Ağabala Ramazanov: "Mənə "İnter"dən də təklif var, başqa klublardan da" - MÜSAHİBƏ

22.04.2016 | 3013 dəfə oxunub

"Sumqayıt"ın hücumçusu Ağabala Ramazanovun müsahibəsini təqdim edirik:

- Yayda "İnter"ə keçəcəyiniz barədə yayılan xəbərlər həqiqətdir?
- Mənə "İnter"dən də təklif var, başqa klublardan da. Hətta iki xarici klubdan da dəvət almışam. Amma mövsümün sonunadək bu barədə düşünmək fikrim yoxdur. Diqqətimi oyunlarımıza yönəltmişəm. Seçimimi isə yayda edəcəyəm.

- Bu seçiminizi nəyə əsasən edəcəksiniz?
- Mütəmadi oynayacağım, gələcəyim üçün faydalı ola biləcək bir kluba keçəcəyəm.

- Qarşıdakı turda "Sumqayıt"ı "Kəpəz"lə oyun gözləyir. Bu matça hazırlıq necə gedir?
- Bu görüşə çox ciddi hazırlaşırıq. "Kəpəz"ə qalib gəlmək istəyirik.

- Gəncəlilərin son turlardakı zəif oyunu sizin üçün üstünlük sayıla bilər?
- Hər bir komanda eniş və yüksəliş dövrü olur. Biz buna diqqət vermirik. Rəqibin yaxşı heyəti var. "Kəpəz"in necə ciddi rəqib olduğunu turnir cədvəlindəki mövqeyi də göstərir. Bizə çətin olacaq.

- Daha çox ehtiyatlandığınız futbolçu var?
- Gəncə klubunun heyətində yaxşı yerli futbolçular var. Amma mən Premyer Liqamızda heç kimdən ehtiyatlanmıram.

- "Sumqayıt" özü də qeyri-sabit çıxış edir. Bunun səbəbi nədir?
- Yaxşı heyətimiz var. Komanda yaxşı futbol sərgiləyir. Amma nəsə alınmır. Ola bilsin ki, bəxt amili sözünü deyir. Biz də çempionatdakı mövqeyimizdən narazıyıq. Mövqeyimizi yaxşılaşdırmaq istəyirik.

- Bir müddət öncə komandanızı üç futbolçu tərk etdi. Digər oyunçular arasında da "Sumqayıt"dan uzaqlaşdırılacağından qorxanlar var?
- Gedən futbolçuların hər birinə karyeralarında uğurlar arzulayıram. Amma digər oyunçular arasında belə bir qorxu yoxdur.

- Azərbaycan yığmasının may ayında Avstriya toplanışı çərçivəsində qarşılaşacağı Makedoniya və Kanada ilə sınaq matçlarından nə gözləyirsiniz?
- Güclü rəqiblərdir. Amma məğlubedilməz komanda yoxdur. Bu matçlarda özümüzü yaxşı tərəfdən göstərməliyik.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail