Roman Qriqorçuk: "Bunun oyunumuza mənfi təsir edəcəyini düşünmürəm" - MÜSAHİBƏ

12.08.2016 | 2930 dəfə oxunub

"Qəbələ" Azərbaycan Premyer Liqasının 2-ci turunda "İnter”lə qolsuz bərabərə qaldı. Stadium.Az xəbər verir ki, oyundan sonra komandanın baş məşqçisi Roman Qriqorçuk matç barədə jurnalistlərin suallarını cavablandırıb: 
 
- Qalib gəlməli olduğumuz bir oyunda xal itirdik. Bu, bir-iki futbolçudan asılı deyil.
 
- Oyunu "Maribor”un nümayəndəsi də izləyirdi. Komandanın bu gün xal itirməsi bununla bağlı deyil ki?

- Əlbəttə ki, yox.
 
- "Qəbələ” sanki bu gün çox ağır oynayırdı...

- Rəqib çox güclü idi. İlk turda son çempiona qalib gəldilər. Bu oyundan nəticə çıxararaq, gələn qarşılaşmalara hazırlaşmalıyıq.
 
- Avrokuboklarda belə bu dərəcədə hirsli görünmürsüz. Bu, heyətdə azərbaycanlı oyunçuların daha çox olmasıyla bağlı deyil ki?

- Yəqin Avrokuboklarda mənim hərəkətlərimi yaxşı izləməmisiz (gülür).
 
- Avropa Liqasındakı stadion dəyişikliyilə bağlı nə deyə bilərsiniz?

- Dəfələrlə demişəm ki, 8-ci km stadionu mənə çox yaxşı təsir bağışlayır. Orda gözəl atmosfer olur. Ancaq ot örtüyü ilə bağlı bu addımı atmağa məcbur olduq. Bunun oyunumuza mənfi təsir edəcəyini düşünmürəm.
 
- Svanadze nəticənin qanunauyğun olduğunu dedi...

-Rəqibin fikrini müzakirə etməyəcəm. Mənim şəxsi fikrim bundan ibarətdir ki, biz bu oyunda qalib gəlməli idik.
 
- Penaltini yerinə yetirən Kvekveskiri uzun müddət "İnter”də çıxış edib. Penaltini başqa futbolçu vura bilməzdi? 

- Bunu mən də düşünmüşdüm. Ancaq bizdə penalti vuran futbolçular arasında meydanda yalnız Nika var idi. Əgər digər oyunçular olsaydı, penaltini başqasına həvalə edərdim.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail