"Əsas qırılma nöqtəsi “Slovan”a səfərdəki 0:3 hesablı məğlubiyyət oldu" - MÜSAHİBƏ

08.12.2016 | 3462 dəfə oxunub

UEFA Avropa Liqasının qrup mərhələsinin son turunda “Fiorentina”ya Bakıda 1:2 hesabıyla məğlub olan “Qarabağ”ın idman direktoru Əmrah Çəlikəl oyundan sonra jurnalistlərin suallarını cavablandırıb:

- Oyun haqqında fikirlərinizi bölüşərdiniz...

- Maraqlı oyun oldu. Qələbə istəyirdik. Hava şəraitinə baxmayaraq, azarkeşlərin  möhtəşəm dəstəyini gördük. Gözəl ab-hava var idi. Cavab qolundan sonra ümidlənsək də, nəticə ürəyimizcə olmadı.  

- Düşünmürsünüz ki, uğursuzluqda əsas səbəb futbolçu çatışmazlığı və yeni transferlərin olmamağıdı?

- Xeyr, elə düşünmürəm. Bizim iki futbolçumuz cəzalı idi. Bu gün oyunçu cəhətdən hər hansı bir problemimiz yoxdu. İstədiyimiz əksər transferləri həyata keçirmişik.

- “Fiorentina” ilə görüşdə Mahir Mədətov kimi gəncin meydana çıxması...

- Məncə, Mahir üçün də, Azərbaycan futbolu üçün də bu, böyük şansdı ki, gənc futbolçu belə bir məsul qarşılaşmada meydana çıxır.

- Ölkə çempionatında legioner limiti olmasaydı, əcnəbi transfer edə bilərdiniz?

- Məncə, burda transfer haqqında danışmamalıyıq. Hamımız çox kədərliyik. Onu deyim ki, transfer baxımından hansısa bir çətinliyimiz olmayıb. Əsas məsələ o deyil, bu oyundakı məğlubiyyətimizdi.

- Artıq üçüncü dəfədi  komanda son anda büdrəyir. Sizcə, əsas səbəb nədi?

- Müəyyən qədər təcrübə çatışmazlığı da var. Şanssızlıq da oldu. Əsas qırılma nöqtəsi “Slovan”a səfərdəki 0:3 hesablı məğlubiyyət oldu.

- Bəlkə bir az da arxayınçılıq oldu? Sona iki tur qalmış hər şey bizim xeyrimizə idi...

- Yox, arxayınçılıqdan söhbət gedə bilməz. Komandadakı ab-hava buna imkan vermir. Baş məşqçimiz bu haqda oyunçuları xüsusi hazırlayır. Arxayınçılıq deməzdim, sadəcə təcrübə çatışmazlığı və şanssızlıq əsas rol oynadı.

- “Qarabağ” iki dəfə PAOK-a qalib gəldi, ancaq qrupdan yunanlar çıxdı. Bu, ədalətsizlikdi?

- Yox, ədalətsizlik deyil. Deməli, belə olmalı imiş. PAOK da getdi “Fiorentina”ya qalib gəldi, indi də öz meydanında “Slovan”ı məğlub etdi. Əgər bu gün həmin oyun fərqli bitsəydi, biz də heç-heçə etsəydik, qrupdan çıxacaqdıq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail