Luiş Fiqu: "Statistika baxımından, bəlkə də, Ronaldo hamını geridə qoyur" - MÜSAHİBƏ

14.09.2016 | 3462 dəfə oxunub

Portuqaliya millisinin eks üzvü Luiş Fiqu "As" nəşrinin suallarını cavablandırıb. Stadium.Az 43 yaşlı sabiq futbolçunun müsahibəsini təqdim edir.

- Hazırda nə işlə məğulsunuz?

- Heç bir klubda çalışmıram. UEFA və FİFA ilə əməkdaşlıq edirəm. Çində bir neçə futbol akademiyası açmışam, Floridada uşaq futbolunun inkişafı proqramını həyata keçirirəm. Hindistanda isə futzal layihəsinin rəhbəriyəm. Öz biznesim və fondum da var.

- Hələ də FİFA prezidenti olmaq istəyirsiniz?

- Gələcəkdə nə olacaq, bilmirəm. Hazırda dəstəklədiyim İnfantino FİFA prezidentidir. Qurumda struktur və rəhbər dəyişikliyinə ehtiyac vardı. Korrupsiya qalmaqalı yaranmışdı.

- Futbolçu olmasaydınız, hansı sahədə çalışardınız?

- Səhiyyə sahəsində işlərdim. Bəlkə də, marketinq, reklam və hətta dilçiliklə məşğul olardım.

- Neçə dil bilirsiniz?

- Portuqal, ispan, italyan, ingilis.

- İngilis dilini necə öyrənmisiz? Axı Premyer Liqa karyeranız olmayıb...

- Portuqaliyada daha çox turist qəbul etmək üçün bu vacibdir.

- Valideynləriniz harda işləyib?

- Atam mağazada satıcı, anam fabrikdə tikişçi olub. Sadə və zəhmətkeş insanlardır.

- İlk maaşınıza nə almışdınız?

- Ata və anama təzə ev aldım. Atam hələ həyatdadır. Ona kömək edirəm.

- "Sportinq"lə bağlı  hansı xatirələriniz var?

- Ən xoş xatirələrim. 12-dən 22 yaşıma kimi orda olmuşam. "Sporting"də çox şey öyrənmişəm.

- "Sporting" karyeranızı uğurlu sayırsınız?

- Şübhəsiz. Fərqli oyun fəlsəfəsi olsa da, həmin vaxt "Ajax"a bənzəyirdik.İstedadlı futbolçularımız vardı. Mən gedəndən sonra Simao, daha sonra Ronaldo və Nani yetişdi.

- "Rea"a qarşı 1994/95 mövsümündəki oyunu xatırlayırsınız?

- Ayrıca hadisələr xatirimdə yaxşı qalmır. Lakin tarixi oyun idi.

- "Barselona" karyeranız barədə nə deyə bilərsiniz?

- Heç kim bu klub barədə məndən pis söz eşitməyəcək. "Barselona" karyeramın necə başa çatmasından asılı olmayaraq. Karyeramda gözəl mərhələ idi, orda 5 il keçirmişəm. Bu illər futbolçu kimi inkişafıma kömək etdi. "Barselona" haqqında yalnız xoş sözlər deyə bilərəm.

- Bekhem, Zidan "Real"a transfer olunanda nə düşündünüz?

- Komanda hər il güclənirdi. Bizdə fərqli oyunçular vardı deyə rəqabətə davamlı kollektv idik.

- Həmin vaxt Florentino Perezin ən böyük səhvi nə idi?

- Yeni mövsümə hazırlaşanda biznes amili idman aspektindən önə keçmişdi. bunun zərurətdən meydan gəlib-gəlmədiyini bilmirəm.

- Zidanın "Real"a baş məşqçi təyin olunmasından təəccübləndiz?

- O, fenomenal insandır. Komandanı mövsümün ortasında qəbul edib Çempion Liqasında titul qazandırmaq asan məsələ deyil. Zidan bunu hamıdan daha yaxşı etməyi bacardı.

- Vaxtilə media yazmışdı ki, Zidan ona çox ötürmə vermədiyiniz üçün Florentino Perezə şikayət edibmiş...

- Bunlar cəfəngiyyatdır. Zidanın oyunu ekstetik, baxımlı idi. Qəzetlərdə bu xəbər çıxanda mənə son oyunun statistikasını göstərdilər. Oyun ərzində Zidanla mən bir-birimizə hamıdan çox ötürmə vermişdik.

- Kriştianu Ronaldo ilə münasibətiniz necədir?

- Yaxşıdır. Biz dostuq. Onunla tez-tez görüşə bilmirik. Hər kəsin öz həyat tərzi və öhdəlikləri var. Ronaldonu heyranlıqla izləyirəm və uğurlarına sevinirəm.

- Ronaldo Eysebiodan daha güclü idi?

- Belə deməzdim. Eysebionun oyununu görmüşəm. O, Portuqaliya futbolunun ilk görkəmli siması idi, mənə faydalı məsləhətlər verib. Hər futbolçu öz dövründə tarix yazıb. Statistika baxımından, bəlkə də, Ronaldo hamını geridə qoyur.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail