Maksim Medvedev: "Finala kimin çıxacağının “Qarabağ” üçün heç bir fərqi yoxdu" - MÜSAHİBƏ

08.05.2016 | 3814 dəfə oxunub

“Sumqayıt”la oyundan sonra “Qarabağ”ın müdafiəçisi Maksim Medvedev jurnalistlərə müsahibə verib: 

- Oyunla bağlı təəssüratlarınızı bilmək maraqlı olardı...

- Çempion olsaq da, oyuna əvvəlki qaydada hazırlaşdıq. Qızıl medalları təmin etsək də, mövsüm bitməyib. Hər birimiz formamızı qorumalıyıq. Təbii ki, qələbə qazanmaq hər zaman sevinc bəxş edir.

- Formanızı qorumağa çalışsanız da, psixoloji baxımdan oyuna əvvəlki qaydada köklənmək mümkün deyil. Oyun da bunu sübut etdi...

- Oyun heç də asan keçmədi. Bəzi epizodlarda səhvlərə də yol verirdik. Müəyyən qədər rahat oynayırdıq. Bu rahatçılıq da qoldan sonra yarandı. Ümumi götürdükdə, rəqib qapımız qarşısında elə də ciddi təhlükə yarada bilmədi.

- Bu dəfə üzərinizdə hansısa təzyiq hiss etmədiyinizə görə işinizin daha rahat olduğunu iddia etmək düzgündürmü?

- Əksinə. Çünki 3 gün əvvəl kubok oyunu keçirmişdik. Bəzi futbolçularda yorğunluq var idi. Çünki həmin oyunda 90 dəqiqə meydanda olmuşdular. Üstəlik süni örtükdə ikiqat ağırlıq hiss edirsən.

- Heç bir əhəmiyyət kəsb etməyən oyunda həmin futbolçulara istirahət vermək olmazdı?

- Baş məşqçi bunları nəzərə alır. Bir neçə oyunçu bu gün meydanda yox idi. Kimin ağrıları var, onlar dincəldilər. Finala qədər yəqin belə olacaq.

- Yəqin ki, gücünüzü kubokun finalına qoruyacaqsınız?

- Kubokun finalı var. Daha sonra yığmaya dəvət edilən futbolçular Avstriyaya, qalanları isə dincəlməyə gedəcək.

- “Neftçi” “Qarabağ”ın arzuladığı rəqibdi?

- Finala kimin çıxacağının “Qarabağ” üçün heç bir fərqi yoxdu. Bizim öz oyun üslubumuz var. Bura qədər yol qət etmişik, sonluğu yaxşı bitirmək istəyirik. “Neftçi” ilə finalın maraqlı keçəcəyini düşünürəm.

- Yeri gəlmişkən. Belə fikir formalaşıb ki, “Qarabağ” kuboku “Neftçi”yə güzəştə gedəcək...

- Elə söhbət yoxdu! Bəlkə oyunun maraqlı keçməsi üçün belə söz-söhbəti atıblar?



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail