Şahin Diniyev: "Futbolçularım “Neftçi”ni qiymətləndirə bilmədilər"

02.10.2016 | 3035 dəfə oxunub

Azərbaycan Premyer Liqasının VII turunda “Neftçi”nin qonağ olan “Kəpəz” meydandan 0:2 hesablı məğlubiyyətlə ayrıldı. Stadium.Az xəbər verir ki, çatçdan sonra keçirilən mətbuat konfransında "Kəpəz"in baş məşqçisi Şahin Diniyev jurnalistlərin suallarını cavablandırıb:

 - Oyun gərgin keçdi. İlk hissədə çoxlu qol vəziyyətlərini xərclədik. İkinci hissədə isə komandamız təzyiqə düşdü. Bizim günümüz deyildi. “Neftçi” qələbəyə layiq idi. Məğlubiyyətin səbəbini özümüzdə axtarmalıyıq. Uşaqlara deyirdim ki, “Neftçi”ni qiymətləndirməmək olmaz. Mənə elə gəlir ki, futbolçularım “Neftçi”ni qiymətləndirə bilmədilər. Uşaq səhvlərindən qollar buraxdıq.

- Tadas Simaitisə əvəzləyici axtarırsızmı?

- Bir oyuna görə futbolçunu hesabdan silmək düzgün deyil. Simaits “Qarabağ”la matçda yaxşı oynadı. Razıyam ki, onun bu gün səhvləri oldu. Amma məğlubiyyəti futbolçunun üstünə atmaq olmaz.

- Bəlkə komandanın daxilində nəsə problem var?

- Xeyr. Oyun planında zəif deyilik. Sadəcə, motivasiya, köklənmə cəhətdən problemlərimiz var. Futbolçular “Neftçi”ni lazımınca qiymətləndirmədilər. Belə böyük problemimiz yoxdu. Daha çox çalışmaq lazımdı. Pessimist olmaq yaxşı şey deyil. Bu məğlubiyyətə görə azarkeşlərimizdən üzr istəyirəm.

- “Neftçi”ni qiymətləndirməməkdə “Qarabağ”la heç-heçənin təsiri oldumu?

- Tamamilə düzdü. Məşqçi üçün ən çətini uğurdan sonra komandanı bir araya gətirməkdi. Burda mənim də günahım var. Nə qədər çalışdım ki, komandanı o heç-heçənin fikrindən çıxarım, çıxara bilmədim. Fərdi söhbətlər aparsam da, xeyri olmadı.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail