Muarem Muarem: "Başqa deyəcək bir söz yoxdur" - MÜSAHİBƏ

03.08.2016 | 2884 dəfə oxunub

Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində keçirilən “Qarabağ”la Çexiya “Viktoriya”sı arasındakı cavab matçından sonra ağdamlıların qolunun müəllifi olan Muarem Muarem jurnalistlərin suallarını cavablandırıb:

- Qarşılaşma haqqında nə deyə bilərsiz?

- Qol buraxdıqda yadıma "İnter"lə oynadığımız matç düşdü. Amma bu bizim üçün daha fərqli idi. Çünki qələbə qazansaydıq, nəticədə həm avroliqanın qrupuna vəsiqəni təmin edirdik, həm də "Qarabağ"ın tarixində ilk dəfə Çempionlar Liqasının pley off mərhələsinə vəsiqə qazanırdıq. Biz ÇL-nin qrupunu düşünürdük. Yaxşı oynadığımızı düşünürəm. Çox qol vəziyyətlərini dəyərləndirə bilmədik. Rəqib isə son dəqiqələrdə bir qol vəziyyəti yaratdı və bundan da istifadə etdi.

- Futbolda belə bir qayda var ki, vurmayana vurarlar. Bu gün də "Qarabağ" qol epizodlarını dəyərləndirə bilmədi. Rəqib isə bir epizoddan fərqləndi...

- Həqiqətən də elədir. Mən qol buraxacağımızı heç düşünmürdüm. Əksinə ikinci qolu vuracağımızı gözləyirdim. 100 faizlik epizodları qaçırdıq. Dünyanın hər yerində görürük. Bu futbolun qanunudur, vurmayana vurarlar. "Viktoriya" da bir qol vəziyyəti yaratdı və bundan istifadə etdi. Əslində buna heç qol vəziyyəti də deyə bilmərəm. Bir asmadan qol vurdular. Xeyirlisi, qismət belə imiş.

- "Qarabağ"da nə çatışmır? Şans, bəxt, təcrübə?

- Xeyr təcrübəlik bir şey yoxdur. Hamı gördü ki, üstün oynadıq. Qol vurmalı idik. Mütləq yaradılan qol vəziyyətlərini dəyərləndirməlisən, dəyərləndirməsən qol buraxa bilərsən. Çox üzüldük həqiqətən. Necə unudacağımızı bilmirəm.

- "Qarabağ" Avropa Liqasının qrupuna vəsiqə qazana bilməsə, bunu faciə saymaq olar?

- Təbii ki, biz Avropa Liqasının qrupuna düşmək üçün hər şey edəcəyik. Bundan da yaxşı mübarizə aparacağıq. Nə deyəcəyimi bilmirəm. Hər şey var idi oyunumuzda. Sonadək mübarizə apardıq, yaxşı oynadıq, çoxlu real qol vəziyyətlərimiz oldu. Avropa Liqasının qrupuna mütləq vəsiqə qazanmalıyıq.

- Qurban Qurbanov oyundan sonra futbolçulara nə dedi?

- Hər birimizi təbrik etdi. Xarakterlər sərgilədiyinə görə, hamıya təşəkkür etdi. Edəcək bir şey yoxdur.

- Zamanı geri qaytarmaq olsaydı qol buraxmamaq eçün nə edərdin?

- Nə edərdim? Belə oynayardıq yenə. Sadəcə hər kəsin o epizodlardan qol vurmasını istəyərdim. Çox pisəm. Almeydanın, Miçelin, Daninin qol epizodları oldu. Dəyərləndirmək lazım idi. Başqa deyəcək bir söz yoxdur. Rəqibi təbrik edirəm.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail