Elxan Abdullayev: "Mən onlara şans verməsəydim, özümü qınayardım" - MÜSAHİBƏ

05.11.2016 | 4530 dəfə oxunub

Azərbaycan Premyer Liqasının 11-ci turunda  Bakı "İnter” ilə ev oyunundan sonra "Neftçi”nin baş məşqçisi Elxan Abdullayev mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb: 
 
- Oyun çox gərgin keçdi. Komandamın çıxışından razı qaldım. Bu gün bizə 3 xal hava-su kimi lazım idi. Uşaqları təbrik edirəm. Bu gün yerli oyunçulara üstünlük vermişdik. Onlar da özlərini doğrultdular.
 
- Bu oyuna 4 müdafiəçi ilə çıxdınız. Belə demək olar ki, "İnter”in hücum xəttini zəif sayırsız?

- 4-1-4-1 taktiki sxemdə başladıq. Amma bir dayaq yarımmüdafiəçisi ilə oynamaq çətindir. "Qarabağ”a qarşı bu cür oynaya bilməzdik. "İnter” də güclü rəqibdir. Bütün taktiki sxemləri nəzərdən keçiririk.
 
- "Neftçi” azarkeşləri Rəhman Hacıyev və Araz Abdullayevə qarşı təzyiq göstərirdilər, Mahir Şükürova isə dəstək olurdular. Kapitan sarğısını Mahirə verməyi düşünmürsüz?

- Mən komandaya gələndə kapitan Araz idi. Onu komanda seçib. Mənim nə haqqım var ki, sarğını ondan alım? Kapitan odusa, deməli, komanda ona inanır.
 
- Elşən Abdullayev zədəsini nə vaxt sağaldıb, sıraya dönəcək?

- Almaniyada əməliyyat keçirmişdi, burda bərpa olunurdu. Bir ara komanda ilə məşqə başlamışdı, amma ağrı hiss etdiyindən, sıraya dönə bilmədi. Nə vaxt qayıdacağı dəqiq bilinmir. Yəqin ki, Elşəni qışa kimi görməyəcəyik.
 
- "Neftçi”nin özünə gəldiyini demək olarmı?


- İnam gəlib. Bu, futbolda çox önəmlidir. Biz düz istiqamət seçmişik, necə olacağını isə heç kim əvvəldən deyə bilməz.
 
- Bu yaxınlarda komandadan bir neçə legioner əvəzedici heyətə göndərildi. Məhz bundan sonra "Neftçi” qalib gəldi. Bu qərarı daha əvvəl qəbul etmədiyiniz üçün peşman deyilsiz ki?

- Mən onlara şans verməsəydim, özümü qınayardım. Obyektiv olmaq lazımdır. Mən komandaya yeni gəlmişəm. Legioneri ilk gündən əvəzedici heyətə göndərmək düz çıxmazdı. "Neftçi”də elə futbolçu yoxdur ki, ona şans verməyim.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail