"Bakıya yeni gəlsəm də, burada daha çox qalmağı artıq arzulamağa başlamışam" - MÜSAHİBƏ

11.08.2016 | 2767 dəfə oxunub

"Neftçi"nin hücumçusu Denilson Pereyra bu kluba transferi ilə bağlı müsahibə verib:

- "Neftçi"yə keçidiniz necə alındı?

-Klub mənimlə maraqlanırdı. Onların təklifini gözdən keçirdim. Ürəyimcə oldu və gördüyünüz kimi, indi buradayam.

- Diqqətinizi çəkən məqamlar arasında hansıları qeyd edə bilərsiniz?

- Dərhal Azərbaycan futbolu, "Neftçi" barədə məlumat toplamağa başladım. "Neftçi" kimi adlı-sanlı klubun mənə təklif göndərməsini öyrənmək çox xoş oldu. Belə bir komandanın üzvü olmaq qürur hissi verir.

- Sizə elə gəlmir ki, İspaniya çempionatından Azərbaycana gəlməyiniz geriyə addımdır?

- Əksinə, mən bunu karyeramda irəliyə doğru atılmış addım sayıram. Azərbaycan çempionatında yaxşı komandalar çıxış edir. Premyer Liqada mübarizənin gərgin keçdiyini bilirəm. "Neftçi"dəki çıxışım daha böyük təcrübə toplamağa şərait yaradacaq.

- "Neftçi"də hədəfiniz nə olacaq?

- Komandama maksimum dərəcədə faydalı olmaq istəyirəm. Kiminsə bu transferimə görə təəssüflənməsini istəmirəm.

- İcarə müqaviləniz mövsümün sonuna kimidir. Ola bilər ki, bir il sonra yenə "Neftçi"də qalmağa qərar verəsiniz?

- Bakıya yeni gəlsəm də, burada daha çox qalmağı artıq arzulamağa başlamışam. Oyunum hər kəsi qane etsə, niyə də daha uzun müddət "Neftçi"də qalmayım?

- Komandanız mövsümə qələbə ilə başlayıb. Səncə, çempion olmağınız mümkündür?

- Bildiyimə görə, "Neftçi" həmişə çempionluğa oynayır. Bu mövsüm də istisna deyil. Alınsa, bombardirlik yarışı uğrunda da mübarizə aparmağım mümkündür. İlk turu buraxsam da, nəyə qadir olduğumu növbəti matçlarda göstərməyə çalışacağam. Amma əsas komandanın uğurudur.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail