Şahin Diniyev: "Futbolçular meydana çıxmaq üçün tələsirlər" - MÜSAHİBƏ
"Kəpəz"in baş məşqçisi Şahin Diniyev Avropa Liqasının I təsnifat mərhələsində Moldova "Daçiya"sı ilə qarşılaşacaqları ilk oyundan öncə bu gün keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Bizi çox çətin oyun gözləyir. Buna baxmayaraq, bu mövsüm Avropa Liqasında oynayan ilk komanda kimi uğurlu nəticə ilə başlamaq istəyirik.
Yeni transferlərimizi bir neçə yoldaşlıq görüşündə də oynatmaq istəyirdik. Lakin UEFA oyunun vaxtını dəyişdi. Qarşısına Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmaq tapşırığı qoyulan "Daçiya" ilə görüşdə əlimizdən gələni edəcəyik.
- “Kəpəz” 16 ildən sonra avrokuboklara vəsiqə qazandı...
- Futbolçular meydana çıxmaq üçün tələsirlər. Hər bir oyunçunun arzusudur ki, Avropa Liqasında oynasın. Sabahkı matç heç də rahat keçməyəcək. Biz yeni komandayıq. Uğurlu günlərimiz qabaqdadır. Bu ilki “Kəpəz” növbəti mövsüm daha güclü olacaq. Sadəcə vaxt qısadır. Yeni futbolçular sistemə oturmalıdır. Azərbaycan futboluna çox oyunçular bəxş edəcəyik.
- Komandada son durum necədir?
- Komandamız hər gün inkişaf edir, irəliyə addım atır. Bu da məni sevindirir. Demirəm ki, ideal oynayacağıq. Amma meydanın hər qarışı uğrunda can qoyacağıq. Oyuna yüksək motivasiya lazımdır.
- “Kəpəz”in Gəncədə oynamaması problem yaratmayacaq ki?
- “Kəpəz” klubu azarkeşləri üçün çox işlər görüb. Amma bu gün bəzi işləri görməyə gücümüz çatmır. Amma istəyimiz var. Sabahkı oyunda stadionda 20 min olmasa da, 3-4 min azarkeşin olacağına inanıram. Azarkeşlərin sevgisi bizi yaşadır.
- Rəhbərlik qarşısınıza nə hədəf qoyub?
- Etiraf edim ki, “Kəpəz”də işlədiyim zaman qarşıma hansısa hədəf qoyulmayıb. Əgər biz burdayıqsa, əlimizdən gələni etməliyik. Biz hamımız “Kəpəz” üçün çalışırıq.
- Sabah meydanda hansı taktika ilə oynayacaqsınız?
- Sabah müdafiədə etibarlı, hücumda isə rəngarəng oynayan “Kəpəz” görəcəksiniz. İlk dəqiqələrdə ehtiyatlı oyuna üstünlük verəcəyik.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |