Çingiz Abdullayev: "Bunun da öhdəsindən gəldik" - MÜSAHİBƏ

26.05.2016 | 4393 dəfə oxunub

“Neftçi”nin Müşahidə Şurasının sədri Çingiz Abdullayev “Qarabağ”la oyundan sonra jurnalistlərin suallarını cavablandırıb:

- “Neftçi” 120-ci dəqiqədə qapısında qol görməklə kuboku əldən verdi. 0:1 hesablı yenilgini necə şərh edərdiz?

- Oyunu ham gördü. Meydanda çox yaxı mübarizə getdi. Halbuki keçən il finalda belə olmamışdı. Ötən ildən fərqli olaraq, bu dəfə “Neftçi”nin heyətində yer alanların çox gənc yerli futbolçular idi.

- Hakimlərin idarəçiliyindən razı qaldınız?

- Oyundan sonra hakimlərin idarəçiliyi barədə nəsə demək düz deyil. Bunun üçün xüsusi adamlar var və onlar hakimlərin işinə qiymət verəcəklərş Nəticədən asılı olmayaraq, hakimlərin tənqid olunmasını düzgün hesab etmirəm.

- “Neftçi” haqda müsbət fikirlər səsləndirsəniz də, komandanız 120 dəqiqə müdafiə olundu...

- “Neftçi” çempionatı altıncı yerdə başa vurub. Lakin finalda çox güclü rəqib olan, son illərində çempionu “Qarabağ”a qarı layiqli müqavimət göstərdi.

- Avrokuboklara vəsiqəni “Neftçi” üçün uğur hesab etmək mümkündür?

- Əvvəldən məqsədimiz ya medal qazanmaq, ya da kubokda finala yüksəlmək idi. Əsas hədəf avrokuboklara yollanmaqdan idi. Bunun da öhdəsindən gəldik. Komanda qarşıya qoyulan məqsədə çatdı. Düzdür, il ərzində nöqsanlarımız çox oldu. Mayın 28-də Mşahidə Şurası iclas keçiriləcək və görülən işlər toplantıda müzakirə olunacaq.

- İdman Arbitraj Məhkəməsi “İnter”in lehinə qərar çıxarsa, komandanız avrokuboklardan kənarda qalacaq. Bu məqam sizi narahat edir?

- Bilirəm. Amma İdman Arbitraj Məhkəməsinin fərqli qərar çıxaracğına inanmıram. “İnter”ə uğurlar arzulayıram. Lakin vəziyyətin dəyişəcəyini düşünmürəm. CAS bu məsələyə böyük ehtimalla, tezliklə baxmayacaq.

- “Neftçi”nin 80 illiyi ilə bağlı hazırlıqlara artıq start verilib?

- Bəli, hazırlıq işlərinə start verilib. İlk iş bazanın hazırlanmasıdır. Artıq orada müyyən işlər görülüb. Bu yaxınlarda bazamızda hazırlıq keçən İngiltərə və digər yığmalar şəraitdən razılıqlarınlı ifadə ediblər. Eləcə də aşağı yaş qrupları üzrə komandalarımız cari mövsümdə uğurlar qazanırlar. Ancaq ilk növbədə əsas komandaya diqqət ayırırıq. Düşünürəm ki, növbəti mövsüm “Neftçi” daha yaxşı çıxış edəcək. Ardıcıl 5 il “Neftçi” finala yüksəldi. Bu, Azərbaycan futbolunda rekord göstəricidir. Bu finallardan üçündə uduzmuşuq. Məncə gələn il də fiunala yüksəlsək, qalib olacağıq. Dünyanın heç bir yerində finalda uduzan komandanın nəticəsi uğursuz hesba olunmur.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail