Qara Qarayev: "Bu matçda istədiyimiz kimi oynamadıq" - MÜSAHİBƏ
Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində "Qarabağ" Lüksemburuqun "Düdelanj" komandasını 2-0 hesabıyla məğlub edib. Stadium.Az xəbər verir ki, oyundan sonra "Qarabağ"ın futbolçusu Qara Qarayev jurnalistlərə müsahibə verib:
- "Düdelanj"ı cabasız qollarla məğlub etdiniz. Matç haqqında nə deyə bilərsiniz?
- Oyun bizim xeyrimizə çatsa da, çətin keçdi. Bu, cavab qarşılaşmasının ağır keçəcəyindən xəbər verir. Çatışmayan cəhətlərimiz var idi. Bunu öz adımdan deyirəm. Düşünürəm ki, nöqsanlarımızı növbəti matçlarda aradan qaldıracağıq. Komandamızda rahatlıq olmamalıdır. Azarkeşlər, media və biz futbolçular arxayınlaşmamalıdır. Yalnız cavab oyununu fikirləşməliyik.
- İkinci hissədə "Düdelanj”ın futbolçuları kobud oyun nümayiş etdirirdilər...
- Onların oyun fəlsəfəsi elədir ki, sona qədər mübarizə aparırlar. Biz bunları bilirdik və təhlil etmişdik. Komanda yoldaşlarım gərək həmin epizodlarda rəqiblə aqressiv davranmasınlar. Mümkün qədər hakim tərəfindən cəzalanmamalıyıq.
- "Qarabağ”ın futbolçuları 3 sarı vərəqə aldı. Bu, çox deyil?
- İstəməzdim ki, cəzalanım. Məndə əks hücum zamanı oldu. Rəqibin hücumunu nə yolla olur-olsun kəsməli idim. Səhv elədiyimi düşünmürəm, ancaq bəlkə vərəqəsiz də edə bilərdim bunu. Deməli daha diqqətli olmalıyıq.
- "Qarabağ”ın hücumçuya ehtiyacı var?
- Bu haqda danışsam, düzgün olmaz. Ancaq baş məşqçimiz də, mətbuat katibimiz də dəfələrlə açıqlamalarında bildiriblər ki, transfer olsun deyə kimisə almaq istəmirik. Əgər lazım olan oyunçu olsa, təbii ki hərəkət edəcəklər.
- "Qarabağ”ın məqsədi ÇL-nın qrup mərhələsinə düşməkdir. Bu oyunla bacaracaqsınız?
- Bu matçda istədiyimiz kimi oynamadıq. Bəzi nöqsanları düzəltməliyik və üzərimizdə çox çalışmalıyıq. Fikrimcə, "Qarabağ” Çempionlar Liqasının qrup mərhələsində oynamağa layiq komandadır.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |