Azərbaycan millisinin baş məşqçisi istefa verdi - MÜSAHİBƏ

08.07.2016 | 3448 dəfə oxunub

21 və 19 yaşadək qızlardan ibarət Azərbaycan milli komandalarının baş məşqçisi Patrisiya Qonzales istefa verib.

Stadium.Az xəbər verir ki, o, öz istəyinə uyğun olaraq, AFFA ilə qarşılıqlı razılıq əsasında tutduğu vəzifədən ayrılıb.

Patrisiya Qonzales gedişi ilə bağlı müsahibə verib.

- Azərbaycan yığmasında fəaliyyətiniz başa çatdı. Komandadan ayrılmağınızın səbəbini açıqlaya bilərsinizmi?

- Son vaxtlar hiss edirəm ki, böyük nailiyyətlər qazanmağa qadirəm. Elit-raunddan sonra bunu bir daha anladım. Artıq yeni yola çıxmağın və getməyin vaxtıdır.
 
- Üç ildən çoxdur ki ölkəmizdə çalışırsınız. Bu müddətdə gördüyünüz işləri necə xarakterizə edirsiniz?

- İspan metodunu buraya gətirməyə və tətbiq etməyə çalışdım. Futbolçular dediklərimi daha yaxşı anlamağa başladılar. Yeni gələndə komandanın üzvlərinin texniki planda yaxşı olduqlarını, amma taktiki baxımdan “axsadıqlarını” gördüm. Bu sahəni inkişaf etdirməyə başladıq. İkinci ən böyük dəyişiklik uduzmaq sindromunu dəyişməklə bağlı oldu. Qələbələrimizin sayı artdı. Meydana çıxarkən, komandanın kimliyindən asılı olmayaraq, psixoloji baxımdan özümüzü daha güclü hiss edirdik. Bu da bizə əlavə üstünlük qazandırırdı.
 
- Ölkəmizdə qadin futboluna yaradılan şəraitlə, bu sahədə görülən işlərlə, eləcə də perspektivlərlə bağlı nə deyə bilərsiniz?

- AFFA-nın futbola dəstəyi digər federasiyalar üçün nümunə ola bilər. 
Bunu başqa ölkələrdə olan zaman daha çox hiss edirəm.
 
- Azərbaycan yaddaşınızda nə ilə qalacaq?

- Karyeramın Azərbaycanla bağlı hissəsi mənə böyük təcrübə qazandırdı. Şəxsiyyət kimi formalaşmağımda, mütəxəssis kimi təcrübə qazanmağımda Azərbaycanda gördüklərimin rolu danılmazdır. Texniki cəhətdən də özümü inkişaf etdirə bildim. Nə vaxtsa böyük məşqçi olsam, burada qazandıqlarımı heç vaxt unutmayacağam. Bakını artıq böyük Patrisiya kimi tərk edəcəyəm. Azərbaycana, federasiya rəhbərliyinə minnətdaram. AFFA mənə çox böyük dəstək oldu. Bu yaxşılıqları heç vaxt unutmayacağam.
 
- Komandanın üzvləri ilə görüşdünüz. Ayrıldığınızı hansı sözlərlə onlara çatdırdınız?

- Əlbəttə, çox kövrəldim, ağladım. Çünki özümü burada evimdəki kimi hiss edirəm. Heç vaxt İspaniyadan kənarda olduğumu hiss etdirməyiblər. Çalışdım ki, futbolçular buradan ayrılmağımın səbəbini  düzgün anlasınlar, fikirləşməsinlər ki, onları yarıyolda qoyub gedirəm. Yenə deyirəm, getməyin zamanıdır, bunu hiss etdiyimə görə ayrılmaq qərarını verdim. Burada olduğum müddətdə dəstəyini heç vaxt əsirgəmədiyinə görə AFFA rəhbərliyinə təşəkkür edirəm. Buradan birdəfəlik ayrılmıram, Azərbaycana mütləq qayıdacağam.

AFFA



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail