-dən çox ölkəsində bu döyüş sənətinin federasiyaları hətta assosiasiyaları mövcuddur. Biz hazırda Klub olaraq həm Azərbaycan Kung fu federasiyası ilə həm də, müxtəlif ölkələrin Vinq Çun federasiyaları ilə sıx əməkdaşlıq edirik. Çox istərdik ki, Azərbaycanda Vinq Çun federasiyası yaransın. Düzdür, klubumuza dövlət səviyyəsində və həm də özəl şirkətlərin rəhbərləri tərəfindən lazımı dəstəklər olur, bizi hər il beynəlxalq seminarlara və dünya çempionatlarına göndərirlər. Ancaq öz federasiyamızın olması bu döyüş sənətinin ölkəmizdə daha da tez formalaşmasına təsir edəcəkdir. 2015-ci ildə dünya şöhrətli Vinq Çun ustası Qrandmaster Samuel Kvok ölkəmizə gələrkən, Gənclər və İdman Nazirliyində görüşü baş tutmuşdu. Bu görüş zamanı federasiyanın yaradılması ilə bağlı müzakirələr aparılıb. Bilirsiniz, bu döyüş sənəti ölkəmizdə yenidir və hələ təzə təzə formalaşır. Federasiya yaradılması üçün çox sayda klublarımız yaranmalı və üzvlərimizin sayı çoxalmalıdır. Ümid edirəm ki, bir neçə ilə Azərbaycan Vinq Çun federasiyası yaranacaq.

- Vinq Çunun ölkəmizdə inkişafı üçün nə etmək olar?

- Ölkəmizdə bu döyüş sənətinin inkişafı üçün bir çox layihələr hazırlanmışıq. Doğrusu, bir çox planlarımızı da uğurla həyata keçirtmişik. Qeyd etmək istərdim ki, Vinq Çun elə bir döyüş sənətidir ki, onunla cinsindən asılı olmayaraq, istənilən yaş qrupundakı insanlar da məşğul ola bilirlər Klub olaraq biz hər ay müxtəlif turnir və seminar təşkil edirik. Milli televizya kanallarımız tərəfindən dəfələrlə klubumuÇun qonağı olub, Vinq Çun sujetlər hazırlayıblar. Ölkəmizdə bu döyüş sənətini daha da inkişaf etdirmək üçün bacarıqlı mütəxəssislərin hazırlanması lazımdır. Eyni zamanda onun nə qədər həyatımızda əhəmiyyətli olmasını insanlara çatdırmaq lazımdır. Bu işdə əsas yük televiziya kanalları, mətbuatın üzərinə düşür.

- Tələbələriniz arasında fərqlənən idmançılar var?

- Əlbəttə. Klubumuzda çox istedadlı gənclərimiz var. Artıq onlarla tələbəmiz Respublika dərəcəli təlimatçı-məşqçi dərəcəsinə çatıb. İstedadlı tələbələrimdən olan Elşən Hacızadə isə 2015-ci ildə Almaniyada kezirilən Beynəlxalq seminarda imtahan verərək “beynəlxalq dərəcəli instructor” dərəcəsinə layiq görülüb. Yarışmalarda isə tələbələrim arasında Urxan Orucov, Arzuman Rəsulzadə və daha 11 yetirməm kungfu-sanda üzrə dünya və beynəlxalq çempionatlarının qalıbi və mükafatçısıdırlar.

- Bilirik ki, aprelin 17-də üç tələbəniz Vinq Çun üzrə "Sifu" (müəllim) səviyyəsinə çatdı. Bu barədə nə deyə bilərsiniz?

- Tələbələrimin bu uğuru məni sevindirməyə bilməz. Onlar cəmi 4 il ərzində buna nail oldular. Elşən Hacızadə, Elsevər Zülfiyev və Azər Sahibinin timsalında bütün klubumuz üçün yüksək nəticədir. Qeyd edim ki, Elşən Hacızadə ötən il Münhen şəhərində baş tutmuş Beynəlxalq İp Man Vinq Çun assosiasiyasının seminarında beynəlxalq dərəcəli təlimatçı adına layiq görülmüşdü. Ümumiyyətlə məqsədim daha çox gənci bu tərzdə yetişdirməkdir. Qeyd etdiyim kimi, klubumuz Federasiya statusu almaq üçün 10 məktəbini açmalıdır. Bu baxımdan Azərbaycanda Vinq Çunun böyük perspektivi var. Əlbəttə, gələcəkdə yarışlar, seminarlar keçirmək planlarımız var. Yaxşı idmançı olmaq üçün peşəkar məşqçin olmalıdır. Peşəkar məşqçi də istedadlı idmançını seçə bilməli və onu inamla hazırlamalıdır. Amma ən çətini yaxşı insan olmaqdır. Tələbələrinin inamını qazanmaq üçün məşqçi nümunəvi olmalıdır. Məşqçi idmançını təkcə yarışlar üçün yox, həm də bir şəxsiyyət kimi hazırlamalıdır. Əgər bir idmançının şəxsiyyət kimi güstəriciləri aşağıdırsa, o idmançı cəmiyyətimiz üçün təhlükəlidir.

Salamov Səbuhi



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail