Dani Kintana: "Problem deyil, çıxın, siz bizim yerimizə oynayın" - MÜSAHİBƏ

16.09.2016 | 3462 dəfə oxunub

“Qarabağ”ın ispaniyalı futbolçusu Dani Kintana Avropa Liqasının qrup mərhələsində “Slovan”la oyundan (2:2) sonra jurnalistlərə müsahibə verib:

- Bir xal qazandınız, yoxsa iki xal itirdiniz?

- Oyuna ümumi baxdıqda deyə bilərəm ki, iki xal itirdik. Amma məğlub da ola bilərdik. Son dəqiqədə qol vurmaqla hesabı bərabərləşdirdik. Məncə, bir xal böyük nəticədir.

- Qapınızda erkən qolu görəndə nə düşündünüz?

- İlk saniyələrdən qol buraxmaq çətindir. Çünki sonradan toparlanmaq asan olmur. Amma çox keçmədən biz özümüzə gəldik və cavab qolunu vurduq. Düşünürəm ki, ilk hissəni qalib kimi də başa vura bilərdik. Təəssüf ki, buna nail ola bilmədik.

- Bu gün meydanda tam olaraq gücünü göstərə bilmədin...

- Xeyr, mən belə düşünmürəm.

- Müdafiə xəttində boşluqlar var idi. Bədavi Hüseynovun yoxluğu meydanda hiss olunurdu?

- Əlbəttə, Bədavi aparıcı oyunçularımızdan biridir. Amma demək olmaz ki, onun yoxluğu müdafiə xəttinə təsir göstərirdi. Müdafiəçilərimizin səhvindən qol buraxmadıq. Ümumi komandanın səhvləri var idi.

- Çoxlu qol şansını boşa verdiniz...

- Ötən oyun 3 qol vurduq. Oyun alınmayanda belə olur. Biz neynəyə bilərik? Problem deyil, çıxın, siz bizim yerimizə oynayın. Oynaya bilərsiniz?



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail