Ramin Musayev: "Tapşırmışam ki, oyundan sonra xətrinə dəyən olsa, vur" - MÜSAHİBƏ

06.10.2016 | 2936 dəfə oxunub

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Azərbaycan lubokunun püşkatmasından sonra jurnalistlərin suallarını cavablandırıb:

- Kubokun finalı harada keçiriləcək?

- Final oyununu bölgədə keçirmək fikrimiz var. Çox istərdim ki, bu Lənkəran olsun. Amma "Xəzər Lənkəran" öz fəaliyyətini dayandırıb. Mən sözü açıq adamam. "Neftçi" finala çıxsa, Lənkərana apara bilmərəm. Əksinə olsa, gedə bilərik. Lənkəran şəhər polis rəisi ilə danışıb, təhlükəsizliyə təminat versələr, o azarkeşlərə hörmət olaraq orada keçirə bilərik. Bundan başqa Qəbələdə, Gəncədə də ola bilər. 90 faiz ehtimalla bölgələrdə olacaq. Bizə jurnalistlərin köməyi də lazımdır. Elə problemlərlə üzləşirik ki, jurnalist yanımızda olanda o həll olunur.

- "Bakılı" - "Zaqatala" oyununda baş verənlərə münasibətiniz necədir?

- Bununla bağlı məlumatım var və videoyazılara baxmışam. "Bakılı"nın birinci topu azarkeşlər tərəfindən yaxşı qarşılanmadı ki, top xətti keçmişdi. Ancaq top xətti keçməyib. Bunu yan və baş hakim təsdiqləyir. Bundan sonra azarkeş yenə söyüş söyür. Bu adam hakimin səhv və ya düz olmasına baxmır. Hakimə bəraət vermirəm. Hakimə deyirlər ki, kim nə desə, sən heç nə eşitmirsən. Amma oyundan sonra xətrinə dəyən olsa, vur. Bunu demişəm və arxasında durururam. Hakim düz etməyib. Sözsüz ki, hər kəsin öz mənliyi var. Bir daha belə hal təkrarlanarsa, başqa yollara əl atacağıq. Çəkinmirik və heç kimin yanında gözü kölgəli deyilik.

- Kubokun sponsoru məsələsi nə yerdə qaldı?

- Sponsor yoxdur. Təkliflər oldu, amma o heç kubokun formasını dəyişməyə dəyməz.

- "Mil Muğan"a siz nəzarət edirsiniz. Bu komanda kubokda niyə iştirak etmir?

- Mən sözümdən qaçmıram və bu komanda nəzarətimdədir. Buraya gəlmədən öncə klubla söhbət etdim. Baş məşqçidən xahiş etdim ki, bizə qələbə yox, yaxşı oyun göstərmək və oyunçu lazımdır. Biz Qurban Qurbanovla birgə çalışanda 6 oyunda qələbə qazana bilmədik. Çempionluğa oynayanda bizi saxlayan keçmiş AFFA rəhbərliyi oldu. Tələsmək lazım deyil. Hələ çempionat başa çatmayıb. Yanvardan sonra limitlə bağlı dəyişiklər olacaq. Komanda çempionat başlamazdan 15 gün qabaq yaranıb. Nəyə gələk? Məsələn, gəlib düşsün "Qəbələ" ilə... Bu klubun insafı yoxdur və gəlsin 10 dənə qol vursun. Elə bil "Jiquli" ilə BMW yarışır. Başqa komandalar özünə güvənir. Amma biz hazır deyilik.

- "Kəpəz"in bazası bu gün acınacaqlı vəziyyətdədir. Son oyunda mətbuat üçün normal yer də yox idi. Klub rəhbərliyi ilə danışıq olub bu barədə?

- Vallah "Kəpəz" klubunun rəhbərliyinin kimliyini tam bilmirəm. Klubun komandası, baş məşqçisi var. Varsa, gəlsin görüşək.

- Əvvəllər PFL ayın oyunçusunu seçirdi. Bunu bərpa etmək olar?

- Biz artıq I Divizionda ayın oyunçusunu seçirik. Çox gözəl də alındı. 5 ən yaxşı qol seçilmişdi. Aşağı dəstəni işıqlandırmalıyıq. Əksəriyyəti gənc oyunçulardır və futbolun gələcəyini onlarda görməliyik.

- Həqiqətən aşağı dəstədə gərgin mübarizə gedir. V turda səhv etmirəmsə, 4 canlı yayım olub.

- Bəzi stadionlarda internetlə bağlı problem olduğu üçün onlayn yayım da verə bilmirik. Komanda öz oyununu taparsa, oyunlar canlı yayımlanacaq. "CBC Sport" hansı oyunu desək, təmənnasız göstərməyə hazırdır 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail