Rəşad Sadıqov: "Bu haqda hələ fikirləşmirik" - MÜSAHİBƏ

01.07.2016 | 3073 dəfə oxunub

"Qəbələ"nin yarımmüdafiəçisi Rəşad Sadiqov Avropa Liqasının I təsnifat mərhələsində Gürcüstanın "Samtredia" klubuna 5:1 hesabı ilə qalib gəldikləri oyundan (5:1) sonra jurnalistlərin suallarını cavablandırıb. 

- Möhtəşəm qələbə qazandınız...

- Belə olacağını gözləməsək də, Gürcüstandakı təlim-məşq toplanışında yaxşı komanda qurulduğunu göstərdik. Bu da oyunda özünü bir daha biruzə verdi. Bizə ilk dəqiqələrdən təzyiq yaradıb, qol vurmaq tapışırılmışdır. Tapşırıq da öz bəhrəsini verdi.

- İkinci hissədə komanda bir qədər geriyə çəkildi...

 - 3:0 hesabı ilə önə keçdikdən sonra arxayınlaşma hər komandada olur. Rəqib komanda ikinci hissənin ilk 15 dəqiqəsində bizi təzyiqdə saxladı və qol da vurdu. Buraxılan qoldan sonra komandamız özünə gəldi. Layiqli qələbə qazandıq.

- Bu nəticə sizin daha güclü olmağınızdan irəli gəlir, yoxsa rəqibin daha zəif olmağından?

- Fikrimcə komandamız layiqli qələbə qazandı. Rəqibin zəif olmasını oyuna baxanlar deyə bilər. Bunu biz deyə bilmərik. Yəqin ki, 5:1 hesabı ilə qələbə qazanmağımız güclü olduğumuzdan irəli gəlir.

- Oyundan öncə sizə 5:1 hesabı ilə qələbə qazanacağınızı desəydilər, buna reaksiyanız necə olardı?

- Bu futboldur, hər şey ola bilər. Komandamız Gürcüstanda çox yaxşı oyunlar sərgilədi. Düzdür, sonuncu yoxlama görüşü heç-heçə bitsə də, həmin matçda da tam heyətlə oynamırdıq. Doğrudan da, yaxşı komanda qurulub. Mənə elə gəlir ki, builki komandamız ötən ilki komandadan daha güclüdür. Ola bilsin ki, növbəti mərhələlərdə bəxtimiz gətirməz. Daha güclü rəqiblə qarşılaşarıq və qrupa düşməyə bilərik. Lakin builki komandamız daha güclüdür.

- Səfərdə hesabı qoruyacaqsınız, yoxsa qələbə üçün meydana çıxacaqsınız?

- Biz səfərdə də, qələbə qazanmaq istəyirik. Motivasiyamız yaxşıdır.

- Növbəti mərhələdəki potensial rəqibiniz MTK (Macarıstan) Qazaxıstanda "Aktobe" ilə heç-heçə etdi - 1:1. Macarıstan təmsilçisi mərhələ adlamağa daha yaxın görünür.

- Bu haqda hələ fikirləşmirik. Bizim hələ səfər oyunumuz var. Qələbə qazanmaq istəyirik ki, reytinqimiz daha da yüksəlsin. Hər il daha yuxarılarda olmaq istəyirik. Əlimizdən gələni edərək qələbə qazanaq, daha sonra növbəti turdakı rəqibimiz haqda düşünərik. Növbəti turun oyununa ciddi hazırlaşmalıyıq.

- "Qəbələ" avrokuboklarda ev oyununda 5 qol vuraraq, öz rekordun yeniləyib...

- Bu, həm bizim, həm də xalqımız üçün çox sevindiricidi haldır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail