"Qəbələ" ilə oyundan sonra xəbər göndərdim ki, işinizi buna görə qurun"

10.10.2016 | 4232 dəfə oxunub

“Qarabağ”ın sahibi Abdulbari Gözəlin müsahibəsi


- "Qarabağ"a nə qədər diqqət ayıra bilirsiniz və son nəticələri ilə yaxından maraqlanırsınızmı?


- Həmişə çox ciddi təqib edirik. Sadəcə, komandada baş məşqçi var. Biz klub rəhbərliyi olaraq, baş məşqçini sıxmırıq, onun işinə müdaxilə etmirik. Qurban Qurbanov çox dürüst və sağlam insandır. "Qarabağ"da hər şey düzgünlük üzərində qurulub. Təbii ki, komandaya görə həyəcan keçiririk. Türkiyədə müəyyən zamanla "Fənərbağça", "Qalatasaray", "Trabzonspor" və digər klublar birinci olur. Bu cür hallar bütün klublarda olur. Azərbaycanda da rəqabət var. Biri düşəcək, biri qalxacaq. Ancaq "Qarabağ"ın öz fəlsəfəsi, prinsipi, oyunu, dünyada hörməti var, reytinqi də yuxarıdır. Yəni "Qarabağ" işini ciddi şəkildə davam etdirir.


- Jurnalistlərlə görüşünüzdə bildirdiniz ki, "Qəbələ" "Qarabağ"a qalib gəlməklə ciddi rəqabət yaratdı...


- Şikayət edirdilər ki, rəqibimiz yoxdur. Bu səbəbdən, Avropa Liqası üçün inkişaf edə bilmirik. Mən də "Qəbələ" məğlubiyyətindən sonra xəbər göndərdim. Dedim ki, işinizi buna görə qurun.


- Düşünmürsünüz ki, Qurban Qurbanov həmin oyunda meydana güclü heyət buraxmadı?


- Düzü, mən də təəccüb etdim. "Qəbələ" artıq güclü bir komandadır. Bu səbəbdən, nəyə görə güclü futbolçulardan bəzilərini meydana buraxmaması mənə maraqlı gəldi. Bu, baş məşqçinin siyasətidir. Bir də "Qarabağ" vuranda rəqiblərinin hamısı həvəsdən düşür və deyirlər ki, onsuz da "Qarabağ"dır, qol vurmalıdır. Ancaq "Qarabağ" bir-iki dəfə məğlub olsa, baxırlar ki, "Qarabağ" qol vura biləcək, ya yox. Bu da rəqiblərdə komandamıza qarşı oynamaq həvəsi yaradır.


- Türkiyədən misal gətirdiniz. Orada da "Qalatasaray", "Beşiktaş", "Fənərbağça" güclüdür. Əksəriyyət elə düşünür ki, bu klublardan başqa heç kim çempion ola bilməz. Hazırda Azərbaycanda da aşağı-yuxarı 3 güclü klub var...


- Hər kəs elə düşünür. Amma klublar güclü olsa, bir-birlərini də gücləndirərlər.


- Avropa Liqasının qrup mərhələsində "Fiorentina"ya 1:5 hesablı məğlubiyyəti necə qarşıladınız?


- Bir az şanssızlıq oldu. Klubların hərdən təzyiqi yüksəlir. Bu da qəbuledilməzdir. Lakin biz heç vaxt futbolçularımızın və ya baş məşqçimizin əhvalını pozmuruq. "Canın sağ olsun, gələcəkdə udarsan" deyirik. Bu məğlubiyyət ona təsir edəcək, onu daha məsuliyyətli edəcək. Biz Qurbanova inanırıq. Aramızda qarşılıqlı inam var. 


- Əvvəlki iki mövsümdə Avroliqanın qrupunda qalmısınız. Bu mövsüm komandanın qarşısına 1/16 finala vəsiqə hədəfi qoymusunuz?


- Əlbəttə, qələbə qazanmaq, irəli getmək istəyirik.


Mənbə: Report.az



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail