Rəşad Sadıqov: "Məğlubiyyəti kənardan izləmək çox çətindi" - MÜSAHİBƏ

03.10.2016 | 3410 dəfə oxunub

“Qarabağ”ın kapitanı Rəşad Sadıqov zədə səbəbindən “Qəbələ” ilə oyunu kənardan izlədi. Stadium.Az xəbər verir ki, kapitan oyundan sonra jurnalistlərin suallarını cavablandırıb: 

- Komandanın məğlubiyyətini kənardan izləmək necə təsir edir?

- Məğlubiyyəti kənardan izləmək çox çətindi. Ancaq futboldu, qələbələr olduğu kimi məğlubiyyətlər də var. Necə ki qalib gələndə sevinirik, eləcə də məğlubiyyəti həzm etməliyik.

 - Sənin yoxluğun nə qədər hiss olundu müdafiədə?

- Mənim yoxluğum elə böyük rol oynamadı. Uşaqlar müdafiənin mərkəzində yoxluğumu hiss etdirmədilər, ancaq oyuna pis başladıq. Rəqib də vəziyyətlərdən uğurlu istifadə edib iki qol vurdu. Ondan sonra uşaqlar çox çalışdılar, nəticəni dəyişməyə, ancaq top qapıya girmədi. Sanki son zərbə çatışmırdı.

 - “Qəbələ” bu gün daha istəkli, daha sanballı görsənirdi...

- “Qəbələ”nin oyun üslubu elədi ki, aqressiv oynayırlar. Ancaq biz tam fərqliyik. Rahat, sərbəst oynayırıq. Topla oynamağı sevirik. Deməzdim ki, rəqib bizdən üstün oynadı, daha istəkli idi. Uşaqlar ikinci hissədə əla futbol oynadılar. Yaradılan epizodlardan heç olmasa, biri girsəydi, hər şey daha fərqli ola bilərdi.

 - Avroliqadakı darmadağının bu oyuna təsiri oldu?

- Olmadı desəm, yalan olar. Əlbəttə ki, olacaqdı təsiri. 5:1-dən də 5:1-ə fərq var. Az uduzmamışıq böyük hesabla. Ancaq burda məsələ budu ki, 30 dəqiqə nəinki darmadağın, ümumiyyətlə, uduzmaq heç kimin ağlından keçmirdi. Ora qələbə üçün getmişdik. Təəssüf ki, bir anda hər şey çöndü və üzücü nəticə istər-istəməz əhval-ruhiyyəni pozur. 10 nəfərlə qalan uşaqlar da çox yoruldular, psixoloji cəhətdən də təsir elədi. Ümumiyyətlə, son həftə bizim üçün çox ağır keçdi. Gəncə, Florensiya, Qəbələ səfərləri yordu bizi. Komandanın “nəfəs almağa” ehtiyacı var.

 - Zədən nə yerdədi? Millidən kənarda qalacaqsan?

- 3 gündü məşq eləmirəm. Həkimlərlə birlikdə çalışırıq ki, millinin oyununa çatdıraq.

 - Son zamanlar “Qarabağ”da mənfi bir hal müşahidə olunur. Qol buraxan kimi ümid itir. Bu nədən irəli gəlir?

- Belə deyək də, Gəncədə geriyə düşdük, ondan sonra nə qədər imkanımız oldu, vura bilmədik. İtaliyada aydın məsələdi ki, geri düşəndən sonra 10 nəfərlə nəsə eləmək çətin məsələdi. Burda da ki, vəziyyətlər oldu, ancaq alınmadı.

 - Sosial şəbəklərdə blə bir fikir yaranıb ki, Rəşad məşqçiliyə başlayandan futbol ikinci plana keçib. Razısan bununla?

- Ümumiyyətlə, sosial şəbəklər mənə maraqsızdı. Mənə bu tipli suallar vermək düzgün deyil. Sizin əgər elə bir sualınız varsa, cavablandırım, ancaq sosial şəbəkədə mən heç bilmirəm bunu kim deyib, hansı şəraitdə, niyə deyib?

 - Bayaq qeyd etdin ki, son zərbə çatışmır. Bu baxımdan problem var. Bəlkə əlavə hücumçuya ehtiyac var komandada?

- Yetərincə hücumçumuz var. İnşallah yaxşı olar. Bəzən alınmır. Əgər sənin bir oyunda 4 topun dirəyə dəyirsə, burda artıq ustalıq rol oynamır. Bir perioddu, inanıram ki, tezliklə keçəcəyik. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail