Qay: "Klub rəhbərliyinin istəyini deyə bilmərəm, amma mənim qalmaq arzum yox idi" - MÜSAHİBƏ

04.07.2016 | 4066 dəfə oxunub

"Qəbələ"nin sabiq yarımmüdafiəçisi Aleksey Qayın Ukrayna mətbuatına müsahibəsini təqdim edirik: 

- "Qəbələ"ni niyə tərk etdiniz?
- Prinsipcə, hər şey sadədir. Müqaviləmizin müddəti başa çatdı. Mən də Azərbaycanı tərk etdim.

- Sizə qalmağı tərklif etmədilər?
- Klub rəhbərliyinin istəyini deyə bilmərəm, amma mənim qalmaq arzum yox idi. Amma buna görə baş məşqçiyə, "Qəbələ"yə heç bir iradım yoxdur. Demək olar ki, belə bir qərarın alınmasında ailə vəziyyətim həlledici rol oynadı. Uşaqlar orada məktəbə getsələr də, idmanla məşğul olmaq imkanları yox idi.

- "Qəbələ"də futbol planında nə kimi təcrübə qazandınız?
- Belə bir komandada çıxış etdiyim üçün bəxtimə minnətdaram. Orada olmaq, Roman Qriqorçukla çalışmaq, səviyyəli futbolçularla oynamaq çox komfortlu idi. Fikrimcə, tək mən yox, həm də klub Avropa Liqasında iştirak etməklə böyük təcrübə toplamış oldu.

- Yaşayış baxımından Azərbaycanda qalmaq çoxmu çətindir?
- Biz oteldə qalırdıq. Qəbələ elə də böyük şəhər deyil. Hamı bir-birini yaxından tanıyır. Şərq mətbəxi bizdə elə də diskomfort yaratmırdı.

- Əksəriyyət başqa ölkələrə üz tutduğu halda, siz Ukraynaya qayıtdınız...
- Əlbəttə, bizim çempionatda nələrin baş verdiyindən xəbərim var. Buna görə mən də başqa ölkəyə yollanmağa, yeni təcrübə toplamağa çalışacağam. Amma karyeramı başa vurmayacağım dəqiqdir.

(MatchDay)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail