Rahid Əmirquliyev: "Bu baş məşqçinin qərarıdı" - MÜSAHİBƏ

03.12.2016 | 3565 dəfə oxunub

Ölkə kubokunun 1/8 final mrhələsində “Səbail”lə qarşılaşan və böyükhesablı qələbə qazanan “Qarabağ”ın yarımmüdafiəçisi Rahid Əmirquliyev jurnalistlərin suallarını cavablandırıb.

- Demək olarmı, oyunun bu cür asan keçəcəyini gözləyirdiniz?

-  Asan oyun olmur. Digər oyunlara necə ciddi hazırlaşmışdıqsa, bu matçda da həmin tempdə hazırlaşdıq. Qələbə qazanmaq, mərhələ adlamaq istəyirdik. Bunu bacardıq, amma kənardan göründüyü qədər rahat matç olmadı.

- Qollar vurulan zaman bunu elə də çılğın şəkildə qeyd etmirdiniz. Bu nədən irəli gəlirdi? Bəlkə “Qəbələ” ilə oyunda yaşananların hirsi hələ soyumayıb?

- Elə deməzdim. Hər qoldan sonra bir yerə yığılıb bunu qeyd edirdik. Oyuna məşqə çıxdığımız kimi çıxmamışdıq. Ola bilsin, kiminsə mimikası dəyişməyib. Amma hər qoldan sonra sevinirdim.

- Növbəti mərhələdə “Səbail”dən nisbətən güclü “Sumqayıt”la qarşılaşacaqsınız. Bu rəqib haqda nə düşünürsüz?

- “Sumqayıt”la oyuna qədər bizim daha bir vacib oyunumuz var. Çətin “Fiorentina” duelini nəzərdə tuturam. Bu qarşılaşmadan sonra “Sumqayıt” haqda düşünmək olar.

- Çətin “Fiorentina” matçı öncəsi bu qarşılaşma sizə nə verdi, nə qazandırdı?

- “Fiorentina” ilə oyunöncəsi yaxşı bir qarşılaşma oldu. Baş məşqçi futbolçuları yoxladı. Rəqibin aşağı dəstə təmsilçisi olmasına baxmayaraq, yaxşı hazırlaşmışdıq, oyuna ciddi yanaşdıq. Çox uğurlu oyun alındı.

- Xüsusilə də avrokubok oyunları öncəsi baş məşqçiniz futbolçulara mətbuatla ünsiyyəti qadağan edir. Maraqlıdı, mətbuatla ünsiyyət oyununuza çoxmu təsir edir?

- Bu baş məşqçinin qərarıdı. Qadağa qoyubsa, deməli, bildiyi nəsə var. Qurban müəllim daha dolğun açıqlama verə bilər.

- Futbolçu Rahid oyundan öncə mətbuata açıqlama verirsə, bu oyun çıxışına necə təsir göstərir?

- Oyunuma heç bir təsiri yoxdu. Ancaq baş məşqçi belə qərar verir. İstəyir ki, ancaq keçirəcəyimiz oyun haqda düşünək. Başqa heç nə yoxdu.

- “Fiorentina” ilə oyun haqda nə düşünürsüz? Reallığı nəzərə alsaq, “Qarabağ” İtaliya təmsilçisini yenə biləcəkmi?

- “Fiorentina” həqiqətən çox güclüdü. Ancaq həyatda mümkünsüz heç nə yoxdu. Biz də mümkünsüz kimi görünəni mümkünə çevirmək üçün çalışacağıq.

- Rəqib də hələ növbəti mərhələyə vəsiqəni təmin etməyib. Etsəydi, sizin üçün asan oyun olacağına ümid edirdinizmi?

- Bəlkə də elə olacaqdı. Başqa heyətlə oynamaq ehtimalı vardı. Qrupdan çıxmaq istəyirik, ona görə də oyunumuzu oynamalıyıq. Bura hansı heyətlə gələcəklərinə diqqət yetirməməliyik.

- Oyun yaxınlaşdıqca üzərinizdə təzyiq hiss edirsinizmi?

- Təzyiq onsuz da var. Yeni tarix yaza bilərik. Vacib oyundu, amma sakit oynamalıyıq. Üzərimizdəki gərginliyi, təzyiqi kənara qoymalıyıq.

- Son bir həftə ərzində vaxtilə kapitanlığın altında oynamış komanda yoldaşlarından ikisi dünyasını dəyişdi. Onları necə xatırlayırdınız?

- Həyatdı, hər insanın başına gələ bilər. Şəhriyarın xatirini çox istəyirdim, dostum idi. Allah rəhmət eləsin, ailəsinə səbr versin. Əlimizdən nə gəlir ki?



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail