Zaur Axundov: "Növbəti addımı da atmağın zamanıdır" - MÜSAHİBƏ
Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov AFFA-nın saytına müsahibəsini təqdim edirik:
- İlk dəfə futzal üzrə dünya çempionatının final mərhələsində iştirak edən millimiz 1/8 finala yüksəlib. Təəssüratlarınızı bilmək maraqlı olardı...
- Fürstdən istifadə edib futbol ictimaiyyətini millimizin uğurlu çıxışı və növbəti mərhələyə yüksəlməsi münasibətilə təbrik edirəm. Çətin oldu, amma qarşıya qoyulan ilkin vəzifənin öhdəsindən gəldik. İlk iki oyundan sonra mübarizəni davam etdirəcəyimizi 99 faiz təmin etmişdik. Ancaq ikinci pilləni tutmaq şansımız da real idi. İran millisi də növbəti mərhələdə güclü rəqiblə qarşılaşmamaq üçün var gücü ilə oynadı. Elə vəziyyət yaranmışdı ki, ikinci pilləni tutmaq üçün bizi heç-heçə də qane edirdi. Sona qədər mübarizə apardıq, futzal tariximizdə ilk dəfə iştirak etdiyimiz dünya çempionatında mərhələ adladıq.
- Milli komandanın qrup mərhələsi çərçivəsində keçirdiyi oyunları necə xarakterizə edərdiniz?
- Bir həftə ərzində komandamız 3 oyun keçirdi. Təbii ki, hər üçündə eyni oyunu nümayiş etdirmək, sadəcə, mümkün deyil. İstər futbolda, istərsə də futzalda oyunun alınmasından çox şey asılıdır. Mərakeşlə oyunumuzun xüsusilə də birinci 10 dəqiqəsi çox çətin, ağır keçdi. Tədricən uşaqlar toparlandılar və oyunlarını nümayiş etdirməyə başladılar. İspaniyaya qarşı isə komanda yaxşı oynadı. Məğlub olmağımıza baxmayaraq, lazımi qədər mübarizə apara bildik. İranla oyuna gəldikdə, futzalçılara tapşırdım ki, arxayınlaşmaq olmaz. Birgə izlədiyimiz İran – Mərakeş oyununda birincilərin gücünü qoruduqlarının şahidi olmuşduq. Üstəlik, taktiki baxımdan bizi yaxşı analiz etmişdilər. Bir sözlə, bizi öz "silah"ımızla vurmaq istəyirdilər. Buna hardasa birinci hissədə nail oldular, oyun planında onlara uduzurduq. Fasilədən sonra futzalçılarımız anladı ki, bir top fərqi ilə uduzmaq bizi nə qədər geri salacaq. Toparlandıq və ikinci hissədə layiqli mübarizə apardıq. Tarixdə nəticə qalır. Biz də dünya çempionatımızdakı çıxışımızı tarixin yaddaşına həkk etdirdik.
- İspaniya yığması ilə oyunun birinci hissəsində millimizin rəqibə yaşatdığı sürprizi İran millisi də komandamıza yaşatmağa çalışdı demək olarmı?
- Demək olar, üst-üstə düşdü. İran bizim zəif tərəflərimizi yaxşı analiz etmişdi. Müdafiə xəttimizi yarırdılar, bu da çaşqınlıq yaradırdı. Açığı, bunu gözləmirdik. Fasiləyə 1:1 hesabı ilə yollansaq da, oyun planında rəqibə uduzduq. Fasilə zamanı həm məşqçilər, həm də mən paltardəyişmə otağında oyunçuları “ayıltmağa” çalışdıq. İran nə İspaniya, nə də Braziliyadır, onlara qarşı oyunda uduzmamalıydıq. Meydana çıxanda da heç vaxt heç-heçə üçün oynamağı qarşıya tapşırıq kimi qoymamışıq.
- Necə düşünürsünüz, yeni məşqçi heyətinin qurduğu komanda siz gözlədiyiniz kimi oynayır?
- Komanda cəmi 2 aydır bir yerdədir. Oyun zamanı futzalçılar arasında anlaşılmazlıq olur, bəzən bir-birlərini yaxşı başa düşmürlər. Narahat olduğumuz məqamdır. Bu problemin aradan qalxması üçün zamana ehtiyacımız var. Oyun təcrübəsi çoxaldıqca, bu problem həllini tapacaq. Bu gün qələbə istəyi öz sözünü dedi.
- Növbəti rəqib Tayland yığması olacaq. Ümumiyyətlə, millimiz üçün elə qrafik yaranıb ki, hətta yarımfinala da yüksəlmək mümkündür...
- Zamanı qabaqlamayaq. İlk rəqibimiz Tayland millisidir. Onların heyəti 40 dəqiqə dayanmadan qaçan gənclərdən qurulub. Əksər oyunçuları gənclərdir. Təbii ki, bizə qarşı ciddi hazırlaşacaqlar. Eyni zamanda, biz də boş dayanmayacağıq. Məqsədimiz yaxşı çıxış etməkdir.
- Maraqlıdır, 2010-cu ildə Avropa çempionatının final mərhələsində debüt edən millimiz bürünc medal qazanmağa yaxın oldu. Budəfəki siftənin də o cür uğurlu alınacağına inanırsınızmı?
- AFFA rəhbərliyinin, eləcə də federasiya rəhbəri kimi mənim komanda qarşısında qoyduğum vəzifə tam yerinə yetirildi. Artıq 1/8 finaldayıq və bu böyük uğurdur. Təbii ki, növbəti addımı da atmağın zamanıdır. Bu uşaqların oyuna hazırlığından, meydandakı çıxışından asılı olacaq.
- Millinin əksər üzvü həm də “Araz” klubunun formasını geyinir. Oktyabrda UEFA kubokunun əsas mərhələsində çıxış edəcək təmsilçimiz üçün dünya çempionatının xeyirli olacağını düşünmək olarmı?
- İşimizi həm asanlaşdırır, həm də çətinləşdirir. Güclü rəqiblərə qarşı oynayan futzalçılarımız oyun təcrübəsi qazanır, özünəinamı artır. Digər tərəfdən sıx qrafiklə oynayan oyunçularda yorğunluq müşahidə olunacaq və bu, Makedoniyada keçiriləcək əsas mərhələnin oyunlarında özünü büruzə verəcək. Amma milli naminə hər şeyi etməyə hazırıq. Milli komanda “Araz”dan daha vacibdir. Futzalçılarımız ölkəmizin adını layiqincə təmsil etmək, bayrağımızı sonuncu oyunda dalğalandırmağa nail olmaq üçün əllərindən gələni edəcəklər.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |