Ramin Musayev: "Qırmızı vərəqələrə görə futbolçular sağ olsunlar" - MÜSAHİBƏ

07.08.2016 | 2665 dəfə oxunub

Azərbaycan Premyer Liqasının açılış oyunu olan AZAL - “Neftçi” matçını stadiondan canlı izləyən PFL prezidenti Ramin Musayev qarşılaşmadan sonra jurnalistlərin suallarını cavablandırıb: 

 - Mövsümün açılış oyunu haqda nə deyə bilərsiniz?

- Oyun maraqlı keçdi. Yeni mövsümün açılışı münasibəti ilə klublarımızı, futbolsevərləri təbrik edirəm. Ötənilki çempionatın sonu pis alınmadı. Artıq iki təmsilçimiz Avropa Liqasının pley-off mərhələsinə vəsiqə qazanıb. Onlara uğurlar arzulayırıq. Bu çempionat daha güclü keçəcək.

 - Matçda iki qırmızı vərəqə göstərildi, qeydə alınmayan qol oldu…

- “Sayılmayan qol” deyirsiniz, amma qol olduğu dəqiq deyil.

 - Videotəkrardan elə görünür, eləcə də “Neftçi” azarkeşlərinin qənaətinə görə həmin epizod zamanı top qapı xəttini keçmişdi…

- “Neftçi”nin azarkeşləri bunu deyə bilərlər, çünki bu gün qalib gəliblər. Fakt faktlığında qalır. Həmin epizoda PFL-in kameralarından da baxacağıq. Ola bilsin, qol olsun və ya olmasın. İndi hakimlə görüşdüm. Ramil Diniyev əlavə köməkçi hakim idi. O dedi ki, Ramin müəllim, qol olmadığına əminəm.

 - Bu cür başlanğıcdan sonra çempionatın maraqlı keçəcəyini düşünmək olarmı?

- Qırmızı vərəqələrə görə futbolçular sağ olsunlar (gülür).

 - Oyundan zövq ala bildinizmi?

- Birinci oyun olduğunu nəzərə alsaq, bəli. “Neftçi” gücünü ikinci hissədə göstərdi. Bunu da gözləyirdim. Çünki komanda həm avrokuboklarda oynayıb, həm də bu qədər hazırlıq keçib. Bu cür davam edəcəyəcinə inanmırdım.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail