Eduard Məmmədov: "Bayrağı götürüb, erməninin üstündə duraraq, göyə qaldırdım" EKSKLUZIV

29.01.2011 | 8626 dəfə oxunub

rnrn

Dünyanınrnbir nömrəli kikboksçusu Eduard Məmmədovun Stadium.az-a müsahibəsi

rnrn

15 qat Azərbaycan, 13 qat dünya,rn4 qat Avropa, Asiya vərnAvroasiya çempionu, müxtəlif beynəxalq turnirlərinrnqalibi, fəxri fərman sahibi, dünyanın ən titullu kikboksçusu...  "Ağ Canavar"rnləqəbli... EduardrnMəmmədov bu gün də əldə etdiyirnuğurlarını xalqına,rnvətəninə həsr edir.rnBir kikboksçunun əldə edəcəyi bütünrnuğurları qazanan Eduard,rnbununla yanaşı, həm də polis kapitanıdır. Uşaqlıqdan istəyirnvətəninə layiqli övlad olmaq olub.rnDüşünürük ki,rnbunun öhdəsindənrnlayiqincə gəlib. Bu qədər çox ağır və şərəfli bir yol keçib.rnOnun nailiyyətlərindən gecə-gündüz danışsaq, yenə qurtarmaz.rnYaxşısı budur,rnözü burnhaqda danışsın.

rnrn

 - Uşaq vaxtlarımdan idmana daima marağım olub. Buna səbəb də Jan Klod Van Damın, Brus Linin kinoları idi.rnKinoya baxıb fikirləşirdim ki, görəsən, mən də nə vaxtsa belə idmançı ola biləcəm?  Sonralar artıq başa düşürdüm ki, bunlar hamısı aktyorlardır. Həmin aktyorların mənim idmana gəlişimdə böyük rolları olub. Televiziya vasitəsilə idmançıları izləyirdim və istəyirdim ki, mən də nə vaxtsa vətənimi təmsil edim, tanıtdırım başqa ölkələrdə. Elə buna görə də ilk dəfə 7 yaşımda üzgüçülüyə getmişəm. Bir müddət sonra 1993-cü ildə isə Çingiz Eyvazovun başçılığı altında kikboks məşqlərinə başlamışam. Yzgüçülükdən çıxmağıma səbəb isə kikboksda olan həyəcanın orda olmamasıdır. Uşaqlıqdan nadinc olmuşam. Daim enerjim bol olub. Hə qədər məşq etsəm də, yorulmurdum.

rnrn

 -rnYəqin bilməyənlərə də maraqlı olar kikboksun yaranma tarixi...

rnrn

 -rnİlk dəfə Amerikada yaradılıb bu idman növü. Hamımıza yaxşı tanış olan Çak Horris və Don Vilson Drakon tərəfindən. Kik ayaq, boks isə əl zərbəsidir. O biri idman növlərindən onunla fərqlənir ki, burada tam kontakt var.

rnrn

-rnBilirik ki, bu idman növü gəncdir. Bəs Azərbaycana nə zaman gəlib?

rnrn

 -rn1995-ci ildə Azərbaycanda Kikboks Federasiyası yaradılıb. Federasiyanın prezidenti, millət vəkilimiz Adil Əliyevdir. Vitse prezident Güloğlan Cabbarov, yığma komandanın rəisi isə Sadıq Bağırovdur. Bu insanların rəhbərliyi altında federasiyamız fəaliyyət göstərir və uğurlu nəticələr əldə edir.

rnrn

-rnİlk medalını nə zaman qazanmısan?

rnrn

 -rnElə federasiya yaranan ildə, yəni 1995-ci ildə ilk dəfə Azərbaycan çempionatı keçirildi. Gənc olmağıma baxmayaraq, böyüklər arasında çempion oldum. O vaxtdan bu günə kimi 15 il ərzində mən 15 qat Azərbaycan çempionuyam.rnBeynəlxalq arenada ilk medalı 1997-ci ildə Moskvada keçirilən dünya çempionatındarn3-cü yerə çıxmaqla qazanmışam. Ondan sonra qarşıma məqsəd qoydum ki, mən dünya çempionu olmalıyam. İlk dəfə 2000-ci ildə Yunanıstanın Tesalonik şəhərində dünya çempionu oldum. Yarımfinalda erməni ilə qarşılaşdım və 15 saniyəyə nakaut elədim. Hətta bir epizodu xatırlayıram;rnerməni məşqçi yerdə uzanan rəqibimin üstünə qışqirdı ki,rndur, vuruş! Kikboksçu öz müəlliminə dedi ki, bacarırsan çıx, özün döyüş, mən qalxa bilmirəm. Mən isə 3 rəngli bayrağımızı götürüb, erməni idmançısının üstündə duraraq, göyə qaldırdım. Bu jestlə göstərmək istədim ki, biz hər zaman onlardan üstün olmuşuq; həm idmanda, həm də digər sahələrdə. Ymumiyyətlə, indinin özündə də yarışlara mənim çəkimdə həmişə erməni idmançısı gətirirlər ki,rnməni udsun. Uda bilməsə də, heç olmasa, əzsin. Bilirsiz ki, dünyanın ən titullu kikboksçusuyam. Yeganə idmançıyam ki, rinqə çıxanda gülə-gülə çıxıram. İdmançı var ki, istəyirrnüz cizgiləri ilə rəqibi qorxutsun. Mənim gülümsəməyimirngörən rəqiblər istər-istəməz psixoloji cəhətdən çətinliyə düşürlər. Düşünürlər ki, gör mən nə qədər özümə arxayınam, özümü belə sərbəst aparıram.rnMəni hər zaman döyüşdə yalnız qələbə dünüdürüb ki, bayrağımızı ucaldım, himnimizi səsləndirim, ölkəmizi tanıdım.

rnrn

-rnBildiyimizə görə, hətta məşqçilikdə edirsən..

rnrn

 -rnHəm özüm döyüşürəm, həm də tələbələr hazırlayıram.rnOnlar arasında dünya. Avropa çempionları var. Özüm "Heftçi"İSM-in kikboksçusu və məşqçisiyəm. Həmçinin Yasamalda 13 nömrəli məktəbdə də məşq keçirəm. Düzdür, çoxları məşqçiliyə idmanı bitirdikdən sonra başlayırlar. Amma mən döyüşə-döyüşə məşq keçirəm. Bu, doğrudan da çox çətindir. Elə olub ki, bir rinqdə mən döyüşmüşəm, digərində isə tələbəm. Öz döyüşümü o qədər düşünməmişəm, nə qədər ki,rntələbəmin. Fikirləşirdim ki, mən birtəhər udaram, əsas odur ki, tələbəm də qalib gəlsin.

rnrn

-rnYaxşı kikboksçu olmaq üçün hansı keyfiyyətlərə malik olmalısan?

rnrn

 -rnBirincisi, ağıl.rnİkincisi, ürəkli olmalısan. Yçüncüsü, vətənpərvər olmalısan. Öz tələbələrimə bildirmişəm ki, məktəbdə yaxşı oxumalı, universitetə daxil olmalıdırlar. Bəziləri deyir ki, mən idmançıyam,rnoxumasam da olar. Amma bu, səhvdir.rnMən 3 institut bitirmişəm. İdman Akademiyası, Polis Akademiyası, sonra da Polis Akademiyasının İdarəetmə və İxtisas artırma fakultəsini bitirmişəm. Ona görə də tələbələrimi savadlı olmağa çağırıram. Rinqdə bu çox lazım olur. Urəkli olmalısan, çünki rəqibdən qorxmalı deyilsən, ozünü üstün görməlisən. Vətənə sevgi deyəndə, sən bilməlisən ki, nəyə görə döyüşürsən. "Uddum, çemionam, qızıl medal məndədirsə, ən güclüsü mənəm" - bü cür düşünməli deyilsən. Ancaq ölkəni, vətənini tanıtdırmağı düşünməlisən. Bütün dünyaya göstərməlisən ki, belə birrnölkə var,rnbelə birrnidmançılar var. Tələbələrimə başa salıram ki, siz gələcəyin əsgərlərisiz, bizim 20 faiz torpaqlarımız işğal altındadır. Hər anrnhazır olmalıyıq ki, o torpaqlarımızı geri qaytaraq.

rnrn

- Qeyd etdin ki, Polis Akademiyasını bitirmisən. İxtisasın üzrə işləyirsən?

rnrn

 -rnBəlkə də çoxları bunu bilmir, amma mən polis işçisiyəm. HBPİ yanında Baş Polis idarəsində kapitan vəzifəsində çalışıram. Yenə də deyirəm, vəzifəm vətənə, xalqa xidmət eməkdir. Uşaq vaxtından polis olmaq istəmişəm. Həmişə də düşünmüşəm ki, belə yerlərdə həmişə idmançılar işləməlidir. Öz vəzifəmə görə birrnçox mükafatlar almışam. Əla xidmətə görə döş nişanı almışam. Ötən il cənab prezidentimiz İlham Əliyev yenidən məni fəxri fərmanla təltif etdi. Bu, ümumi qeyri-olimpiya idman növünün inkişafına görəydi. Hörmətli prezidentimiz çox sağ olsun ki, idmançılarımıza bu cür dəstək olur. Komplekslər tikilir, elə idman növləri var ki, bizdə heç vaxt olmayıb, amma indi var və inkişaf edir.

rnrn

-rnBir çox mötəbər yarışların qalibisən. Medallarının içində sənə ən əziz olanı hansıdır?

rnrn

 -rnBütün medallarım mənə doğmadır. Amma ən əziz medalım cənab prezidentimizin 2007-ci ildə məni "Vətən Uğrunda" ordenlə təltif etdiyidir. Bu orden hər adama qismət olmur. Mən həmişə vətənim üçün çalışmışam, tələbələrimi də burnruhda yetişdirirəm.

rnrn

-rnDavakarsan? Küçədə kimisə döymüsən?

rnrn

 -rnUşaq vaxtı çox davakar olmuşam. Ancaq idmana gəldikdən sonra çox sakitləşmişəm. Başa düşdüm ki, küçədə dalaşmaq olmaz. Həm də indi o yaşım deyil. Uşaqkən dalaşmağım həmişə dostlarıma görə olub. Amma təcrübə yığdıqca, uğur əldə etdikcə, anladım ki, dilnən də adamı başa salmaq olar. İndi də ki,rnşükr, hamı tanıyır. Düzdür, olur hərdən başa düşmür kimsə, amma yenə də başa salmağa çalışıram və biləndən sonra kı mən kiməm, əlbəttə, artıq deyirlər, "çox sağ ol ki, bizi başqa cür başa salmamısan". Çalışıram ki, həmişə səbrli olum. Mən rinqdə və həyatda tamam başqa cür oluram. Sakitlik insana daha da güc verir. Ymumiyyətlə, idmançılar ağıllı və səbirli olurlar. O bəziləri var ki, "ştanqanı" götürüb-qoyur, "turnik" eləyir,rnbədən şişirdir, özərinə idmançı deyir, sonra da orada-burada dalaşır. Mən onları idmançı saymıram.rnİdmançının uğurları çox olduqca, bir o qədər sadə olar.

rnrn

-rnQarşıda hansı yarış var?

rnrn

 -rnBilirsiz ki. peşəkarlar arasında "İnterkontinental"ın dünya kəmərinin sahibiyəm. Bu kəməri qazanmaq üçün iki döyüş keçirdim. Birinci türk idmançısı Şakir Kaymazı nakaut etdim, ondan sonra çox tanınmış ispaniyalı Oskar Ruedonu xal hesabıyla udaraq, o kəməri qazandım. 2011-ci ildə həmin kəməri qorumaq üçün yenə döyüşəcəm. Bu kəməri almaq istəyən çoxdur. Ola bilsin ki, hətta bu yarış Azərbaycanda keçirilsin. Mən bunu çox istərdim.rnBu ikiqat məsuliyyət tələb edir. Doğma azarkeşlər önündə döyüşmək məni daha da ruhlandırır. İndi kikboks Azərbaycanda o qədər inkişaf edib ki, xarici yarışlarda bizdən çəkinirlər. Heç kim azərbaycanlı idmançı ilə rəqib olmaq istəmir. Amma vaxt var idi ki, heç bizi tanımırdılar. Bu, təbii ki, federasiyamızın prezidenti Adil Əliyevin əməyi sayəsində olub.

rnrn

-rnTələbələriniz arasında tanınmışlar da az deyil...

rnrn

 -rnƏsasən müğənnilərlə dostluq edirəm, onlara məşq keçirəm. Bunlar Röya,rnƏdalət Şükürov, Elnur, Samira, Rəhim Rəhimli və başqalarıdır. Tez-tez görüşürük, dostluq edirik. Rəhimdən başqa hamısına məşq keçmişəm.

rnrn

-rnKikboks elə idman növüdür ki,rntez-tez zədələnirsən, əzilirsən. Ən ağır zədəni nə vaxt almısan?

rnrn

 -rnZədələrlə çox rastlaşmışam. 13 qat dünya çempionu olmaq asan deyil. Əlim sınmışdı, birrndəfə drelnən deşib bitişdiriblər. Burnum da sınıb. Ən ağır zədəm isə 2005-ci ildə olub. Çənəm sınmışdı ikirnyerdən. Bu travmadan sonra hər adam idmana qayıtmir, çunki ən ağır zədədir. 24 gün mən çöplə yemək yemişəm, dişlərimi dəmirlə bağlamışdılar. Hadisə dünya kubokunda olmuşdu. Qazaxıstanlı rəqim mənə yıxma fəndi elədi. Bizdə də, bilirsiz ki, belə fənd yoxdur. Sonra da dirsəyi ilə çənəmə vurdu. Mən elə də döyüşdüm və qalib gəldim. Hamı elə bildi ki, daha idmana qayitmayacam. Çünki gözdə qorxu yaranır və döyüşə bilimirsən. Statistikaya baxmışdım, Məhəmməd Əlinin çənəsi iki dəfə qırılmışdı və ornyenidən qayıdaraq çempion olmuşdu. Dedim ki, o boyda sənətkar qayıdıbsa, nəticə veribsə, mən də qayıtmalıyam. Şükr ki, qayıtdıqdan sonra 5 dəfə dünya çempionu olmuşam. Zədə hər birrnidmançı da olur, əsas odur ki, yenidən ayağa qalxa biləsən, özünə güvənəsən. Məşqçim Çingiz Eyvazov bu səviyyəyə gəlməyimdə rolu olan bir nömrəli insandır. O psixoloq kimi məni ruhlandırırdı. Rəqibim güclü olub, ancaq məşqçim məni döyüşə elə hazırlayıb ki, heç nəyə baxmamışam. Bir erməni idmançısı var, Zurab Farayan. Keçən il full-kontakdan dünya çempionatının fianlında onunla görüşdüm və uddum. Bu sensasiya oldu ki, 2003-cü ildən bu yana o uduzmamışdı. Rinqdə uzanıb ağlayırdı.

rnrn

-rnFutbolla aran necədir?

rnrn

 -rnUşaq vaxtı futbola həvəsim çox idi, həmişə oynayırdım. Amma sonralar bir az uzaqlaşdım. Məşqlərə görə. İndi arada oynayıram.rnPis oynamıram da özü də. Düzdür, milli çempionata baxa bilməsəm də, Çempionlar Liqasının oyunlarını izləyirəm.

rnrn

-rnMilli çempionatda, belə çıxır ki, azarkeşlik etdiyin komanda yoxdur?

rnrn

 -rnVar, əlbəttə, bu,rn"Heftçi"dir.rnBilirəm ki, komandamız çempionatda liderdir. İnanıram ki, çempion da olacaq. Çünki Sadıq Sadıqov komandanı yaxşı dəstəkləyir. Hecə ki,rnbütün idmançılarımız üçün bunu edir.

rnrn

 -rnBir çox xarici ölkələrdə olmusan. Heç stadiona gedib oyun izləmisən?

rnrn

 -rnİzləmişəm. İspaniyada olanda "Real"ın oyununa baxmışam. Onlara da azarkeşlik edirəm. İnanıram ki, vaxt gələcək, bizim futbol da inkişaf edəcək. Başda Rövnəq Abdullayev, Sadıq Sadıqov olmaqla, hamısı futbolumuz üçün çalışırlar.

rnrn

 Eduard adı Azərbaycana məxsus ad deyil. Bilmək olar, kim qoyub bu adı sənə?

rnrn

 - Gözəl sualdır.. Bir çoxlarına da bu maraqlıdır. Anam qoyub adımı. İstəyib ki, həmişə fərqlənim. Anam fikirləşirdi ki, mən tanınmışrnolacam, amma istəmirdi idmaçı olum.

rnrn

 - Sonda oxucularımıza bir idmançı kimi məsləhətin...

rnrn

 -rnHər zaman idmanla məşğul olsunlar, sağlam olsunlar. Sözlərim əsasən gələcəyin əsgərlərinə aiddir. Çünki sabah vətənimizi qorumaq onun uğrunda döyüşmək lazım gələcək. Ona görə də hazır olmaq lazımdı. Həmçinin özlərini və yaxınlarını müdafiə edə bilsinlər. Hər kəsi kikboksa dəvət edirəm. Sizə və "Bizim Futbol" jurnalının kollektvinə də təşəkkür edirəm.

rnrn

 Tanışlıq

rnrn

Eduardla yaxından tanış olub, onun özü və karyerası barədə ətraflı məlumat almaq istəyənlər üçün gözəl fürsət! Tanınmış idmançının yaratdığı şəxsi internet saytını - www.eduardmammadov.com-u gözdən keçirməyə dəyər!

rnrn

  Xəyal Azəroğlu



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail