"Azarkeşlərin sözü ilə oturub-durmağım düzgün deyil"

02.10.2016 | 2934 dəfə oxunub

“Neftçi”nin baş məşqçisi Elxan Abdullayev Premyer Liqanın VII turunda “Kəpəz”' 2^0 hesabıyla qalib gəldikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb:

- 3 xal bizə çox lazım idi. Komandamız bu gün yaxşı oyun göstərdi. Rəqib standart vəziyyətlərdə çox təhlükəli idi. “Kəpəz”in 10 nömrəli futbolçusu fərdi cəhətdən çox yaxşı oyunçudu. Axırıncı dəqiqələrdə qol vurmağımız məni daha çox sevindirdi. Bu qələbə bizə işıq yolu göstərdi. Amma “Neftçi”də hələ 3 faiz inkişaf var.

- Oyunboyu “Neftçi” azarkeşləri komandadan narazılıqlarını bildirdilər. Bununla bağlı nə deyə bilərsiz?

- Azarkeşi də başa düşmək olar, onları qınamıram. Məncə, bu qələbədən sonra oturub düşünəcəklər ki, lazımdımı belə hərəkət?

- Daha çox etirazları Araz Abdullayevlə bağlıdı. Onu kapitan kimi görmək istəmirlər...

- Bir həftə bundan öncə azarkeşlərlə görüşüm oldu. Onlarla 1-2 saat danışdıq. Məni düz başa düşün. Azarkeşə böyük hörmətim var. Amma onların sözü ilə oturub-durmağım düzgün deyil. Sarğını niyə Arazdan alım? Mən Abdullayevin oyunundan razıyam. Onunla azarkeşlər arasında nə olduğunu bilmirəm. Kapitan millinin üzvü, lider olmalıdı. Cavid İmamverdiyev yaxşı futbolçudu, amma hələ tam hazır deyil.

- Qapı xəttində problem olduğu hiss edilir...

- Mən istəmirəm ki, kimisə tənqid edim. Biz vaxt ayırıb, futbolçulara danışırıq. Mən nəyə görə yeni qapıçı axtarmalıyam? “Transfer pəncərə”sinin açılmasını gözləməliyik. Bura kimisə qovmaq üçün gəlməmişəm. Sadəcə, istəyirəm ki, komandada rəqabət olsun. Hər mövqeyə futbolçu lazımdı. Lakin istəmirəm ki, mən də elə səhvlərə yol verim. Gətirəcəyim futbolçu gərək sizin də xoşunuza gəlsin, mənim də.

- Mahir Şükürov 2 həftədi komandada məşq edir. Onun komandada rolu nədən ibarətdi?

- O, sadəcə, komandada forma yığmaq üçün məşq edir. Gənc oyunçulara da kömək edir.

- Komandada ağsaqqal rolunu oynayır?

- Komandada ağsaqqal mənəm. Mahir Şükürov sabah formaya düşsə, böyük sevinclə onu komandaya götürərəm. Əgər gəlib desə ki, “Zirə”də, “Kəpəz”də oynamaq istəyirəm, ona heç nə deməyəcəyik. Yoxlama oyunlarında yoxlayacağıq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail