Qənirə Paşayeva: "Qarabağ"ı tənqid etmək istəmirəm" - MÜSAHİBƏ

"Qarabağ"a dövlətin dəstəyi hər zaman var"

03.08.2016 | 2838 dəfə oxunub

Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab matçında baş tutan "Qarabağ" - "Viktoriya" oyununu izləyənlər arasında olan millət vəkili Qənirə Paşayevə qarşılaşma başa çatandan sonra jurnalistlərin suallarını cavablandırıb: 

- 90 dəqiqə həyəcanlı keçdi. Ancaq son 10 dəqiqə daha həyəcanlı idi. Komandamız gözəl oynadı. "Qarabağ"ın təsəlli verəcək durumu yoxdu. Mən futbolu azarkeş kimi izləyirəm. Bu oyun "Qarabağ"ın haqqı idi. Təəssüf ki, qol imkanlarını boşa verdik. Əsas odur ki, avrokuboklarda mübarizəmiz davam edir.

- Siyasətdə yaşanan stressi futbolda ata bildinizmi?

- Komandamıza azarkeşlik edirik. İstəyirik ki, "Qarabağ"ın uğurları bol olsun. Bu komanda hamımızındı. Hər birimiz fərqli-fərqli komandalara azarkeşlik edə bilərik. Ancaq "Qarabağ"ın yeri başqadı. Çünki "Qarabağ" təkcə futbol klubu deyil.

- "Qarabağ"da xüsusi rəğbət bəslədiyiniz futbolçu varmı?

- Var, ancaq adlarını çəkməyəcəm. Qarşılaşmadan sonra futbolçuların yanına gedib onları təbrik etdim. Qurban Qurbanov çox gözəl komanda yaradıb. Futbolçular da çox gözəl oynadı. Ən önəmlisi odu ki, Avropada səviyyəli komandamız var. Artıq qarşılaşdığımız komandalar da "Qarabağ"ın çətin rəqib olduğunu qəbul edirlər. Çexlər də şansa şükür etsinlər. Onlar şans sayəsində mərhələ adladı.

- Maraqlıdı ki, "Qarabağ"ın 7 nömrəli formasını geyinmisiniz. Bunun özəl bir səbəbi varmı?

- Bu, "Qarabağ"ın hədiyyəsidi. Bunu onlardan soruşun (gülür).

- Özünüz də qeyd etdiniz ki, "Qarabağ" təkcə futbol klubu deyil. Belə ki, komandanın adı da siyasi baxımdan ciddi önəm daşıyır. Belə durumda "Qarabağ"ın beynəlxalq arenada daha uzun müddətli çıxış etməsi vacibdi. Bunun üçün daha güclü maliyyə dəstəyinə ehtiyac var - daha yaxşı legionerlər cəlb edilməli, komanda istədiyi hədəfə çatmalıdı. Bu məsələnin "yuxarılar"da müzakirəyə çıxarmağı düşünmürsüz?

- "Qarabağ"a dövlətin dəstəyi hər zaman var. Dövlət bu yöndə dəstəyini komandadan əksik etmir. Gələcəyə doğru bu dəstək daha artacaq. Ancaq azarkeşlərin də dəstəyinin artması lazımdı. Sizin özünüz də xarici klubları izləyirsiniz. Bilirsiz ki, həmin klubların ayaqda qalmasında azarkeşlərin müstəsna rolu var. Elə anlar olur ki, komanda çöküş anını yaşayanda azarkeşlər onu ayaqda saxlayır. Çox şükür ki, "Qarabağ"ın belə bir problemi yoxdu. Bu gün azarkeşlərə baxıb sevindim. "Qarabağ"ı çox yaxşı dəstəklədilər. Ancaq bu dəstəyi hər zaman etmək lazımdı. Bir durum heç xoşuma gəlmədi. Matçın 85-ci dəqiqəsində bəzi azarkeşlər stadionu tərk etməyə başladı. Komandanın yanında olan adam final fitinə qədər stadionda, tribunada olmalıdı.

- Ölkənin ən öndə gedən jurnalistlərindən olmusunuz. Jurnalist kimi "Qarabağ"ı necə tənqid edərdiniz?

- "Qarabağ"ı tənqid etmək istəmirəm. Bilirsiz, biz hər şeyə Azərbaycandan baxırıq. Bu yarış Azərbaycan çempionatı deyil. Rəqib komandaları dəyərləndirmək lazımdı. Qarşımızdakı heç də zəif rəqib deyildi. Bu oyun "Qarabağ"ın haqqı idi. Biz əsasən komandanı "yıpratmağa" çalışırıq. Onsuz da onlar məyus olublar. Yaxşı oynadıqları oyunu əldən verdilər. Əksinə, futbolçularımıza dəstək olmalıyıq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail