Vəli Qasımov: "Futbolçu çatışmazlığı var" - MÜSAHİBƏ

04.07.2016 | 4210 dəfə oxunub

"Neftçi"nin baş məşqçisi Vəli Qasımovun müsahibəsini təqdim edirik:

- Avroliqanın birinci təsnifat mərhələsi çərçivəsində iki cavabsız qolla üstələdiyiniz Malta "Baltsan"ı ilə cavab matçına hazırlıq necə gedir?
- Hazırlığa fasiləsiz, istirahət etmədən start vermişik. Hələ ki, hər şey yaxşı gedir. Heyətdə itki yoxdur.

- İlk oyundan razı qaldınız?
- Komandamız özünü pis göstərmədi. Meydanda anlaşılmazlıqlar da oldu. Amma bu, təəccüblü olmamalıdır. Çünki heyətdə beş yeni futbolçu var. Onlara vaxt lazımdır. Lakin bəzi anlarda meydanda çox yaxşı oyunun da şahidi olduq.

- Səfərdəki 2:0 cavab oyunu öncəsi arxayınlıq yaratmaz?
- Buna yol vermək olmaz. Cavab oyununda da imkanlarımızdan 100 faiz istifadə etməliyik. Səfərdəki qələbə bizim növbəti mərhələyə çıxmağımızı təmin emtəyib. Rəqib buraya revanş üçün gələcək. Bu üzdən də oyuna ciddi hazırlaşmalıyıq.

- "Baltsan" gözlədiyinizdən zəif rəqib çıxdı?
- Rəqibi zəif hesab etmirəm. Bu komandada xeyli təcrübəli futbolçu var. Keyfiyyətli ifaçılara malikdir. Ola bilsin ki, bizə qarşı istədikləri oyunu göstərə bilmədilər. Amma bu, onların zəif olmasından xəbər vermir.

- Yeni transferlərdən razı qaldınız?
- Bəzisindən. Amma yenə deyirəm ki, onların özlərini tam göstərməsi üçün zamana ehtiyac var. Səviyyə baxımından isə yaxşı futbolçu olduqlarını deyə bilərəm. Onların bizə çox faydası dəyəcək.

- Potensial rəqiblərinizin oyununda Makedoniya "Şkendiya"sının Polşa "Krakoviya"sına 2 cavabsız qolla qalib gəlməsi sizin üçün nə dərəcədə gözlənilən oldu?
- Belə nəticəni gözləmirdim. Amma oyuna baxdım. Makedoniyalılar layiqli qələbə qazanıb.

- Növbəti rəqibinizin kim olmasından asılı olmayaraq, dişinizə görə olacağını söyləmək olar?
- Hər halda superklub deyillər. Hər iki komandanı keçəcək gücdəyik.

- Avroliqaya uğurlu startdan sonra iştahınız artmayıb?
- Bizə bu turnirə yaxşı başlamaq vacib idi. İkinci oyun da çox vacibdir. Bu, yaxşı motivasiya olacaq. Əlbəttə, "Baltsan" böyük klub deyil. Amma bundan sonra da Malta təmsilçilərinə qarşı oynamayacağıq. Növbəti mərhələlərdə bizi daha ciddi sınaqlar gözləyir.

- Heyəti tam komplektləşdirə bilmisiniz?
- Tam yox. Heyətimiz elə də böyük deyil. Futbolçu çatışmazlığı var. Potensial yeni futbolçuları nəzərdən keçiririk. İlk növbədə hücumçu almağı düşünürük.(azerisport)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail