"Bu dəfə yer aldığım mövqedə oynamaq mənim üçün narahat idi" - MÜSAHİBƏ

04.11.2016 | 5139 dəfə oxunub

Avropa Liqasının qrup mərhələsində “Sent Etyen"ə Bakıda 162 hesabıyla məğlub olan "Qəbələ"nin yarımmüdafiəçisi Teo Uiksin müsahbəsini təqdime dirik: 

- Hesabı “Qəbələ” açdı. Gözləmək olardı ki, bunun davamını gətirəcəksiniz və qrupda ilk qələbənizi qazanacaqsınız. Nə baş verdi ki, sonda məğlub oldunuz?

- Oyunu udmalı idik. Bunun üçün imkanımız da oldu. Təəssüf ki, meydanı xalsız tərk etdik. Demək olar, oyunu rəqibə hədiyyə etdik. Öz səhvlərimizdən qapımızda qollar gördük. Nəticədə məğlubiyyətlə üzləşdik.

- 1:2 hesabı ilə geri düşdükdən sonra oyunu dəyişmək üçün şansınız oldu. Amma istifadə edə bilmədiniz...

- Razıyam, hesabı dəyişmək üçün şanslarımız oldu. Hətta rəqib hesabda önə keçənə qədər də qol vurmağa yaxın idik. Ancaq bu şanslardan istifadə edə bilmirsənsə, məğlubiyyətlə də barışmalısan. Ona görə qol epizodlarını mümkün qədər maksimum realizə etmək lazımdır. 

- Baş məşqçi sizi fərqli mövqedə - dayaq yarımmüdafiəçisi kimi oynatdı. Özünüzü necə hiss edirdiniz?

- Əlbəttə, heyəti baş məşqçi qurur və o, tapşırıqlar verir. Bu dəfə yer aldığım mövqedə oynamaq mənim üçün narahat idi. Həqiqətən də öyrəşmədiyim yerdə çıxış edirdim. Bu da məcburiyyətdən atılmış addım idi. Heyətimizdə zədəli futbolçuların çox olması baş məşqçini yerdəyişmələr etməyə vadar etmişdi. 

Zədəli futbolçuların yoxluğu hiss olunurdu?

- Onlar bizim üçün vacib futbolçulardır. Bu gün meydana çıxa bilməmələri çoxsaylı yerdəyişmələrə səbəb oldu. Amma futbolda zədədən də qaçmaq olmur. 

Qarşıda 2 oyun qalıb və “Qəbələ”nin pley-off üçün şansı bitib. Bu matçlara motivasiya olmaq çətin olmayacaq?

- Düzdür, növbəti mərhələyə yüksəlmək üçün şansımız qalmayıb. Çalışacağıq, xal qazanaq. Təbii ki, bundan sonra əsas diqqətimizi çempionat oyununa yönəldəcəyik. Artıq Premyer Liqada uğur qazanmalıyıq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail