"Maynts"ın baş məşqçisi: "Qəbələ”ni yaxşı təhlil etmişdik"

30.09.2016 | 2740 dəfə oxunub

"Maynts"ın baş məşqçisi Martin Şmidt Avropa Liqasının qrup mərhələsinin ikinci turunda "Qəbələ"yə 3:2 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Bizi çətin oyun gözləyirdi. “Qəbələ” əks hücumda yaxşı oynayan komandadır. İlk hissədə rəqib fərqlənə bilərdi. İkinci hissənin sonlarında isə biz yaxşı oynayıb qələbə qolunu vura bildik. Fasilədə komandama “Qəbələ”nin hücuma keçəcəyini demişdim. Belə də oldu. Qapımıza penalti təyin olundu, daha sonra müdafiə səhvindən qol buraxdıq. Sonra isə dəyişikliklər etdim bu da özünü doğrultdu. Hesabda geri düşmüşdük. Son vaxtlar belə oyunlarımız olur. Daha sakit oynamalıyıq.Ümumi götürdükdə layiqli qələbə qazandıq. Bu Avroliqada ilk qələbəmiz idi. Özü də səfər qələbəsi. Dekabrda “Qəbələ”ni Almaniyada gözləyirik. Düzdür bir az soyuq olacaq, amma düşünürəm ki, orada da belə maraqlı oyun keçəcək.

-Hesabda geri düşəndə nə düşünürdüz?

-Qollar iki fərdi səhvdən sonra qapımıza vuruldu. Psixoloji olaraq komanda yaxşı vəziyyətdədir. Futbolçularım hesabda geri düşdükdən sonra da mübarizə apardılar.

- Bu gün meydanda analiz etdiyiniz “Qəbələ”ni gördünüz, yoxsa fərqli komanda var idi?

-“Qəbələ”ni yaxşı təhlil etmişdik. Rəqib yaxşı müdafiə olunan və sürətli hücuma keçən komandadır.Xüsusilə, belə vəziyyətlərdə Dabodan istifadə edirlər. Gözlədiyimizin əksinə olaraq “Qəbələ” ilk dəqiqələrdə sürətli hücumlarla bizə çətinliklər yaratdı.

-Fərqli heyətlə çıxmışdız? Futbolçular etimadınızı doğrultdu?

-Qolları vuran futbolçuları ehtiyyatda saxlamağımızın səbəbi son bundesliqa matçında oynamaları idi. Ona görə onları ikinci hissədə meydana buraxdım.

-Dabonu fərqləndirdiz. Maraqlıdır bu futbolçuya nə qədər qiymət verərdiz?

- Biz videotəhlil zamanı Dabonu yaxşı izləmişdik. Mərkəz hücumçusu olaraq hər zaman müdafiə üçün çətin anlar yaşadır. O ki qaldı onun transfer qiymətinə bu sualı idman direktorumuzdan soruşsaz yaxşı olar.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail